HERBA FLORA







 

Qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırlırdı. Hal-hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada  az-az  xörək olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.

Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Ölkəmizdə Xəzər dənizinin sahil kənarlarında ona rast gəlmək olar. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olur, sonradan qaralır. Yarpaq və       meyvələri əziləndə spesifik xoş qoxu verir.

Həmişəyaşıl dəfnə ağacının, yay və qış aylarında yarpaqları tökülmür, onun may və oktyabr aylarında yığılan         yarpaqları daha xeyirlidir. Zəhərli dəfnə növləri də var. Ona görə də Çöl dəfnəsi və Ərəbistan dəfnəsi növlərindən istifadə etmək olmaz.

Dəfnə yarpaqları təkcə kulinariyada xörək hazırlanmasında istifadə edilmir, onun bir sıra müalicəvi xüsusiyyətləri var. A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium kimi minerallarla zəngindir.

Dəfnə yarpağının yağı qaraciyər ağrılarına xeyirlidir, ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meyilli olanların və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi məsləhət görülmür.

Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurtlamadan saxlanılması üçün içərisinə bir- iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

  • Reseptlər
  • 0,5 litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır və hər dəfə yeməkdən qabaq 1 stəkan içilir. Həzmsizlik və iştahasızlıq zamanı tətbiq edilir.
  • Dəfnə meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir. Qulunc və revmatizm ağrılarında faydalıdır.
  • Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində xeyirlidir.
  • 10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.
  • Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.
  • Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir. Dəfnə yarpağının dəmləməsi şiddətli baş ağrılarını aradan qaldırır.
  • 100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymədə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.
  • 100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcun gün ərzində qaşıq-qaşıq yeyilir. Baş ağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.
  • Kosmetoloji reseptlər
  • İltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlandıqdan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir.
  • Dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

      Dəfnə yağının alınması

      Ağacdan yığılan meyvələr qazana tökülür, üzərinə su əlavə edilir, 2-3 saat vam ocaqda qaynadılır. Meyvələri             suyun dibinə çökəndən sonra süzülür, yağın nisbi sıxlığı sudan yüngül olduğuna görə yağ suyun üzünə yığılır. Üstə       qalan yağ sudan ayrılır və saf dəfnə yağı əldə edilir.

      Dəfnə sabunu

      Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir edir. Antiseptik         xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir. Gənclik sızanaqlarında da dəfnə sabunundan       istifadə olunur. Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların         çəkilib getməsinə səbəb olur.

      Qarın piylərini əritmək üçün

      10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan             içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərinin ərmiəsinə səbəb olur.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem