HERBA FLORA







 

Unikal məhsullardan biri olan dəniz duzunun faydalı xüsusiyyətləri yüz illər əvvəl aşkar edilib. Dənizsahili ölkələrdə yaşayanların soyuqdəymə və iltihabi xəstəliklərə orta zolaqda yaşayanlara nisbətən daha az tutulmaları dəniz duzunun antiseptik təsiri ilə əlaqələndirilir. Hətta yaponların uzunömürlülük sirlərindən birinin də dəniz duzunun xüsusiyyətlərində olduğunu söyləyirlər.

 

Xörək duzunun tərkibi yalnız natrium xloriddən ibarət olduğu halda dəniz duzu kimyəvi elementlər cədvəlinin az qala yarısını özündə cəmləşdirir. Dəniz duzunun qidalanmada mütəmadi istifadəsi vitamin-mineral kompleksinin qəbuluna bərabər hesab olunur.

 

Dəniz duzunun tərkibində olan bəzi elementlər daha böyük əhəmiyyətə malikdir:

 

Maqnezium antistress təsirli mineraldır və sinir sisteminin  normal fəaliyyətinə xidmət edir.

Yod – orqanizmin hormonal balansını saxlamağa kömək edir.

Kalsium hüceyrələrin düzgün formalaşması üçün əvəzedilməzdir.

Manqan – immun sistemi möhkəmləndirir, mübadiləni tənzimləyir.

Dəmir və mis qanyaranma prosesində iştirak edir.

Selen –  nadir elementdir və xərçəng hüceyrələrinin inkişafını ləngidir.

 

Özünün unikal tərkibinə görə dəniz duzu xörək duzundan fərqli olaraq mayenin orqanizmdə ləngiməsinə və ödemlərə səbəb olmur. Bu səbəbdən də hipertoniklərin istifadəsi üçün yaxşı alternativdir. Qan dövranı pozulması, revmatizm, artrozlar, poliartrit, dərinin və dırnaqların göbələk zədələnməsi, intoksikasiyalar, ishal və qəbizlik zamanı dəniz duzundan istifadə etmək tövsiyyə olunur. Zökəm, haymorit, angina kimi xəstəliklərdə onun suda məhlulu ilə burun boşluğunu yumaq və ya qarqara etmək çox faydalıdır. Dəniz duzunun tonuslandırıcı təsiri onun xroniki yorğunluq sindromunda tətbiqinə səbəb olub.

 

Bəs bu effektli və ucuz müalicə vasitəsindən necə istifadə olunur?

 

Əhali aarasında "oynaq duzlaşması" adlandırılan, tibbi dillə desək, artroz, osteoxondroz zamanı ev şəraitində dəniz duzu ilə vannalar qəbul etmək faydalıdır. Hərarəti 42 dərəcədən yüksək olmayan su ilə doldurulmuş vannaya 2 kiloqram dəniz duzu əlavə olunur və həmin vannalar 15 dəqiqə müddətində qəbul edilir. Mütəmadi qəbul olunan vannalar oynaqlarda olan iltihabi əlamətləri, ağrı və şişkinliyi azaldır. Dəniz duzunun sakitləşdirici və relaksasiyaedici təsirinə görə sinir-psixi xəstəliklərdə də onun vanna şəklində tətbiq olunması məsləhətdir.  Vannalar xüsusilə axşamlar qəbul olunur.

 

Dəniz duzunun gumrahlaşdırıcı effekti səhər bir fincan qəhvəni əvəz edə bilər. Bu məqsədlə qəbul edilən 34-35 dərəcəli ilıq vanna doğuş zamanı travma almış körpələrə də təyin olunur. Yenidoğulmuşlarda raxitin profilaktikası üçün ideal vasitələrdən sayılır.

 

Dəniz duzunun müxtəlif nazal vasitələrin tərkibinə daxil edilməsi onun antiseptik təsirinə əsaslanır. Haymorit, rinit və ya zökəm zamanı burun boşluğunu yumaq üçün sadə tərkibli məhlul düzəltmək olar: 1 stəkan qaynadılmış ilıq suya 1 çay qaşığı dəniz duzu əlavə edilir. Həmin məhlul angina, soyuqdəymə, boğaz ağrısı və boğazda qıcıqlanma zamanı qarqara etmək üçün istifadə oluna bilər.

 

Dəniz duzu tənəffüs yollarının infeksiyaları və virus xəstəliklərindən sonra inhalyasiya şəklində də tətbiq olunur: 1 litr isti suda 1 xörək qaşığı duz həll edilir, 5 dəqiqə vam ocaqda qaynadılır. Bronxit zamanı buxar ağızdan alınaraq, burundan verilir, burun-udlaq xəstəliklərində isə həmin prosedur tərsinə aparılır. Kəskin diş ağrısında hər 2 saatdan bir məhlulla qarqara etmək ağrını azaldır.

 

Ümumiyyətlə dəniz duzunun tərkibindəki vitamin və minerallardan tam faydalanmaq üçün onu hər gün 2 qram miqdarında daxilə qəbul etmək kifayətdir.

 

Dərinin strukturunu yaxşılaşdırmaq və təravətini qaytarmaq üçün təbii skrab düzəltmək olar: incə üyüdülmüş dəniz duzu balla qarışdırılır və alınan skrabla dəri təmizlənir. Nazik və qırılan dırnaqlar üçün 1 stəkan ilıq suya 1 qaşıq dəniz duzu, 1-2 damcı yod məhlulu əlavə edilir, hər axşam 15 dəqiqə dırnaqlara vanna edilir. Təxminən 1 ay sonra müalicənin nəticəsi hiss olunur.

 

Əks göstərişlər:

Psoriaz, neyrodermit, kuperoz kimi dəri xəstəlikləri və fotodermatozdan əziyyət çəkənlərin dəniz duzundan istifadə etməsinə icazə verilmir. Dəri allergiyası və ekzema xəstəliyi olanlar isə ətirli qatqısı olan dəniz duzlarından istifadə etməməlidir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem