HERBA FLORA







Yayın bürkülü və isti havasından yaxa qurtarmaq üçün ən yaxşı yol dəniz və ya hovuza üz tutmaqdır. Lakin onu da unutmaq olmaz ki, bir çox fəsadlara səbəb olan xəstəliklər dəniz və ya hovuzdan başlayır. Çünki vaxtında təmizlənib dərmanlanmayan, gigiyenik cəhətdən yararsız olan hovuz sağlamlıq üçün təhlükə mənbəyi rolu oynayır. Çirkli hovuzlarda hepatit A, hepatit E təhlükəsi daha çoxdur, göbələk infeksiyaları, bakteriyalar, müxtəlif xəstəliklərə səbəb olan mikroorqanizmlər ağır xəstəliklərə aparıb çıxarır.

Təmiz olmayan su hövzəsində üzmək yoluxucu xəstəliklər, allergiya, taravmalar, əzələ dartılması və nəhayət boğulmaya, virus, bakteriya və göbələk infeksiyası yaranmasına səbəb olur. Hovuzdan kütləvi istifadə infeksiyaların yayılması baxımından risk daşıyır:
Uşaqlar və həssas dərisi olanlar üçün mikroorqanizmlər daha çox zərər verə bilər. Dənizdə bu sahədə risk daha aşağıdır. Hovuzda
üzərkən qulaq yolu, göz, mədə-bağırsaq xəstəlikləri, dəri və tənəffüs yolu infeksiyalarının yaranması ehtimalı çoxdur. İshal və göbələk kimi keçici dəri xəstəliyi olanların hovuza girməsi yolverilməzdir.

Hovuza girməzdən əvvəl ayaqlar antiseptik su ilə dezinfeksiya olunmalı və duş qəbul edilməlidir. Neylon çimərlik geyimi və oxşar aksessuarlardan istifadə etmək, yaş çimərlik geyimində sahildə oturmaq olmaz, sudan çıxan kimi qurulanmaq lazımdır. Qulaqda hər hansı bir xəstəlik olduqda qulaq tıxacı taxılması məsləhətdir.

Hovuzlar vaxtaşırı təmizlənib dərmanlanmalı, xlorlama və dezinfeksiya əməliyyatları aparılmalıdır. Atmosferdən çoxlu oksigen aldığına görə dənizdə xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxma ehtimalını
azaldır. Lakin dəniz suyunun çirkli, köpüklü və yaşıl rəngdə olması onun sağlamlıq üçün təhlükəli olmasına dəlalət edir. Suyu dəyişdirilməyən, gigiyenik qaydalara əməl olunmayan hovuzda qulaq, göz, dəri infeksiyaları, ishal və mədə-bağırsaq problemləri baş qaldıra bilər.

Hovuzlarda cinsi yolla yayılan xəstəliklərə yoluxma daha çox yaş çimərlik geyimində gəzmək, kifayət qədər qurulanmamaq, üşümək, paltarı dəyişməmək, təmiz olmayan hovuz və gigiyenik tələblərə cavab verməyən tualetlərdən və dar paltarların istifadə edilməsi və müdafiəsiz cinsi əlaqə şəklində genital floranın tarazlığının pozulması ilə əlaqədardır. Yaş və nəmli mühit göbələklərin inkişafını artıraraq qaşıntı, ağımtıl, pendir və ya kəsmiyəbənzər ifrazat, qızartı, genital bölgədə yanma hissi meydana gətirir.

Bakterial vaginitdə sarı-boz və ya çirkli ağ rəngdə qoxulu axıntı və cinsi əlaqə zamanı ağrı olur. Trixomonas çox sıx sarı-yaşımtıl axıntı ilə müşayiət olunur. Molluscum cantagiosum ilə yoluxma zamanı genital bölgədə kiçik yumru ziyillər meydana gətirir. Suya baş vurarkən normal su təzyiqinin olmaması qulaq yolunda qanama, maye toplanması, baş gicəllənməsi, ani olaraq eşitmənin itirilməsinə səbəb ola bilər. Ən təhlükəli amillərdən biri də suya başvurma dərinliyinin artması zamanı qana qarışan azotun dərinliyin azalması nəticəsində damarların içərisində qaz halına keçərək kürəciklər yaratmasıdır. Kürəciklərlə tıxanan ürək, beyin, ağciyər kimi orqanların qan ilə qidalana bilməməsi nəticəsində ağır fəsadlar yarana bilər. Rahat mənzil, isti paltar orqanizmdə temperatur və rütübətin dəyişməsinə uyğunlaşma qabiliyyətini azaldır. Ona görə də sinir sisteminin ətraf mühitin dəyişməsinə tez cavab verməsi üçün orqanizmi müntəzəm olaraq möhkəmləndirmək lazımdır. Möhkəm orqanizm soyuqdəymə və müxtəlif yoluxucu xəstəliklərə davamlı olur, külək, günəş, soyuq su kimi qıcıqlandırıcılara alışır və uyğunlaşır, infeksiyaların inkişafına zəmin yaranmır.

Orqanizmin möhkəmləndirilməsinə yayda günəş vannası qəbul etməkdən başlamaq olar. Hava vannasını tədricən daha sərin havalarda da qəbul etmək məsləhət görülür. Hava vannasını qaçış, idman oyunları və gimnastika təlimləri ilə əlaqələndirmək çox faydalı və səmərəlidir.Yaşlı adamlar və xəstəlikdən sonra qüvvəsini bərpa edənlər daha ehtiyatlı olmalı, əvvəlcədən həkimlə məsləhətləşmə aparmalıdırlar.

Bədəni soyuq su ilə silmək və ya soyuq duş qəbul etmək əvvəlcə ilıq sudan başlanır, 3-4 günlük hazırlıqdan sonra get-gedə suyun temperaturu azaldılaraq sağlamlıq, yaş və fərdi xüsusiyyətlərdən asılı olaraq dəniz, göl və hovuzda çimməyə və günəş vannası qəbul etməyə keçmək olar.

Orqanizmdə uyğunlaşma yaranmamış birdən-birə, açıq su hovuzlarında çimmək düzgün deyil. Temperaturun kəskin dəyişməsi orqanizmin xəstəliktörədici mikroblara qarşı müqavimətini azaldır və bu, daha çox ürək-damar xəstəlikləri olanlar üçün təhlükəlidir. Temperaturun kəskin dəyişməsi dodaqlarda və üzdə uçuq törədən virusların aktivləşməsinə şərait yaradır. Hovuza girməmişdən əvvəl ilıq duş altında yaxalanmaqla orqanizmdə qan axını tənzimlənir. Xlorlu suyun qalıqlarını yumaq və onun dəriyə qıcıqlandırıcı təsirini yox etmək üçün hovuzdan çıxandan sonra da duş altında yaxalanmaq lazımdır. Dənizdə çimmək orqanizmə bir çox cəhətdən müsbət təsir göstərir. Suda həll olmuş duzlar, dəriyə və əzələlərə massaj kimi təsir göstərən dalğalar, eləcə də tənəffüs yollarına aerazol kimi nüfuz edən havadakı xırda dəniz suyu damlaları sağlamlıq üçün olduqca müsbət əhəmiyyətə malikdir. Seboreya, sızanaq və civzə kimi dəri xəstəlikləri üçün günəş şüası olduqca xeyirli və əvəzedilməz dərmandır. Yay hazırlığından sonra orqanizmin möhkəmləndirilməsi soyuq fəsillərdə də davam etdirilməlidir. Sonrakı möhkəmləndirmə tədbirlərinə bədənin soyuq su ilə silinməsi, soyuq duş qəbulu, təmiz və açıq havada gimnastika etmək və yatmaq daxildir. Havanı nəzərə almadan gündəlik gəzintiyə çıxmaq da çox yaxşı təsir göstərir.

Tarixçə. Hindlilərin dini məqsədlə yaratdıqları su mədəniyyəti miladdan əvvəl 3000-ci illərə gedib çıxır. Lakin bu sahədə ən yaxşı nümunə Egey mədəniyyətinə aiddir. Kütləvi istifadə üçün hamam və üzgüçülük hovuzları yaradılması romalılara məxsusdur. Sonra türk hamamları formalaşıb. Rusiyada buxar hamamları, isti hamamdan sonra çay və gölün soyuq suyunda üzmək məhz həmin vaxtlardan davam edir. Çin və Yaponiyada kütləvi hamam və üzgüçülük yaşayış mədəniyyətinin bir parçasıdır. Hindistan və Yaponiyadan üzmə hovuzu və kütləvi hamamları görən ingilislər onu öz ölkələrinə aparıblar. Bundan sonra hovuzlar Avropada da yayılmağa başlayıb. XIX əsrin 60-cı illərindən əyləncə, idman və istirahət məqsədilə üzgüçülük hovuzlarından geniş istifadə edilib. İndi əksər dünya ölkələrində dəniz və hovuzlar əsas istirahət mərkəzlərinə çevrilib.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem