HERBA FLORA







Akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq iki yerə bölünür. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur. Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə, yaradıcı potensial və işgüzarlıq yaxşılaşır, xəstə müxtəlif “fobiya”, izah olunmayan həyəcan və başqa mənfi psixofizioloji hallardan azad olur.

Akvaterapiyanın köməyi ilə bir sıra xəstəlikləri müalicə etmək olar:

  •   Dayaq-hərəkət aparatının problemləri;

  •   Kəllə-beyin travmaları;

  •   Ürək-damar sisteminin xəstəlikləri;

  •   Uşaqlarda Uşaq Serebral İflici xəstəlikləri;

  •   Hamilələrdə uşaqsalma təhlükəsi və s.

Üzgüçülük xüsusilə uşaqlara müsbət təsir edir. Su ilə ünsiyyət uşaqlara yeni duyğu, emosiyalar aləmini dərk etməyə kömək edir, onların qarşısında inkişaf və təkmilləşmənin geniş perspektivləri açılır. Su ilə ünsiyyət nəinki uşaqlara, həmçinin hamilə qadınlara, doğuş zamanı travma alan və bununla əlaqədar beynin oksigenlə təmin olunması problemləri olanlara böyük fayda verir. Onlar nəinki suyun altına dalmağa, həmçinin nəfəsin saxlanmasına mənfi münasibət bəsləyirlər.

Su dərini təmizləyir, qan dövranı və tənəffüsün yaxşılaşmasına, əzələlərin inkişafına səbəb olur. Suya daxil olan bədən çəkisizliyə oxşar vəziyyətə düşür. Bu skelet-əzələ sistemini (xüsusilə gün ərzində daimi qravitasiya yükü daşıyan əzələlər qrupunu) yüngülləşdirməyə və ürək-damar və dayaq-hərəkət sistemlərini əlavə olaraq yükləmədən terapevtik təsir üsullarından istifadə etməyə imkan verir.

Su çox gözəl yüngülləşdirici vasitədir və onun köməyi ilə insanın həyat tonusu və enerjisi yüksəlir. Akvaterapiya stresə və depressiyaya qarşı da əvəzsiz müsbət təsir göstərir.

Hər gün maye qəbul edilməsinin zəruriliyi hamıya məlumdur. Lakin qaynadılmamış, distillə edilməmiş su içmək daha yaxşıdır. Gündə heç olmasa bir dəfə bir stəkan suyun qəbulu qida sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmə cavanlıq və gözəllik bəxş edir.

Hovuz reabilitasiyası bir sıra xəstəliklər zamanı tövsiyə edilir:

 Travmalar (sınıqlar, bağ və əzələ zədələri) və onların nəticələri. Su məşğələləri zamanı əzələlər boşalır və oynağın hərəkətliyinin atmasına səbəb olur.
 Dayaq və hərəkət xəstəlikləri. Onurğa sütununun və iri oynaqların üzərinə düşən yükləməni azaldaraq xəstə xüsusi gərginliksiz oynaqların hərəkətlərini artırmaq imkanı əldə edir.

 Nevroloji xəstəliklər, insult və kəllə-beyin travmalarının nəticələri.
 Vegeto-damar distoniyası, miqren kimi damar pozğunluqları. Üzgüçülük sayəsində ağciyərlərdə tənəffüsün yaxşılaşması, qanın oksigenlə zənginləşməsi, qan dövranı stimullaşması.

 Zalda məşğul olmağa mane olan artıq çəki kütləsi ilə müşahidə edilən endokrin pozğunluqları.
 Nevroz, xroniki yorğunluq sindromu, depressiv və həyəcan halları kimi müxtəlif emosional pozğunluqlar.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem