HERBA FLORA







İsteriya sinir-psixi xəstəlikdir, nevrozun növlərindən biridir, daha çox xüsusi psixikaya malik olanlarda yaranır. Xəstəlik iki qrup simptomla özünü büruzə verir: isterik davranış və isterik tutma. Bəzi xəstələrdə sinir pozulması və xəstəlik əlamətləri bütün ömür boyu davam edir və tibdə buna isterik psixopatiya deyilir.

 

Əlamətləri

Yüngül hallarda qıcıqlanma, səbəbsiz ağlağanlıq və ya eyforik gülüş, boğazda sıxılma və tənəffüsün çətinləşməsi, ürək döyüntülərinin artması kimi əlamətlər inkişaf edir. Daha ağır formada isteriya özünü ümumi qıcolma tutmaları və ya bədənin ayrı-ayrı hissələrinin iflici ilə göstərir. Bunlarla yanaşı xəstənin ümumi psixi durumunda da dəyişikliklər – həyəcan, qorxu və əsəbililik halları baş verir.

 

İsterik qıcolmaları epileptik statusdan ayırmaq vacibdir, çünki epilepsiyadan fərqli olaraq isterik tutma zamanı xəstə huşunu tam itirmir, ətrafda olanları eşidir və anlayır, ayılanda baş verənləri xatırlayır.

Adətən isterik bayılma gündüz vaxtı olur, bundan əvvəl xəstə çox həyəcanlı olur, rahat yerə yıxılır və bayılanda qətiyyən özünə bədən xəsarəti yetirmir. Qıcolma daha çox teatral - göstəriş xarakteri daşıyır, xəstənin tənəffüsü pozulmur, bəbəkləri işığa reaksiya verir, ağzından köpüklü ifrazat gəlmir.

 

Nəzərəçarpan cəhət həm də odur ki, ətrafdakılar xəstəyə nə qədər çox diqqət ayırırsa, isterik tutma o qədər uzun olur. Qıcolma dayanandan sonra epileptik turmadan fərqli olaraq xəstədə keylik və yuxulama kimi əlamətlər müşahidə olunmur və o, normal fəaliyyətini davam etdirir.

 

İsterik tutma zamanı xəstənin yardıma ehtiyacı olur. Onu tutub saxlamaq lazım olmasa da, sakit şəraitə  keçirtmək, naşatır spirti iylətmək, ətrafında narahatlıq ab-havası yaratmamaq lazımdır. Həmin şəraitdə xəstə çox qısa müddətdə sakitləşir və tutma keçib gedir.

 

      Reseptlər

  • 1 xörək qaşığı astra çiçəkləri 1 stəkan qaynar suda dəmlənir, soyudulur və süzülür, hər gün 3-4 dəfə 1 xörək qaşığı qəbul edilir.

 

  • 1 çay qaşığı cəbrayılotu kökü 1 stəkan qaynar suda dəmlənir, gündə 3-4 dəfə yarım stəkan içilir. Dəmləmədən vanna şəklində də istifadə etmək olar. Bunun üçün vannaya 1 litr hazır dəmləmə əlavə edilir.

 

  • 2 xörək qaşığı qırmızı yemişan meyvələri xırdalanır və 1,5 stəkan qaynar suda dəmlənir. Soyuyandan sonra dəmləmə süzülür və 3 hissəyə bölünərək yeməkdən yarım saat əvvəl içilir.

 

  • 1 xörək qaşığı xırdalanmış pişikotu kökləri termosa tökülür, üzərinə 1 stəkan qaynar su əlavə edilir və bir gecə dəmlənir. Süzüləndən sonra gündə 3-4 dəfə 1 xörək qaşığı içilir. İsterik tutma zamanı gündə 3 dəfə 1/3 stəkan qəbul edilir. Pişikotu dəmləməsini 2 aydan artıq qəbul etmək məsləhət deyil.

 

  • 10 qram qurudulmuş ivançay yarpaqları 1 stəkan qaynar suda 15 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

 

  • 10 qram xırdalanmış başınağacı qabığı üzərinə 1 stəkan qaynar su əlavə edilir, yarım saat vam ocaqda qaynadılır, soyuyandan sonra süzülür və qaynadılmış soyuq su əlavə edərək həcmi 200 ml-ə çatdırılır. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir.

 

 

  • 1 xörək qaşığı dərman bədrənc (limonlu nanə) yarpaqları 1 stəkan qaynar suda dəmlənir, 2-3 dəfəyə içilir. Bədrənc otunu qara çaya əlavə etməklə də içmək olar.

 

  • 1 xörək qaşığı istiotlu nanə yarpaqları 1 stəkan qaynar suda vam ocaqda 5 dəqiqə qaynadılır, soyudulub süzüldükdən sonra səhər və axşam yarım stəkan içilir.

 

  • Novruzçiçəyi yarpaqları və köklərinin qarışığından 1 çay qaşığı 1 stəklan qaynar suda yarım saat dəmlənir, soyuyandan sonra səhər və axşam 1/2 stəkan içilir.

 

  • 2 xörək qaşığı Nevronat şərbəti az miqdarda su ilə həll edilərək gündə 2-3 dəfə yeməkdən əvvəl qəbul edilir.

 

  • 15 qram beşdilimli damotu otu 1 stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gündə 3-5 dəfə 1 xörək qaşığı qəbul edilir. Damotunun təzə sıxılmış şirəsi də sakitləşdirici təsir göstərir. Onu gündə 1-2 dəfə 30-40 damcı qəbul etmək məsləhətdir.

 

  • 1 dəstə topulqa otu su ilə dolu vedrəyə salınır və bir gecə saxlanır, səhər otla birlikdə qaynadılır, soyuyub süzüləndən sonra xəstə dəmləmə ilə yaxalanır.

 

  • Ağ kələmin və ya yasəmənin yarpaqları şirəsi çıxana qədər əzilir və islatma kimi alın nahiyəsinə qoyulur.

 

  • Gündə 2 dəfə səhər və günorta yeməkdən əvvəl 2 kapsul Nat-Sedativ qəbul edilir, yatmazdan əvvəl 2 filtr-bağlama Sedativ çay dəmlənib içilir.

 

  • 3 xörək qaşığı mayaotu qozası, hərəsindən 2 xörək qaşığı nanə və bədrənc yarpağı, 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri ətçəkən maşından keçirilir, alınan qarışıqdan 3 xörək qaşığı 800 ml qaynar suda 20 dəqiqə dəmlənir. Soyuyandan sonra süzülür, gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

 

  • 2 ədəd kiçik çuğundur və 1 ədəd yerkökü şirələri qarışdırılır, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 4 xörək qaşığı içilir. Çuğundur şirəsi əvəzinə xiyar şirəsindən də istifadə etmək olar.
  • Axşam yatmazdan qabaq 1 stəkan ilıq südə 1 çay qaşığı təbii bal əlavə edilərək içilməsi əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır.

 

  • Gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı arı südü dil altına qoyulur və əriyənə qədər ağızda saxlanılır.

 

  • 1 stəkan günəbaxan yağına 3 xörək qaşığı lavanda çiçəkləri və 1 xörək qaşığı ballı nanə yarpaqları əlavə olunur. 1 ay qaranlıq yerdə saxlanılır və süzüləndən sonra gecə yatmazdan əvvəl 2-3 xörək qaşığı qəbul edilir.

 

  • Bibəriyyə (rozmarin), lavanda, zəncəfil və muskat qozunun efir yağları ilə vanna qəbul edilir. 
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem