HERBA FLORA







 

Uşaqlarda yaranan iştahasızlıq valideyinlərin ciddi narahatçılığına səbəb olur. Uşaq qidadan imtina edir, çünki çox zaman qəbul olunan yemək, əsasən də səhərlər ürəkbulanma, hərdən qusma ilə müşahidə olunur. İştahasızlığı aradan qaldırmaq üçün, uşaqlara müxtəlif vitamin-mineral komplekslər verilir, amma bu preparatlar ancaq verilən müddətdə təsir edir.

 

Nəticədə isə uşaq normal qidalanmadığı üçün, çəkidən və boydan geri qalır. Bu problemi aradan qaldırmaq üçün iştahasızlığı yaradan səbəbləri aşkar etmək lazımdır. Bir sıra xəstəliklər zamanı, uşaqlarda əsas simptomlar ilə yanaşı iştahasızlıq da müşahidə olunur.

 

 

Bəs hansı xəstəliklər iştahanın azalmasına səbəb ola bilər?

 

- mədə-bağırsaq xəstəlikləri
- lyamblioz
- helmintozlar (qurd xəstəlikləri)
- şəkərli diabet
- onkoloji xəstəliklər və sairə


Digər səbəblərdən - stress, depressiya, xroniki yorğunluq da iştahasızlıq yarada bilər.

Hər halda iştahasızlıq normal əlamət hesab olunmur, yarandığı halda həkim ilə məsləhətləşib, səbəbini aşkar etmək üçün uşağı müayinə etmək lazımdır.
Amma yanaşı olaraq xüsusi üsulların köməyi ilə bu problemi tez bir zamanda aradan götürmək olur.

 

İŞTAHANI ARTIRMAQ ÜÇÜN MƏSLƏHƏTLƏR:


- Yeməkdən əvvəl əlləri yumaq vərdişi yaratmaq lazımdır. Bu prosedurun tək gigiyenik deyil, psixoloji əsasları da var: uşağı qida qəbuluna hazırlayır.


- Qida rejiminə dəqiq riayət etmək lazımdır, yeməkarası nə isə (əsasən də şirniyyat) vermək qadağandır.


- Uşağa məcburi hər hansı sevmədiyi yeməyi vermək olmaz.


- Qida qəbulu zamanı uşağın fikrini yayındırmaq olmaz. Məsələn, yemək zamanı TV-yə baxmaq, yaxud uşağa kitab oxumaq olmaz. Uşağın diqqəti yeməkdə olmalıdır.

 

- İştahasızlıq və fiziki inkişafdan geri qalmanı aradan qaldırmaq üçün gündə 2 dəfə Şəfa Vitamininin verilməsi məsləhətdir.

 

XALQ TƏBABƏTİ ÜSULLARI İLƏ İŞTAHASIZLIĞIN MÜALİCƏSİ

 

KEŞNİŞ TOXUMU həzmi yaxşılaşdırır, iştahı artırır, tərkibində olan efir yağının hesabına güclü spazmolitik və infeksiya əleyhinə təsir göstərir. Hazırlanma qaydası: 1 ç.q. üyüdülmüş toxuma 250 ml qaynar su əlavə edib,15 dəq. termosda dəmləmək, süzmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən sonra qəbul etmək məsləhətdir. Müalicə kursu -1 ay.

 

MORUQ. Moruğun meyvəsinin dəmləməsi iştahı artırır, həzmi yaxşılaşdırır, qusma, ishal əleyhinə təsir göstərir. Hazırlanma qaydası: ½ st. meyvəsinə 500 ml qaynar su əlavə etmək, 2 saat termosda dəmləmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən 30 dəq əvvəl gündə 3-4 dəfə qəbul etmək məsləhətdir.

 

ADİ RAZYANA iştahı artırır, həzm traktının fəaliyyətini yaxşılaşdırır, yüngül işlədici, köp əleyhinə təsir göstərir. Hazırlanma qaydası: 1 ç.q. toxuma 250 ml qaynar su əlavə edib, 1 saat termosda dəmləmək, süzmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən 30 dəq əvvəl qəbul etmək məsləhətdir. Müalicə kursu -1 ay.

 

TURŞ MEYVƏLƏR mədə şirəsini və öd ifrazını artırır, iştahı yaxşılaşdırır. Yeməkdən 30 dəq əvvəl qəbul edilən 100ml turş alma ilə yerköku şirəsinin dadlı qarışığı orqanizmə və iştaha müsbət təsir göstərir.

                                                      Image may contain: 1 person

 

                                   Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına

                                   Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun

                                  Pediatriya kafedrasının pediatrı, t.e.ü.f.d. Şəhla RÜSTƏMOVA 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem