HERBA FLORA







 

Xarici tənəffüs və qan dövranı orqanizmi oksigenlə təchiz edən, karbon qazını xaricə verən fınksional sistemdir.

Ağciyər xəstəlikləri zamanı tənəffüs səthinin kiçilməsi nəticəsində vahid zaman ərzində ağciyərdən keçən qan oksigenlə kifayət qədər zənginləşmir və karbon qazından yaxşı təmizlənmir. Nəticədə tənəffüs çatmazlığı baş verir və təngnəfəslik yaranır.

 

Yaranma səbəbinə görə tənəffüs çatmazlığının beş forması ayırd edilir:

mərkəzi sinir sistemi və tənəffüs mərkəzində pozulma nəticəsində əmələ gələn, nəfəsalmanın çətinliyindən törənən, ağciyərdə hava və qanın paylanmasının zəifləməsi nəticəsində yaranan, atmosfer təzyiqinin enməsi və havada oksigenin azalması nəticəsində meydana çıxan və nəhayət, ağciyərdə alveolyar zarın xüsusiyyətinin dəyişməsi nəticəsində baş verən tənəffüs çatışmazlığı.

 

Ağciyər çatışmazlığı ağciyər-bronx aparatının xəstəlikləri nəticəsində, həmçinin ürək çatışmazlığı zamanı inkişaf edir. Tənəffüs çatışmazlığı tənəffüs və qan dövranı orqanlarının xəstəliyi olmadan da meydana çıxa bilər. Kəskin qanazlığı zamanı və havada oksigen təzyiqi azalanda da tənəffüs çatışmazlığı yaranır.

 

Tənəffüs çatışmazlığının diaqnostikasında başlıca simptom təngnəfəslikdir. Təngnəfəslik adi fiziki iş zamanı baş verirsə, buna birinci dərəcəli tənəffüs çatışmazlığı deyilir. Cüzi yük götürən zaman və ya yüngül fiziki yükləmədən sonra baş verdikdə ikinci dərəcəli tənəffüs çatışmazlığı kimi dəyərləndirilir. Sakitlik zamanı baş verən təngnəfəslik isə üçüncü dərəcəli tənəffüs çatışmazlığı adlanır.

 

Təngnəfəslik bronxial astma, xroniki obstruktiv bronxit kimi ağciyər xəstəlikləri, qanazlığı piylənmə zamanı xəstəyə narahatlıq verən əsas simptom kimi özünü göstərir.

 

Bəzi hallarda patoloji təngnəfəsliyi fizioloji halla ayırd etməyə ehtiyac yaranır. Fizioloji təngnəfəslik sağlam olanlarda adətən fiziki işdən sonra, hündür yerə qalxanda və əsəbləşəndə müşahidə edilir. Bundan başqa azan sinirin ağciyər şaxəsinin, bəzən də üçlü sinirin qıcıqlanması zamanı baş verir.

 

Müalicə

Arterial hipoksemiyanın baş verməsi üçün tənəffüs səthinin böyük bir hissəsində zədələnmə, yaxud da birdən-birə pozulma baş verməlidir. Həmin təxirəsalınmaz hallarda xəstəyə oksigen verilməli, dərman preparatları ilə müalicə aparılmalıdır. Xroniki xəstəliklər fonunda baş verən təngnəfəslik zamanı isə müalicəni təbii vasitələrlə aparmaq olar.

 

       Reseptlər

  • 4-5 ədəd yerkökü rəndələnir, sıxılaraq şirəsi çıxarılır. Şirəyə 1 stəkan qaynadılmış süd və 1 çay qaşığı bal əlavə edilərək gündə 3 dəfə qəbul edilir.

 

  • 1 xörək qaşığı xardal tozu eyni miqdarda üyüdülmüş cirə ilə qarışdırılır, 1 litr suda 2-3 ədəd quru əncirlə birlikdə qaynadılaraq gün ərzində ilıq halda içilir.

 

  • 2-3 diş sarımsaq, hərəsindən 1 xörək qaşığı lavanda, lalə çiçəyi, kəklikotu, cəfəri, nanəşüyüd toxumu 1,5 litr suda qaynadılır. Bişirmə hər səhər acqarına 1 stəkan qəbul edilir.

 

  • Hərəsindən 1 xörək qaşığı əməköməci çiçəyi, lavanda çiçəyi və dəvədabanı yarpağı 2 stəkan suda qaynadılır, səhər və axşam qəbul edilir.

 

  • 6-7 ədəd keçibuynuzu götürülür, doğranır, yarım litr suda 7-8 dəqiqə qaynadılır. Süzüləndən sonra gündə 2 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Prosedur 20 gün davam etdirilir.

 

  • 2 stəkan qaynar suya 100 qram qurudulmuş zəncəfil tozu əlavə olunaraq 5 dəqiqə qaynadılır, səhər və axşam 1 stəkan qəbul edilir.

 

  • 1 stəkan suya 1 çay qaşığı quru nanə əlavə olunaraq qaynadılır və gün ərzində qəbul edilir.

 

  • 3 xörək qaşığı şam qozası 3 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir.

 

  • 1 xörək qaşığı andız kökü üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənəndən sonra süzülür, gündə 2-3 dəfə yeməkdən 1 saat əvvəl 1/3 stəkan qəbul edilir.

 

  • Hərəsindən 50 qram üyüdülüb toz halına salınmış udi-hindi, andız kökü, zəncəfil, çörəkotujenşen 1 kq bal və 0,5 kq keçibuynuzu bəkməzi ilə qarışdırılır, gündə 1-2 xörək qaşığı qəbul edilir.

 

  • 3-4 ədəd heyva meyvəsinin tumları çıxarılaraq qazana qoyulur, üzərinə 2 stəkan süd əlavə edilir, vam ocaqda 5-7 dəqiqə bişirilir, səhər-axşam yeməkdən əvvəl içilir.

 

Təngnəfəs olan xəstələr quru yeməklərdən imtina etməli, bitkilərin çiçəklənmə dövründə gəzintiyə çıxmamalı, əgər çıxarsa tibbi maskalardan istifadə etməlidir. Daha çox səhər və axşam saatlarında, xüsusən də yağışdan sonra gəzinti faydalıdır. Təngnəfəslikdən şikayət edənlər siqaretdən, ağır yeməklərdən imtina etməli və mütəmadi həkim nəzarəti altında olmalıdır.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem