HERBA FLORA







 

Filloxinonlar, yəni K vitamini qrupu yağda həll olan yeddi vitamindən təşkil olunub. Bunlardan K1 və K2 daha böyük əhəmiyyətə malikdir. K1 vitamini – filloxinon – orqanizmə qida maddələri ilə daxil olur, K2 vitamini – menaxinon – bağırsaq mikriflorası tərəfindən sintez olunur, K3 vitamini – menadion isə onların sintetik analoqudur.

 

K1 vitamini bitkilər vastəsilə sintez olunur və əsasən yarpaq hissədə çoxluq təşkil edir. Məsələn, ispanaq, gicitkən, quşəppəyi (çobançantası), yonca yarpaqları və dəniz kələminin  hər 100 qramında 50-800 mkq K1 vitamini var. Yaşıl pomidor, itburnu meyvələri, gül kələmi və qarabaş kələm, yulaf, çovdar və buğda da K vitamini ilə zəngindir.

 

K2 vitamini nazik bağırsaqlarda yaşayan və bağırsağın normal mikroflorasını təşkil edən saprofit bakteriyalar və qaraciyər hüceyrələri tərəfindən sintez olunur. Ona heyvanların bütün orqanlarında rast gəlinsə də, qaraciyər və yumurta həmin vitaminlə daha zəngindir.

 

İşığın və qələvi məhlulların təsirindən parçalanan K vitamini qan laxtalanmasını təmin etməklə yanaşı, sümüklərin formalaşması və bərpasında da vacib rol oynayır. O, sümük toxumasının əsas struktur elementi olan osteokalsin zülalının sintezini təmin edir və həmin zülalın da üzərinə kalsium çökərək onu möhkəm və yüngül toxumaya çevirir.

 

K vitamini yağda həll olan maddədir. İstər bağırsaqlarda sintez olunan, istərsə də tərəvəz və göyərtilərin tərkibində orqanizmə daxil olan vitaminin sorulması üçün qəbul edilən qidanın tərkibində müəyyən qədər yağ və piy olmalıdır.

 

K vitamininə sutkalıq tələbat, yəni onun çatışmazlığının qarşısını almaq üçün gərəkli olan norma hər kiloqram çəkiyə 1 mkq-dır. Məsələn, çəkisi 60 kq olan orqanizmin sutkalıq tələbatı 60 mkq-a bərabərdir. Onun çatışmazlığı nadir hallarda baş verir, daha çox yenidoğulmuşlarda rast gəlinir. Yeni doğulan körpənin K vitamininə tələbatı sutkada 4-5 mkq olsa da, o nə ana südündə kifayət qədər olmur, nə də formalaşmaqda olan bağırsaq mikroflorası tərəfindən sintez olunmur.

 

Hipovitaminoz əlamətləri

K qrupu vitaminlərinin çatışmazlığı orqanizmdə hemorragik sindromun inkişafına səbəb olur. Yenidoğulmuşlarda özünü burun, ağız boşluğu, göbək və sidik yollarından qanaxma ilə göstərir. Bəzən qanlı qusma, bağırsaqdan qanaxma, duru, qətranabənzər nəcis və dərialtı qansızmalar da müşahidə olunur.

 

Böyüklərdə əlamətlər vitamin çatışmazlığının ağırlıq dərəcəsi ilə əlaqədardır və özünü dəriiçi və dərialtı qansızmalar, dişəti, mədə-bağırsaq və burundan qanaxma ilə göstərir. K vitamini çatışmazlığının erkən əlaməti qanda protrombin səviyyəsinin azalmasıdır. Protrombin indeksinin 35 faizə enməsi (normada78-142 faiz) travmalar zamanı qanaxma riskini artırır, 20 faizə düşməsi isə ağır qanaxmalara səbəb olur.

 

Səbəbləri

Öddaşı xəstəliyi, infeksion və toksiki hepatitlər, qaraciyər sirrozu, mədəaltı vəzin iltihabi və şiş xəstəlikləri zamanı öd ifrazının və yağların həzminin pozulması, həmçinin uzunmüddətli antibiotik qəbulunun bağırsaq mikroflorasını pozması nəticəsində K vitamini çatışmazlığı inkişaf edə bilər.

 

Qandurulducu dərmanlar qan dövranında və qaraciyərdə olan K vitaminini parçaladığına görə çatışmazlığının ən əsas səbəblərindən biri də antikoaqulyant dərman preparatlarının qəbuludur.

Bədxassəli şişlərdə aparılan kimyəvi dərman müalicəsi, antibiotikoterapiya və qıcolma əleyhinə müalicə nəticəsində, həmçinin xroniki bağırsaq pozulmaları və ishallar zamanı disbakterioz inkişaf etdiyindən K vitamini çatışmamazlığı yarana bilər. Böyük miqdarda kalsium və ya E vitaminin qəbulu da hipovitaminoza səbəb olur.

 

  • Tarixçə

1935-ci ildə Danimarka biokimyaçısı Henrik Dam ilk dəfə K vitaminini heyvan qaraciyərindən ayırmış və qanın laxtalanması prosesində iştirak etdiyinə görə onu “Vitamin K – koagulation vitamin” adlandırmışdır. Həmin kəşfinə görə alim 1943-cü ildə Nobel mükafatına layiq görülmüşdür.

 

        RESEPTLƏR

  • Hərəsindən 1 xörək qaşığı quşəppəyi (çobançantası) otu və boymadərən 2 stəkan suda dəmlənir, gün ərzində 3 dəfə yeməkdən əvvəl qəbul edilir.

 

  • 100 qram vələmir üzərinə 1,5 litr soyuq su əlavə olunur, ocağın üstündə 5 dəqiqə qaynayandan sonra alınan bişirmə soyuyandan sonra süzülür və 2 gün içilir.

 

  • 2 filtr-bağlama Profemin çayı 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.

 

  • Təzə gicitkən yarpaqları xırda doğranır, üzərinə az miqdarda zeytun yağı əlavə olunur və gündə bir dəfə yeyilir. K vitamini ilə zəngin olduğuna görə hemorragik sindrom zamanı faydalıdır.

 

  • Gündə 2 dəfə 1 çay qaşığı Fitooil Küncüt yağı qəbul edilir. Bu yağ kalsiumla zəngin olduğu üçün qanın laxtalanmasını və trombositlərin aqreqasiyasını sürətləndirir.

 

  • 1 çay qaşığı dəniz kələmi 1/3 stəkan qatıqla qarışdırılaraq gündə 1 dəfə yeyilir.

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem