HERBA FLORA







 

Alkoqolizm spirtli içkilərdən sui-istifadə nəticəsində yaranan, xroniki intoksikasiya, daxili orqanların zədələnməsi, psixi və ya fiziki asılılıqla xarakterizə olunan tibbi-sosial xəstəlikdir və əsasən üç mərhələdə inkişaf edir.

 

Sərxoşluğun ilkin mərhələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksasiyası, orqanizmi bürüyən istilik duyğusunun təsiri altında rahatlıq hissi yaranır. Orqanizmin keçirdiyi həmin hal məmnunluğa və cəsarətli olmağa sövq edir.

 

Alkoqol qəbulu zamanı yad adamlarla asanlıqla ünsiyyət və tanışlıq, zarafatcıl, şən və şux əhval yaranır. Spirtli içkinin miqdarı az olanda mədə şirəsi ifrazının artması nəticəsində iştaha artır. Tənəffüsün dərinləşməsi, nəbzin sürətlənməsi və damarların genişlənməsi nəticəsində dəri, dodaqlar və gözlərin qızarması müşahidə edilir, Əksər hallarda cinsi həvəsin güclənməsi baş verir. Sərxoşluq zamanı hərəkətlərin qeyri-dəqiq və nizamsızlığı müşahidə edilir. Yüngül dərəcəli alkoqolizm daimi spirtli içki qəbulu nəticəsində qanda alkoqolun miqdarı 1 promilə çatır və həmin müddət 5 ilə qədər davam edə bilir.

Orta dərəcəli alkoqol intoksikasiyası zamanı orqanizmin müvazinət və koordinasiyanın pozulması baş verir. Əhvali-ruhiyyənin azalması, qıcığa qarşı həssaslığın artması, mənasız yerə əsəbiləşib hiddətlənmək və mübahisəyə girişmək halları baş verir. Bir-biri ilə uzlaşmayan müxtəlif affektiv reaksiyaların meydana çıxması davranış pozuntularına səbəb olur, impulsiv və aqressiv hərəkətlərə yol verilir. Nitq dəyişir, sözlər anlaşılmaz və qeyri-səlis tələffüz olunur. Cümlələr təkrarlanır, bəzən də danışıq zamanı rabitə və əlaqə olmur. Həmin vaxt alkoqoldan fiziki asılılıq müşahidə edilir, qanda alkoqolun miqdarı 3-4 promil təşkil edir.

 

Sərxoşluq mərhələsi başa çatandan sonra ümumi zəiflik, süstlük, əzginlik, başağrıları, ağızda xoşagəlməz hissiyyat, susuzluq və qıcığa qarşı həssaslığın artması kimi əlamətlər təzahür edir. Yüngül və orta dərəcəli sərxoşluq zamanı baş verən hadisələr, keçirilən hisslər və davranış pozuntuları yadda qalır.

 

Ağır dərəcəli alkoqol sərxoşluğu düşüncənin kütləşməsindən koma halına qədər inkişaf edə bilər. Bununla yanaşı əzələlərin atoniyası, hipotermiya, reflekslərin itməsi, tənəffüsün, ürək fəaliyyətinin pozulmaları, bəzən də qeyri-ixtiyari sidik və defekasiya aktları, epilepsiyayabənzər qıcolma tumaları müşahidə edilir. Ağır dərəcəli sərxoşluq tam amneziyaya səbəb olur.

 

Müalicəsi

Alkoqolizmin kompleks müalicəsinə xalq təbabəti üsullarının əlavə edilməsi müalicənin effektivliyini artırır. Burada əsas məqsəd alkoqola qarşı qazanılmış ikrah refleksinin yaranması və onun möhkmlənməsidir. İstifadə edilən müalicə kursu axıra qədər aparılmalı və il ərzində təkrarlanmalıdır.

 

       Reseptlər

  • 1 stəkan təzə kələm şirəsi və 1 stəkan nar şirəsi qarışdırılır, yeməkdən əvvəl gündə 4 dəfə yarım stəkan qəbul edilir. Müalicə kursu 2-4 həftədir.

 

  • 1 çay qaşığı yovşan otu üzərinə 1 stəkan qaynar su əlavə edilir, 3-4 saat dəmlənərək süzülür. Hər dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul edilir. Müalicə kursu 1-2 aydır.

 

  • 1,5 kiloqram təmizlənmiş əzvay (aloye) yarpaqları ətçəkən maşından keçirilir, üzərinə 2,5 kq bal əlavə edilərək qarışdırılır. 5 gün sərin və qaranlıq yerdə saxlanır. Bir həftə gündə 3 dəfə 1 çay qaşığı, sonra gündə 3 dəfə olmaqla 1 xörək qaşığı qəbul edilir. Müalicə 3 ay aparılır.

 

  •  100 qram təzə dazıotu yarpaqları və çiçəkləri ətçəkən maşından keçirilir, üzərinə 0,5 litr bitki yağı əlavə edilir, sərin və qaranlıq yerdə 10 gün saxlanılandan sonra süzülür, səhər yeməkdən 30 dəqiqə əvvəl acqarına qəbul edilir. Müalicə müddəti 2-4 həftədir.

 

  • 4 çay qaşığı kəklikotu otu, 1 çay qaşığı yovşan otu və 1 çay qaşığı qızılçətir otu qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilir, 40-60 dəqiqə dəmlənərək süzülür. Gündə 3-4 dəfə yeməkdən 60 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Müalicə kursu 3 aydır.

 

  • Alkoqolun qaraciyərə verdiyi zərərli təsirləri aradan qaldırmaq üçün 2 filtr-bağlama Hepartea çayı 200 ml qaynar suda 20 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicə kursu 1 aydır.

 

  • Hərəsindən 100 qram dazıotu otu, kəklikotu otu, nanə yarpağı, zəncirotu kökü, hərəsindən 50 qram dağtərxunu çiçəyi, yovşan otu və ardıc meyvəsi qarışdırılır. Qarışıqdan 3 xörək qaşığının üzərinə 1,5 stəkan qaynar su əlavə edilir, 40-60 dəqiqə dəmlənərək süzülür. Gündə 4-5 dəfə 1-2 xörək qaşığı qəbul edilir. Müalicə kursu 2 aydır.

 

  • Hərəsindən 50 qram adaçayı yarpaqları, kəklikotu otu, nanə yarpağı, bibəriyyə və bənövşə otu qarışdırılır. Qarışıqdan 100 qramının üzərinə 0,5 litr qaynar su əlavə edilir, 60 dəqiqə dəmlənərək süzülür. Gündə 2-3 dəfə 1-2 xörək qaşığı qəbul edilir.  

 

        BİLGİ

  • ABŞ-ın Baltimor əyalətindəki Con Hopkins Universitetinin doktoru Cinqzhonq Dinqin rəhbərliyi altında 1909 nəfər üzərində təcrübə aparılmış və ayrı-ayrı vaxtlarda onların beyin MRT-ləri çəkilərək az da olsa spirtli içki qəbul edənlərin beyin ölçülərində getdikcə kiçilmə əmələ gəldiyi sübut edilmişdir.

 

  • Dünya Səhiyyə Təşkilatının 30 ölkə arasında apardığı araşdırmaya görə, cinayətlərin 85, yol qəzasının 61, namusa təcavüzün 80, zor tətbiqinin 50 və yanğınların 16 faizinə spirtli içkilərə aludəçilik səbəb olur.

 

  • Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə spirtli içki qəbul edən qadınların dünyaya gətirdiyi uşaqlar arasında çəkinin normadan aşağı olması 98 , dodaq və barmaqlarda anormallıq 95, ruhi problemlər 89, aqressiya əlamətləri 72, hissiyyat pozulması 41, otropedik problemlər 33 və görmə zəifliyi 25 faiz təşkil edir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem