HERBA FLORA








Image result for fat family watching tv

 

Elmi-texniki tərəqqinin bir çox nailiyyətləri – kompüter, internet, nəğdsiz ödəmə, sifarişlərin evə çatdırılması və s. həyat şəraitini asanlaşdırmaq məqsədi daşıyır. Bəlkə də işləmək məcburiyyəti olmasaydı, heç kim mənzildən bayıra çıxmazdı.

İş yerlərində və istehsal müəssisələrində hər şey dəyişərək müasirləşib və gün ərzində iş saatının çoxunu kompüter arxasında oturmaq məcburiyyəti yaranır. Belə həyat tərzi gec-tez orqanizmin bütün sistemlərinin işini pozur və çox ciddi xroniki xəstəliklərin inkişafına səbəb olur.

Oturaq həyat tərzinin ən çox neqativ təsir etdiyi sistem – dayaq-hərəkət aparatıdır. Uzun müddət eyni, bəzən heç də rahat olmayan statik vəziyyətdə qalmaq onurğanın əyriliklərinə – skolioz, lordoz və kifoza, yaş artdıqca isə osteoxondroza səbəb olur. Kürəklər arasında və beldə daimi sızıltılı ağrılar, mütəmadi olaraq ağrının qollara və ayaqlara yayılması, onurğa sütununda hərəkətliliyin məhdudlaşması baş verir və bunların hər biri məhz azhərəkətliliyin nəticəsi olaraq meydana çıxır. Bundan başqa dayaq-hərəkət sistemi üzərinə düşən yükün azalması onun bütün komponentlərinin zəifləməsinə də aparıb çıxarır:

Kalsiumun sümük toxumasından yuyulması nəticəsində sümüklər kövrəkləşir və bir çox hallarda sınıqlar əmələ gəlir.

  • Əzələ kütləsinin azalması əzələ gücünün zəifləməsi ilə nəticələnir.
  • Bağ aparatının zəifləməsi əzələ zəifliyini bir qədər də artırır və tez-tez bağların dartılmasına, adəti çıxıqlara səbəb olur.
  • Oynaqların fiziki aktivliyinin azalması hətta kiçik yüklənmədən sonra onların iltihablaşması və ağrılara səbəb olur.

İkinci böyük qrup ürək-damar sistemi xəstəlikləridir. Əslində ürək də əzələli orqandır və fiziki yüklənmənin azalması onun da yığılma gücünün zəifləməsinə aparıb çıxarır. Bundan sonra kiçik bir fiziki yüklənmə, məsələn, 8-10 addım qaçmaq ürəyin az qala yerindən çıxması üçün kifayət edir. Məşqlərdən məhrum olunmuş və zəifləmiş ürək əzələsinin yığılma gücü artmır, sadəcə tezləşir. Yaranan taxikardiya nəticəsində isə aritmiyanın digər formaları, bəzən hətta stenokardiya tutması və miokard infarktı da yarana bilər. Bundan başqa istənilən kəskin hərəkət arterial təzyiqin yüksəlməsinə, nəticədə əhvalın və iş qabiliyyətinin aşağı düşməsi və insult kimi ağırlaşmaların inkişafına səbəb olur.

Oturaq iş şəraiti, həmçinin, damarlarda sirkulyasiya edən qanın bir hissəsinin aşağı ətraf venalarında depolanması ilə nəticələnir. Məsələ burasındadır ki, yeriyərkən baldır əzələləri yığılaraq qanı ayaqlardan ümumi qan dövranına göndərən xüsusi nasos funksiyasını yerinə yetirir. Saatlarla eyni vəziyyətdə oturanda həmin nasos çalışmır, qan venalara dolaraq onları genişləndirir, nəticədə isə aşağı ətraf damarlarının varikoz xəstəliyi inkişaf edir.

Venoz qanın kiçik çanaqda durğunlaşması gec-tez hemorroidal venaların genişlənməsinə və babasil xəstəliyinin əmələ gəlməsinə təkan verir. Qan dövranı zəiflədikcə və qanın damarlarda hərəkəti yavaşıdıqca laxtalanma faktorları işə düşür və aşağı ətraf venalarda tromboz yaranır. Tromb parçasının qopması isə ağciyər və ya beyin damarlarının tromboemboliyasına, hətta ölümə səbəb ola bilər.

Üçüncü geniş xəstəliklər qrupu – bədən çəkisinin artıqlığı ilə əlaqədar yaranan patologiyalardır. Yağ molekulları o zaman hüceyrələrə toplanmağa başlayır ki, sutka ərzində qəbul olunan qidada olan enerjinin miqdarı sərf olunan enerjidən çox olsun. Heç kəsə sirr deyil ki, televizor qarşısında əyləşərkən süfrə arxasında yeyiləndən qat-qat çox qida qəbul etmək olur. Orqanizm isə fizioloji olaraq “qənaətcil” olduğu üçün enerjini piy toxuması şəklində depolayır.

Yağ toplayan hüceyrələr bədənə daxil olan oksigen və qidalı maddələrdən öz payını alsa da, əvəzində orqanizmdə heç bir funksiya yerinə yetirmir və fayda vermir. Bədən kütləsinin artması ürək əzələsinin üzərinə düşən yükü artırır və müəyyən müddətdən sonra ürək çatışmazlığı yaradır. Həmçinin, arterial təzyiq yüksəlir, mədəaltı vəz böyük hüceyrə ordusunu qlükoza ilə təmin edəcək qədər insulin hazırlaya bilmədiyi üçün şəkərli diabet riski yaranır. Artıq kiloların onurğaya və aşağı ətraf oynaqlarına göstərdiyi təzyiq də nəzərə alınsa, yastıayaqlıq və oynaq qığırdaqlarının distrofiyasının inkişafı qaçınılmaz olur.

Bundan başqa passiv həyat tərzi ilə birbaşa əlaqəsi olmayan, lakin onunla əlaqədar hər hansı bir patologiyaya ilə əlaqədar qəbizlik, bağırsaq parezi, görmənin zəifləməsi, baş beynin xroniki işemiyası, birləşdirici toxuma elementlərinin hipotrofiyası və hətta impotensiya kimi xəstəliklər meydana çıxır. Əslində bunları sivilaziyanın, elmi-texniki tərəqqisinin qaçınılmaz nəticəsi hesab etmək mümkün olsa da, həm də tənbəllik və sağlamlığa qarşı laqeydliyin nəticəsidir. Orqanizmi formada və sağlam saxlamaq üçün sadəcə olaraq həftədə 5 saat fiziki hərəkətlər etmək lazımdır.

     

        RESEPTLƏR

  • Orqanizmi tonuslandırmaq və qan dövranını sürətləndirmək üçün zəncəfil dəmləməsi və ya jenşen cövhəri qəbul etmək olar. 1 çay qaşığı doğranmış təzə zəncəfil kökü və ya 1/2 çay qaşığı zənəcəfil tozu 1 stəkan qaynar suda dəmlənir, üzərinə 1/2 çay qaşığı limon və 1 çay qaşığı bal əlavə olunur. Dəmləməni gündə 1-2 dəfə içmək olar.
  • Piy toxumasını əritmək və artıq çəkidən azad olmaq üçün gündə 1-2 dəfə zeytun yarpağının dəmləməsi və ya 1 filtr-bağlama Diabetea çayı içilir.
  • Bağırsaqları şlak və toksinlərdən təmizləmək, qəbizliyin qarşısını almaq üçün gündə bir dəfə axşam yatmazdan qabaq Zərif ərikli, Zərif almalı və ya Zərif limonlu çaylarından birinin dəmləməsi qəbul edilir.
  • Mədə-bağırsaq sisteminin təmizlənməsi üçün bərabər miqdarda səna yarpaqları, şüyüd toxumları, boymadərən otu və nanə yarpaqları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir və hər gün bir dəfə qəbul edilir.
  • Oynaq ağrılarını, iltihabı və ödemi aradan qaldırmaq, qığırdaqlarını elastikliyini bərpa etmək üçün hər gün tozağacı yarpaqlarının dəmləməsi ilə 2 ay oynağa isti islatma qoyulur, 2 saat saxlayandan sonra açılır, yerinə Ağrımaz kremi çəkilir, üzəri sellofan və yun şalla örtülərək səhərədək saxlanır. Gündə iki dəfə Teartroz çayının dəmləməsi qəbul edilir.
  • Ürək və beynin qan dövranını yaxşılaşdırmaq, damarların divarını möhkəmləndirmək və elastikliyini artırmaq üçün ginkqo-biloba yarpaqları və yapon soforasının çiçəkləri qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 1 stəkan suda dəmlənir və 3 yerə bölünərək gün ərzində içilir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem