HERBA FLORA







Cəmi bircə gün çiçək açan vanil xüsusi arılar və kolibri quşları vasitəsilə tozlanır. Tozlanmasının çətinliyi onun kütləvi surətdə becərilməsinə mane olur, süni tozlanma zamanı isə çiçəklərin heç də hamısı tozlanmır. Ən çox Madaqaskarda əkilib-becərilən vanilin yetişmiş meyvələrindən ədviyyat kimi istifadə edilir.

Xoş ətri sayəsində dünya ölkələrinin mətbəxində özünəməxsus yeri olan təbii vanil  restoran və otellərdə pudinq, sufle, dondurma, peçenye, keks və kokteyl kimi bahalı qənnadı məhsullarının hazırlanmasında xammal rolu oynayır. Kütləvi istehsal müəssisələrində isə sintetik yolla əldə edilən vanilindən çox istifadə edilir.

 

Vanil səhləbkimilər fəsiləsinin meyvə əmələ gətirən yeganə növüdür. Hündürlüyü 50 metrə çatan sarmaşan lianalar əsasən Mərkəzi Amerika və Hind okeanının bəzi adalarında yetişir. Xoş ətirli, açıq-yaşıl rəngli iri çiçəkləri, tünd qəhvəyi rəngli uzun paxlaşəkilli qutucuq içərisində çoxlu toxumları olan meyvələri var.

Kimyəvi tərkibi

Meyvələrin toxumları və paxlaşəkilli qutucuğun içərisindəki yağabənzər mayedə olan xoş ətri daha çox qlükovanilin maddəsi verir. Qlükovanilin yetişməmiş meyvələrdə daha çox olur. Oduncuğunda olan liqnin maddəsi daha çox sintetik vanil alınmasında istifadə edilir. Bitkinin tərkibində darçın efiri, efir yağları, aşı maddələri, qətran, yağ, şəkər və mineral maddələr də var.

Yaşıl rəngli meyvələr tam yerişməmiş halda yığılır, 20 saniyə qaynar suda saxlanır, 60 dərəcə temperaturda yun parça arasında 1 həftə qurudulandan sonra meyvələrin rəngi tündləşir və daha ətirli olur. Sonra açıq havada və kölgədə daha bir neçə ay qurudulur, üzərində ağ ərplər əmələ gələndə qurudulma başa çatır. Düzgün qurudulma və saxlanılma şəraitinə əməl edilən meyvələr uzun illər, hətta 40 ilə qədər öz ətrini saxlayır. Ağır və çətin qurudulma texnikası vanilin sintetik istehsalına zəmin yardır. Sintetik yolla əldə edilən vanilin adlanan maddə bitkinin oduncaq kömürünün tərkibində olan liqnin qətranından alınır. Ətri vanil qədər xoş olsa da, müalicəvi xüsusiyyəti yoxdur.

 

Tibdə tətbiqi

Tərkibindəki yağ turşuları və sabunlaşmayan yağlar sayəsində güclü regenerasiyaedici təsir göstərir. Dəri keçiriciliyini tənzimləyir, elasitkliyini artırır, piqment ləkələrinə ağardıcı təsir göstərir, nevroloji səpgiləri aradan qaldırır.

Həzm sistemi orqanlarına tonuslandırıcı təsir göstərir, mədə turşuluğunu stabilləşdirir, karbohidratların parçalanmasını sürtələndirərək həzmi və iştahanı normalaşdırır, köpü və meteorizmi aradan qaldırır. Vanil alkoqol zəhərlənmələrində antidot effekt verərək onun orqanizmə zərərli təsirini aradan qaldırır, alkoqola qarşı ikrah hissi yaradır.

Qadınlarda menstrual tsiklin gedişatını tənzimləyir, aybaşıqabağı və klimakterik dövdə olan ağrıları aradan qaldırır. Vanilin ətri psixoemosional sistemə sakitləşdirici təsir göstərərək rahatlıq, təhlükəsizlik, ruhi sakitlik və doyma hissi yaradır, qıcıqlanmanı aradan qaldırır. Həmin keyfiyyətlərinə görə əsasən vanil efir yağı və ondan hazırlanan plastrlar artıq çəkidən əziyyət çəkənlərin müalicəsində istifadə edilir. Onun sayəsində şirniyyatdan asılı olanların müalicəsində daha yaxşı nəticələr əldə etmək mümkündür.

Təbii vanil ətri qadınlarda və kişilərdə cinsi həvəsi artırmaq xüsusiyyətinə malikdir. Masaj şəklində istifadə ediləndə vanil efir yağı əzələlərdə olan gərginliyi və ağrıları aradan qaldırır. Karbohidratların parçalanmasını və artıq məhsullarının orqanizmdən xaric olmasını sürətləndiyinə görə şəkərli diabet xəstəliyinin müalicə və profilaktikasında istifadə edilir.

 

Əks-göstərişlər

  • Allergik reaksiyalara səbəb olduğuna görə allergiyaya meyilli olanların istifadə etməsi məsləhət deyil.
  • Vanil yağını istifadə edəndən ən azı 1 saat sonra günəş şüasına çıxmaq məsləhət deyil, vanil yağı fotosensibilizator olduğuna görə dərinin günəş şüalarına qarşı həssaslığını artırır.
  • Vanil efir yağından hamilə qadınlar və uşaqların istifadəsi məsləhət deyil.

 

Vanil ekstraktı

4 ədəd vanil meyvəsi üzərinə 100 qrama qədər 50 faizli spirt əlavə edilir, ağzı bağlı tünd rəngli şüşə qabda, sərin yerdə 3 həftə dəmlənir, süzülür. Əzələ ağrıları zamanı üzərinə bir neçə damcı vanil efir yağı əlavə edilərək masaj edilir.

 

  • KULİNARİYA RESEPTLƏRİ

 

Vanilli dondurma

 4 ədəd yumurta sarısının  üzərinə 4 xörək qaşığı şəkər kirşanı edilir və ağarana qədər çalınır. 1 ədəd vanil meyvəsi doğranaraq 400 qram südün içərisində qaynadılır, süzülür, yavaş-yavaş qarışığa əlavə edilir. Daim qarışdırılaraq duru xama halına gələnə qədər zəif ocaqda qaynadılır, bərk hissələrin qalmaması üçün süzülür, soyudulur, çalınaraq ağardılan 120 qram qaymaqla qarışdırılır. Soyuducuda dondurulandan sonra qaşıqla qarışdırılaraq təkrar çalınır və yenidən dondurulur.

 

Vanilli, kəsmikli və kişmişli alma

60 qram kəsmik 1 çay qaşığı manna yarması, 30 qram kişmiş, 10 qram şəkər tozu, 10 qram yumşaldılmış kərə yağı, 1 ədəd yumurta sarısı və 1 paket şəkərli vanilin qarışdırılır. Orta ölçüdə almalar yuyularaq, baş hissəsi kəsilir və ortası oyularaq çıxarılır. İçərisinə hazırlanmış qarışıq doldurulur, sobada, 150 dərəcə istilikdə 15 dəqiqə bişirilir. Süfrəyə veriləndə üzərinə şəkər kirşanı əlavə edilir və yanına xama qoyulur.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem