HERBA FLORA







 

Britaniyanın Edinburq Universitetinin alimləri insan orqanizminin qocalması ilə bağlı maraqlı bir tədqiqat aparmışlar və belə bir qənaətə gəlmişlər ki, yaşlanmanın əsas səbəbi təqvimdir. Tədqiqat rəhbəri Endryu Stivenson iddia edir ki, təqvim və saat olmasa idi, insan ömrü indikindən qat-qat uzun olardı: “İnsanlar gün ərzində işlərini saata görə proqramlaşdırırlar. Hər yerdə təqvimlər var və insanlar hər günün necə qurtardığını, növbəti günün necə başladığını bilirlər”. 

Sadalananların insan psixologiyasına güclü təsir etdiyini və insan həyatını proqramlaşdırdığını deyən Stivenson, təqvimdə hər rəqəm dəyişdikcə insanın təhtəlşüurunda (qabıqaltında) ömründən daha bir gün getdiyi təəssüratının yarandığını qeyd edib.

Bu da onun orqanizminə təsir edir və nəticədə, orqanizm qocalır.

 

Endryu Stivenson 1982-ci ildə Kaliforniya Universitetində aparılan tədqiqatı xatırladaraq fikrini belə izah edir: “…Həmin vaxt könüllü bir tələbə üzərində maraqlı tədqiqat aparılmışdı. Bir il müddətində qapalı hücrədə saxlanılan tələbənin otağı süni işıqla işıqlandırılırdı. Otaqdakı saat isə ləng işləyirdi. Nəticədə, 1 il sonra tələbə sadəcə 8 ay müddət keçdiyini güman edirdi. Onun orqanizmində aparılan tədqiqatlarda da bu müddət ərzində tələbənin orqanizminin 1 il yox, məhz 8 ay qocaldığı müəyyən edilmişdi”.

 

Stivenson arxeoloji qazıntılar zamanı yaşı 100-ü ötmüş bir çox insan skeletinin tapıldığını deyərək, “ibtidai icma quruluşunda insanlar həyatlarını vaxta görə proqramlaşdıra bilmirdilər. Bu da onların daha gec qocalması və gec ölməsinə səbəb olurdu”, - deyə sözlərinə əlavə edib.

Kembric Universitetinin alimi Malkolm Mak Gedi də sivilizasiyadan uzaq, tayfa quruluşunda yaşan insanların daha çox yaşadığını və buna əsas səbəbin onların “qollarına saat taxmaması” olduğunu bildirmişdi.

 

Zaman və tarix məfhumuna sahib olmayan bir Amazon qəbiləsinin kəşf edildiyi də açıqlanıb. Braziliyadakı Amondava xalqı üçün zaman və tarix məfhumu yoxdur. Onların dilində “zaman”, “həftə”, “ay” və ya “il” sözlərinə rast gəlinmir. Dilçi Vani Sampaio və antropoloq Vera de Silvanın daxil olduğu tədqiqat qrupu “gələcək il” kimi anlayışların olmadığını aşkar etmişlər. Onlar bir şeyi tamamlamaq üçün zamana qarşı yarışmırlar və heç kim gələcək həftə və ya gələcək ildən söhbət açmır. Tədqiqatın nəticəsində məlum olub ki, bu qəbilənin üzvləri sivil insanlardan daha uzunömürlüdür.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem