HERBA FLORA







Yazın əvvəllərində iştahasızlıq, əsəbilik, yorğunluq, təkrarlanan soyuqdəymələrdən tez-tez şikayət edənlər çoxalır. Saçlar tökülməyə başlayır və parıltısını itirir, dırnaqlar çox kövrək olur – bunlar yaz avitaminozunun əlamətləridir. Təbii ki, vitaminlərin kəskin çatışmazlığından söhbət gedə bilməz. Vitaminlərin kəskin çatmaması orqanizm üçün çox təhlükəli haldır və hətta ölümlə nəticələnə bilər. Beləliklə, “avitaminoz” deyəndə adətən vitamin və mikroelementlərin qismən çatmaması nəzərdə tutulur. Daha dəqiq desək, söhbət hipovitaminozdan və hipomikroelementozdan gedir. Hipovitaminoz niyə məhz yazda olur? Məsələ ondadır ki, qışda qidadan lazım olan bütün vitamin və mikroelementləri almaq olmur. Son vaxtlar dükanlarda hətta qışda da, demək olar ki, bütün meyvə və tərəvəzləri tapmaq mümkündür. Lakin bir neçə ay ərzində saxlanılan həmin meyvə və tərəvəzlərdə vitamin və mikroelementlərin çox hissəsi itirilmiş olur.
Hipovitaminozun simptomları:
– Dişlərin təmizlənməsi zamanı damaqların qanaması;
– Əmək qabiliyyətinin və diqqətin azalması, iştahanın və yuxunun pozulması;
– Dodaqların kənarlarında əmələ gələn çatlar;
– Üz dərisinin quru və solğun olması, qabıq vermə və sızanaqlar;
– Saçların tökülməsi, kəpəyin əmələ gəlməsi;
– Tez-tez təkrarlanan soyuqdəymələr;
– Xroniki xəstəliklərin kəskinləşməsi.
Avitaminozun xarakterik xüsusiyyəti ondadır ki, simptomatik müalicələr kömək etmir: üz və saç üçün maskalar təsirsiz olur, sakitləşdirici preparatlar sakitləşdirmir, qəhvə gümrahlıq gətirmir və s. Orqanizm vitamin və mikroelementlərin bərpa olunmasını tələb edir. Yazda A, B qrupu, C, D, E vitaminlərinin çatışmazlığı müşahidə olunur. Həmin vitaminlər orqanizm üçün çox vacib əhəmiyyət daşıyır. A vitamini dəri və damarların normal vəziyyətini təmin edir, göz üçün çox vacibdir, cinsi hormonların sintezində və orqanizmdə bütün toxumalar hüceyrələrin inkişafında böyük rol oynayır. B qrupuna aid olan vitaminlər əzələlər üçün vacibdir, mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir, zülal mübadiləsini yaxşılaşdırır, toxumaları oksigenlə «doyuzdurur». C vitamini immun sisteminin normal fəaliyyətində, tez-tez təkrarlanan soyuqdəymələr və s. xəstəliklərlə mübarizədə böyük rol oynayır. Damarların və birləşdirici toxumanın elastikliyini təmin edir, digər vitaminləri dağılmaqdan qoruyur. E vitamini ümümi maddələr mübadiləsində aktiv iştirak edir, orqanizmin toksinlər, şlaklar və s. zərərli maddələrdən təmizlənməsinə, reproduktiv sistemin normal işləməsinə kömək edir. Adətən yazda orqanizm vitaminlərdən başqa mikroelementlərin çatışmazlığından da əziyyət çəkir. Həmin mikroelementlər bunlardır:
– dəmir (ümumi zəiflik, saçların tökülməsi, üz dərisinin solğun olması);
– yod (yaddaşın pisləşməsi, ödemlər, əsəbilik, yuxululuq);
– selen (yorğunluq, saçların tökülməsi);
– kalsium (dırnaqların kövrək olması, saçların tutqun görünməsi);
– maqnezium (əsəbilik, əzələlərdə qıcolmalar);
– kalium (başgicəllənmələri, zəiflik, əzələlərdə qıcolmalar).
Həmin hallar müşahidə edildikdə, qida rasionunda müəyyən dəyişikliklər edilməli və polivitamin komplekslərin qəbuluna başlanılmalıdır.
Polivitaminlər haqqında müxtəlif fikirlər söylənilir:
– “sintetik vitaminlər orqanizmə təsir etmir”, “belə vitaminlər faydasızdır” və s. Lakin belə yanaşma doğru deyil. Müasir vitaminlər çox keyfiyyətli və təsirli preparatlardır, demək olar ki, heç vaxt allergik reaksiyalara səbəb olmur və orqanizmə heç bir mənfi təsir göstərmir. Əlbəttə ki, təbii vitaminlər sintetik vitaminlərdən daha yaxşıdır. Lakin yazda meyvə və tərəvəzlərdə vitaminlərin miqdarı çox az olduğundan yalnız sintetik vitaminlərin köməyi ilə orqanizmdə yaranan hipovitaminozun öhdəsindən gəlmək olar.
Yaz rasionunda tez-tez istifadə edilməli qidalar:
– müxtəlif təzə göyərtilər və kahı;
– yağsız mal əti;
– balıq (duzlu və ya bişirilmiş);
– yumurta (həftədə 2-3 dəfə);
– paxlalılar (noxud, lobya və s.), yarmalar (qarabaşaq, yulaf, darı və s.);
– təzə kəsmik, qatıq, xama;
– meyvə və tərəvəzlər (xüsusilə avokado, kivi, kokos), təzə şirələr;
– qoz, fındıq, badam, tum;
– duza qoyulmuş kələm;
– itburnu dəmləməsi.
Yaxşı nəticə alınması üçün bağırsaq mikroflorasının vəziyyəti çox vacibdir. Vitamin və mikroelementlərin orqanizm tərəfindən mənimsənilməsi bağırsağın vəziyyətindən asılıdır. Ona görə də yazda bağırsaqların mikroflorasını yaxşılaşdıran preparatların qəbul edilməsi yaxşı səmərə verir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem