HERBA FLORA








 

 

Kiçik ölçülü və yüksək dəyərli əşyalardan fərqli olaraq, bu kiçik meyvənin faydalarına maddi qiymət vermək mümkünsüzdür. Söhbət orqanizmin sağlamlığı üçün olduqca gərəkli olan dəfnə meyvəsindən gedir. Dəfnə meyvəsindən alınan yağdan həm xəstəliklərin profilaktikası, həm də müalicəsi prosesində istifadə olunur.

 

Dəfnə ağacı may ayında çiçək açır. Çiçəklər əvvəl yaşıl, sonra isə sarı rəng alır. Meyvələri payız fəslində tam yetişir və bu vaxt onları toplamaq olur. Dəfnə yarpaqlarından xörəklərə və turşulara gözəl dad verən ədviyyat kimi istifadə olunması heç kəsə sirr deyil. Lakin ağacın digər hissələri, xüsusən də toxumları həm kulinariyada, həm də xalq təbabətində tətbiq olunur. Toxumlardan soyuq sıxma və yaxud da suda qaynadılma yolu ilə yağ əldə olunur. Dəfnə yağından daxilə qəbul və xaricə sürtmə şəklində istifadə edilir. Dəfnə ağacı bütün il boyu yaşıl olduğundan və heç vaxt yarpaqlarını tökmədiyindən yarpaqları hər zaman yığılır, quru və yaş şəkildə istifadə edilir. Onları günəş şüaları altında qurutmaq tövsiyə olunmur.

                                           

 

Dəfnə toxumunun yağından bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Ən çox yuxarı və aşağı tənəffüs yollarının bronxial astma, bronxit, plevrit, ağciyər absesi, faringit, traxeit, sinusit, haymorit kimi xəstəliklərində faydalıdır. Eyni zamanda revmatizm, revmatoid artrit, digər sistem xəstəliklər, osteoxondroz, artroz, daban mahmızı, radikulit zamanı, virus, göbələk və bakteriya mənşəli proseslərdə də dəfnə toxumunun yağı tətbiq edilir. Xalq təbabətində dəri xəstəlikləri - psoriaz, seboreya, dermatitlər, ekzemanın müalicəsində dəfnə yağından istifadə edilir. Bu möcüzəli yağ saç tökülməsi və saçların qırılmasının qarşısını alır, onların uzanmasını və yeni saçların əmələ gəlməsini sürətləndirir, parlaqlıq və həcm verir, kəpək əleyhinə təsir edir. Üz dərisində olan piqment ləkələrini, çilləri, dəri quruluğunu və sellüliti aradan qaldırmaq üçün əvəzolunmaz vasitədir. Dəfnə yağının daxilə qəbulu böyrək daşı, sistit, uretrit, pielonefrit kimi uroloji xəstəliklərin, hipertoniya, ateroskleroz, anemiya kimi ürək-damar patologiyalarının müalicəsində sağalmanı sürətləndirir. Qadın xəstəliklərində disfunksiyanı aradan qaldırır, mədə-bağırsaq sistemi xəstəlikləri zamanı isə həzmi asanlaşdırır, ümumi spazmı, köpü aradan qaldırır, bağırsaq mikroflorasını normaya salır. Bundan başqa qulaq ağrısında damcı şəklində istifadə olunur, dəridə olan açıq yaraların sağalmasını sürətləndirir, görmə qabiliyyətini yaxşılaşdırır.

 

Diqqət: Mədə-bağırsaq yaraları və eroziyalar zamanı dəfnə toxumunun yağından istifadə etmək olmaz.

 

RESEPTLƏR:

 

Daxili xəstəliklər zamanı: 3 ədəd dəfnə yarpağı 1 stəkan suda 5 dəqiqə dəmlənir, gün ərzində qəbul olunur. Dəmləmə acı olarsa 1 çay qaşığı bal qatılaraq içilir.

 

Saç üçün: hərəsindən 1 xörək qaşığı zeytun yağı və badam yağı qarışdırılaraq isidilir, isti yağ qarışığına 1 xörək qaşığı dəfnə yarpağının tozu əlavə edilir. Bir qədər ilıqlanmış qarışığa 1 yumurtanın sarısı qatılıaraq yaxş-yaxşı qarışdırılır, saçların dibindən uclarına doğru çəkilir, saçlar sellofanla bürünür. Maska saçda 1 saat saxlandıqdan sonra yuyulur.

 

ABBASOVA NƏRMİNƏ Zülfəli qızı
      Mayomed Medical Fizioterapiya və
Reabilitasiya Mərkəzinin

həkim-terapevti

 

                                                                                                                                                             

                                                                                                                                                                                                                                  

 

                                                                                                                                                                                                                                                                                                     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem