HERBA FLORA







 

"Qulunc" – miozit hər hansı səbəbdən skelet əzələlərində baş verən iltihabi prosesdir və həmin prosesdə bir və ya bir neçə əzələ qrupu iştirak edir.

 

Bir çox nahiyənin əzələlərində müşahidə olunsa da, daha çox onurğanın boyun, kürək və bel hissələrində baş verir. İltihablaşan nahiyəyə əllə toxunma və hərəkət zamanı yaranan sızıltılı ağrılar və temperaturun yüksəlməsi müşahidə edilir.

 

 

Səbəbləri

Miozitin ən geniş yayılma səbəbləri soyuq faktoru və uzun müddət məcburi vəziyyətdə qalmaqdır. Bu daha çox iş şəraiti ilə əlaqədar skripkaçı, sürücü və kompüterlə işləyən ofis işçilərində müşahidə edilir. Onun yaranmasına səbəb olan bir sıra amillər var:

  • Hava cərəyanının təsiri və soyuqlama
  • Müəyyən qrup əzələlərin uzunmüddətli eyni pozada qalması
  • Əzələnin qıcolma və ya travma nəticəsində zədələnməsi
  • Yaxın zamanlarda keçirilmiş və hazırda müşahidə edilən kəskin virus infeksiyaları
  • Əzələlərin bakterial, parazitar, toksiki və autoimmun zədələnməsi.

Ən ağır gedişli forma əzələnin bakterial zədələnməsi nəticəsində yaranan irinli miozitlərdir ki, belə hallarda irin sinir və damarların gedişi boyu yayılaraq prosesi daha geniş sahələrə yayır. 

 

Miozit kəskin və xroniki olmaqla iki formada müşahidə olunur. Kəskin miozit adətən virus infeksiyası, soyuq və travma nəticəsində yaranır, bir neçə gündən bir neçə həftəyə qədər davam edir, düzgün və vaxtında seçilmiş müalicə ilə tam sağalır. Xroniki miozit isə kəskin prosesin müalicə olunmaması və ya qeyri-düzgün müalicəsi nəticəsində yaranır, soyuqlama və məcburi yanlış poza zamanı artan periodik xarakterli ağrılarla müşayiət olunur.

 

 

     Məsləhətlər

  • Gün ərzində əzələni gücə salmamaq şərti ilə yüngül fiziki hərəkətlər etmək
  • Təmiz havada gəzmək
  • Alkoqol, siqaret və zərərli vərdişlərdən uzaq durmaq
  • Fiziki hərəkətlərdən sonra soyuq havaya, xüsusilə də hava cərəyanı olan yerə çıxmamaq
  • Kəskin və ağır fiziki hərəkətlər etməmək
  • Oturaq iş rejimində əzələlərdəki durğunluğu aradan qaldırmaq məqsədilə 10 dəqiqə fasilələr verərək yüngül fiziki hərəkətlər etmək
  • Mütəmadi olaraq növbəli şəkildə soyuq və isti sudan istifadə etməklə kontrast duş qəbul etmək, nəm dəsmalla silinərək bədəni soyuğa öyrəşdirmək.

 

     Reseptlər

  • 4 hissə iç piyi üzərinə 1 hisə üyüdülmüş quru çöl qatırquyruğu otu əlavə olunaraq qarışdırılır, alınan məlhəmlə ağrılı nahiyə yüngül ovuşdurulur.
  • 2 ədəd kələm yarpağı paltar sabunu ilə sabunlanır, üzərinə çay sodası səpilir, ağrılı nahiyənin üzərinə qoyularaq, yun şalla bağlanır.
  • 1 xörək qaşığı Fitooil Qara zirə yağı üzərinə 2-3 damcı dəfnə yağı damızdırılır, həmin qarışıqla ağrılı nahiyə yüngülcə ovuşdurulur.
  • 3-5 ədəd kartof yuyularaq qabıqlı halda suda bişirilir, isti-isti əzilir və 1-2 qat təmiz pambıq parçanın üzərinə çəkilir. İsti halda zədəli nahiyənin üzərinə qoyulur, soyuyandan sonra götürülür, yeri 40 faizli spirtlə ovuşdurulur.
  • 5-6 ədəd təzə atpıtrağı yarpaqları qaynar suda 1-2 dəqiqə bişirilir. Üst-üstə yığılaraq zədəli nahiyənin üzərinə qoyulur və yun şalla bağlanır.
  • Zədəli nahiyənin üzərinə nazik qatla Ağrımaz kremi çəkilir, üstündən sellofan və yun şalla bağlanır. Bir gecə saxlanandan sonra yeri nəm dəsmalla silinir.
  • 1 ədəd yumurta sarısı, 1 çay qaşığı skipidar və 1 xörək qaşığı alma sirkəsi xama qatılığına gələnə qədər qarışdırılır, zədəli nahiyənin üzərinə qoyularaq səhərə qədər saxlanır.
  • Qara turp və ya qıtıqotu kökü sürtkəcdən keçirilir, balla qarışdırılır, zədəli nahiyənin üzərinə qoyulur.
  • 1 çay qaşığı kərə yağı 1/4 çay qaşığı su süngəri ilə qarışdırılır, alınan kütlə həftədə 1 dəfə travmatik miozitlər zamanı zədələnmiş nahiyənin üzərinə qoyulur, 2-3 saat saxlanır.

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem