HERBA FLORA







 

 Qarlı-çovğunlu qış qapını alanda, təbiətə ağ qumaşdan don biçiləndə hərəkət etmək imkanı məhdudlaşır, infeksiyalar çoxalır, orqanizmin immuniteti düşür. Əksəriyyətimiz qarlı qış fəslində vaxtımızın çox hissəsini dörd divar arasında keçirməli oluruq. İlin soyuq fəslində seçilən pəhriz də sadalanan xüsusiyyətlərə uyğun olmalıdır. Diyetoloqlar bunu nəzərə alaraq qış fəsli üçün xüsusi pəhrizlər təklif edirlər. Elə pəhrizlər ki, orqanizmimizi infeksion xəstəliklərdən qorusun, vitaminlərlə bol təmin etsin və ovqatımızı yüksək saxlasın. Eyni zamanda sağlam və gümrah olmağa, artıq piyləri atmağa kömək etsin. Qış pəhrizində həmin xüsusiyyətlər nəzərə alınıb.

 

 

 

 

I gün:

 

Səhər: 1 ədəd meyvə, 1 fincan qəhvə və ya çay, 1,5 xörək qaşığı doğranmış və ya sürtgəcdən keçirilmiş qoz, 1 fincan az yağlı və ya yağsız süd, 2 kiçik dilim pəhriz çörəyi;

 

Günorta: 2 dilim çörək, göyərtilərdən və tərəvəzlərdən hazırlanmış və yağsız sous əlavə edilmiş salat, 1 ədəd meyvə, 4 dilim suda bişirilmiş toyuq və ya balıq filesi və 30 qram sobada bişirilmiş kartof;

 

Axşam: sobada bişirilmiş toyuq və kartof, 1 porsiya suda bişirilmiş brokkoli, salat və 1 ədəd meyvə.

 

II gün:

 

Səhər: 3 ədəd pəhriz peçenyesi, 2 ədəd meyvə, 1 fincan az yağlı və ya yağsız süd, 1 fincan şəkərsiz çay və ya qəhvə, yarım kasa yağsız qatıq;

 

Günorta: göbələk və ya başqa tərəvəzlə birlikdə sobada bişmiş yağsız toyuq əti salat, 1 ədəd meyvə, 4 dilim şəkərsiz keks, bir fincan az yağlı və ya yağsız süd, yarım stəkan portağal və ya qreypfrut şirəsi.

 

Axşam: suda bişirilmiş toyuq, salat və 1 ədəd meyvə.

 

III gün:

 

Səhər: 2 ədəd pəhriz peçenyesi, 1 fincan az yağlı və ya yağsız süd, 2 ədəd meyvə, yarım kasa az yağlı və ya yağsız qatıq, 1fincan qəhvə və ya çay;

 

Günorta: porsiya sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə, 1 kiçik kasa az yağlı və ya yağsız qatıq;

 

Axşam: Sobada bişmiş toyuq kotleti, yarım boşqab makaron, 1 ədəd meyvə və kiçik kasada salat.

 

IV gün:

 

Səhər: 2 dilim pəhriz çörəyi, 1 fincan az yağlı və ya yağsız süd, 1 ədəd meyvə, 1 fincan çay və ya qəhvə, 2 çay qaşığı bal;

 

Günorta: sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə, 2 fincan az yağlı və ya yağsız süd, 100 qram xiyar və 150 qram kök;

 

Axşam: 1 porsiya tərəvəz şorbası, sobada bişmiş toyuq, yarım boşqab az yağlı plov, salat və 1 ədəd meyvə.

 

V gün:

 

Səhər: 2 dilim az yağlı un məmulatı, 1 kiçik kasada az yağlı və ya yağsız qatıq, 2 ədəd meyvə, 1 fincan az yağlı və ya yağsız süd, 1 fincan çay və ya qəhvə, 2 çay qaşığı bal.

 

Günorta: 1 porsiya sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə, 4 ədəd pəhriz peçenyesi və 2 dilim pəhriz çörəyi;

 

Axşam: sobada bişmiş toyuq, suda bişmiş kartof, 1 ədəd meyvə və salat.

 

VI gün:

 

Səhər: 3 xörək qaşığı pəhriz mürəbbəsi, 1,5 fincan az yağlı və ya yağsız süd, 1 fincan çay və ya qəhvə, 3 ədəd pəhriz peçenyesi və 1 ədəd meyvə.

 

Günorta: 1 porsiya sobada bişmiş yağsız balıq, salat, 1 fincan az yağlı və ya yağsız süd, 4 ədəd şəkərsiz keks, 1 ədəd meyvə və yarım stəkan şəkərsiz meyvə şirəsi.

 

Axşam: ədviyyatlı toyuq, 2 dilim pəhriz çörəyi və salat.

 

VII gün:

 

Səhər: 2 ədəd şəkərsiz bulka, 1 ədəd meyvə, 1 fincan az yağlı və ya yağsız süd, 1 kiçik kasa az yağlı və ya yağsız qatıq, 1 fincan çay və ya qəhvə.

 

Günorta: suda bişmiş və ədviyyat vurulmuş toyuq filesi, 1 ədəd meyvə, salat, 1 fincan az yağlı və ya yağsız süd və 6 yağsız duzlu peçenye.

 

Axşam: tərəvəzlərdən hazırlanmış yemək, salat və 1 ədəd meyvə.

 

Qeyd: Şəkərli diabet, hipertoniya və ya həzm sistemi xəstəlikləri olanlar hər hansı bir pəhrizə başlamazdan öncə mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem