HERBA FLORA







 

Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq “qrip” adlandırılan infeksiya əslində paraqripdir qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir.

 

Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

 

ƏLAMƏTLƏRİ

İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ ağrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır.

 

Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir. Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur.

 

Paraqrip indiyə qədər 5 növü aşkar olunan RNT tərkibli virusdur və həmin növlərdən ikisi insan orqanizmi üçün təhlükə törətmir. Qalan üç virus bütün qitələrə yayılsa da, xarici mühit amillərinə qarşı olduqca dayanıqsızdır, otaq şəraitində 4 saata, 50 dərəcəyədək qızdırılanda isə yarım saata məhv olur.

 

İlk dəfə 1952-ci ildə Yaponiyanın Senday şəhərində həkim N.Kuroda tərəfindən aşkar olunan virusa əvvəlcə D Senday qrip virusu adı verilmişdi. Sonralar buna bənzər daha bir neçə virus aşkarlandı və paraqrip adı altında birləşdirildi.

Paraqrip payız və qış mövsümlərində fəallaşsa da, infeksiya digər aylarda da alovlana bilər. Xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur.

 

Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.

 

Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir, səsi  batır və burun-dodaq üçbucağı göyərir. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bilir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.

 

MÜALİCƏ

Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator dərmanlar təyin olunur. Hərarətin 38.5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə olunur. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu və ya Teasept çayının dəmləməsi tökülür. Tərlədici vasitələrdən ən çox moruq meyvələri, ondan hazırlanan mürəbbə, moruq yarpaqları, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan kökləri, gülxətminin kökləri və çiçəkləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə evkalipt, adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələri istifadə olunur.

 

Orqanizmin müqavimətini artırmaq və vitaminlərə olan tələbatını ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi, qara qarağat şirəsi və ya meyvə şirələri əsasında hazırlanmış Şəfa Vitamini qəbul edilir. Şəfa vitamininin tərkibində olan böyürtkən, qara qarağat və çuğundur şirələri virusların və onların ifraz etdikləri toksinlərin orqanizmə mənfi təsirini və intoksikasiya əlamətlərini azaldır, antioksidant və gümrahlaşdırıcı təsir göstərir.

 

PROFİLAKTİKA

Ətrafdakıları yoluxdurmamaq üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab, stəkan və çəngəl-bıçağı ayırmaq lazımdır. Paraqripə tutulan xəstənin otağı hər gün nəm əski ilə silinməli, gündə bir neçə dəfə havalandırılmalıdır. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhalinin sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir.

 

RESEPTLƏR

 

Koreya üsulu

Hərəsindən 100 qram olmaqla Çin kələmi ağ turp xırda doğranır, üzərinə 500 ml su lavə olunaraq 3-4 dəqiqə bişirilir. Soyumuş bişirmə süzülərək üzərinə 1 xörək qaşığı bal və 2 xörək qaşığı limon şirəsi əlavə edilir, alınan məhlul gün ərzində içilir.

 

Vitaminli çay

Hərəsindən 1 hissə olmaqla itburnu meyvələri, moruq yarpaqları, qarağat yarpaqları və mərcangilə yarpaqları qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 1 stəkan suda vam ocaqda 10 dəqiqə qaynadılır, soyuyandan sonra gündə 2 dəfə yarım stəkan içilir.

 

Soyuqdəymə əleyhinə çay

Hərəsindən 1 filtr-bağlama Teaqripİmmunotea çayları 1 stəkan qaynar suda dəmlənir, bir qədər soyuyandan sonra 1 çay qaşığı bal əlavə olunaraq gündə 3-4 stəkan içilir.

 

Çiçək çayı

2 hissə qara gəndalaş çiçəkləri, hərəsindən 1 hissə cökə çobanyastığı çiçəkləri qarışdırılır, 2 xörək qaşığı qarışıq 1 stəkan suda dəmlənərək isti-isti içilir.

 

İydə və limon qabıqları

Bərabər miqdarda iydə qabıqları, çobanyastığı çiçəkləri, cökə çiçəkləri, itburnu meyvələri və limon qabıqları qarışdırılır, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmlənir. Dəmləmə ilıq halda gündə 3 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.

 

Ədviyyatlı qarışıq

Sarıkök, darçın exinaseya tozu bərabər miqdarda qarışdırılır, gündə 2 dəfə - səhər və axşam qarışıqdan 1/4 çay qaşığına 1 çay qaşığı bal əlavə olunaraq yeyilir.

 

Soğan təpitməsi

Baş soğan sürtkəcdən keçirilərək tənzifin arasına qoyulur, alınan təpitmə burun qanadlarının üzərinə  qoyulur. Burun dərisinə əvvəlcədən bitki yağı çəklməlidir. Təpitmə 3 gün ərzində 3 dəfə qoyula bilər.

 

Dazıotulu qara çay

7 xörək qaşığı qara çaya hərəsindən 1 xörək qaşığı dazıotu, qaraqınıq nanə yarpağı əlavə edilir, çay kimi dəmlənərək gün ərzində 3-4 stəkan içilir.

 

Yağlı reseptlər

50 ml Fitooil Küncüt yağı və ya zeytun yağı su hamamında qaynadılır, üzərinə 2 xörək qaşığı xırda doğranmış soğan və 3 diş xırdalanmış sarımsaq əlavə edilir. 2 saat dəmlənəndən sonra süzülür, ya gündə 2 dəfə buruna damcı şəklində tökülür, ya da yarım çay qaşığı qəbul edilir.

 

Fitooil Qara zirə yağı Fitooil Küncüt yağı ilə və ya zeytun yağı ilə yarıbayarı qarışdırılır, 40 ml qarışığa yarım şay qaşığı udi hindi tozu əlavə edilir, gündə 2-3 dəfə çalxalamaqla 3 gün qaranlıq yerdə saxlanır və süzülür. Paraqrip və zökəm zamanı gündə 3 dəfə buruna damcıladılır.

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem