HERBA FLORA







 

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir piramidləri inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.

Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan da Avropaya yayılıb. Misirdə sarımsaqdan ölümcül xəstəliklərə qarşı dərman kimi istifadə etməklə yanaşı onun müqəddəs bitki olduğuna inanaraq  qəbirlərə qoyarmışlar.

 

Sarımsaq özünəməxsus dadına, fayadalı xüsusiyyətlərinə görə dünya mətbəxində geniş istifadə edilən ərzaqlar sırasındadır. Ondan bir çox yemək, sous, salat, marinad və şorabaların hazırlanmasında istifadə edilir.  Sarımsaqdan çox istifadə edən ölkələr sırasında Bolqarıstan, Çin və Yaponiya ön sırada gedir.

 

Çoxillik ot bitkisi olan sarımsağın ağ, tünd bənövşəyi, bəzən sarımtıl rəngli kök soğanaqları mürəkkəb quruluşa malikdir. Kök soğanaqları sərt qabıqla örtülmüş və 2-dən 50-ə qədər xırda dişciklərdən ibarətdir. 30-100 sm uzunluğunda olan  yarpaqları nazik və sərtdir, dib hissədən bükülərək yalançı gövdə əmələ gətirir. Onun vətəni Kiçik Asiya olsa da, dünyanın əksər yerlərində becərilir.

 

Kimyəvi tərkibi

Sarımsağın efir yağlarının tərkibində olan allisin maddəsi və kükürd birləşmələri bitkiyə spesfik dad və qoxu verir. Allisin maddəsi 1944-cu ildə iki alim - J.CavallitJ.Bailey tərəfindən kəşf edilib. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid pensillin aktivliyinə bərabər qiymətləndirilir. Sarımsağın tərkibində, həmçinin bakteriyaların inkişafını ləngidən fitonsidlər mövcuddur.

 

Tibdə tətbiqi

Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır. Faqositlərin, T-limfositlərin, makrofaqların və killer hüceyrələrin aktivliyini artıraraq immun sistemi stimulə edir, orqanizmin infeksiyalara qarşı müqaviməti artırır.

 

Sarımsaq bağırsaqlarda çürümə və qıcqırma proseslərinin qarşısını almaq xüsusiyyətinə malikdir və ona görə kolit, bağırsaq atoniyalarıqida zəhərlənmələrində istifadə edilir, regenerasiya və epitelizasiyanı artıraraq yaraların sağalmasını sürətləndirir.

 

XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı öldürücü təsir göstərdiyini sübut etmişdir. Sarımsaq  tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.

 

Sarımsağın daxilə və ya imalə şəklində istifadə edilməsi bağırsaq parazitlərindən olan bütün növ qurdlara, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Qanda ümumi və aşağı sıxlıqlı lipoproteinlərdən (zərərli) təşkil olunmuş xolesterinin səviyyəsini  azaldır, yüksək sıxlıqlı lipoproteinlərdən ibarət faydalı xolesterinin səviyyəsini  artırır. Sarımsağın tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri – eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigen təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır.  Həmin xüsusiyyətlərinə görə arterial hipertenziya aterosklerozun müalicə və profilaktikasında istifadə edilir.

 

Güclü antioksidant xüsusiyyətlərə malik allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.

 

Sarımsağın tərkibində olan insulinəbənzər maddələr qanda şəkərin səviyyəsini tənzimlədiyindən şəkərli diabet zamanı qida əlavəsi kimi istifadə edilir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul, tablet, toz və yağ şəkildə tədbiq edilir.

 

Xoşagəlməz qoxusu ilə əlaqədar olaraq bir çox insan sarımsaqdan istifadə etməkdən imtina edir. Bu zaman Nat-Sarımsaq kapsulunun qəbulu məsləhətdir. Kapsulda sarımsaq qurudulub üyüdülmüş halda olduğundan onun qəbulu zamanı təzə sarımsaqda olduğu kimi kəskin qoxu gəlmir.

 

SOS! Bir sıra böyrək xəstəlikləri, öddaşı xəstəliyi, anemiya, mədə və bağırsaq xorası, epilepsiya zamanı sarımsaq və onun preparatlarından istifadə edilməsi əks göstərişdir.

 

     Reseptlər

     Stenokardiya və təngənəfəslikdə

  • 5 baş sarımsaq təmizlənib sürtgəcdən və ya ətçəkən maşından keçirilir, 10 ədəd limon şirəsi və 1 kq balla qarışdırılır. 1 həftə qaranlıq və sərin yerdə ağzı bağlı şüşə qabın içərisində saxlanır. Hər qaşıq arasında minimum 1 dəqiqə fasilə verməklə gündə 1 dəfə 4 çay qaşığı qəbul edilir.

 

     İrinli yaralar və ekzema

  • 1 baş sarımsaq qabıqlı şəkildə aluminium folqaya bükülür, sobada 20-25 dəqiqə bişirilir. Qabıqları soyulur, yumşaq hala gələnə qədər əzilir və 1:1 nisbətində balla qarışdırılaraq yara nahiyəsinə sürtülür.
  • Eyni qaydada bişirilərək əzilmiş sarımsaq zeytun yağıyla qarışdırılaraq barmaqda dolamaya qarşı istifadə edilir.

 

     Qurd invaziyası

  • 1 baş sarımsaq təmizlənərək əzilir, üzərinə yarım stəkan isti süd əlavə edilir, 15-20 dəqiqə dəmlənir. Axşam yatmazdan əvvəl imalə şəklində düz bağırsağa yeridilir, gecə səhərədək saxlanır. Prosedurdan əvvəl mütləq bağırsaqlar boşaldılmalıdır.
  • Acqarına 3 diş sarımsaq yeyilir, 2 saat sonra işlədici məqsədlə 2 xörək qaşığı gənəgərçək yağı içilir.

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem