HERBA FLORA







98% xərçəng hüceyrələrini məhv edən birillik yovşan bitkisi - Artemisia annua L. Birillik yovşan bitkisi birillik otlara aid olub Astrakimilər və ya mürəkkəbçiçəklilər fəsiləsinə daxildir. Bitkinin hündürlüyü 1 metrə qədər olur, gövdəsi düzdür, vegetasiya dövrünün əvvəlində yaşıl olur, sonlarına yaxın isə tünd-bənövşəyi rəngə çalır. Bitkinin birillik çiçəkləri sarı rəngdə olur. Birillik yovşan avqustun əvvəlindən sentyabrın axırına qədər çiçəkləyir. Əsasən Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya, Şərqi Sibir ərazilərində rast gəlinir. Onu da qeyd edək ki, birillik yovşan xəstəliklərə və quraqlığa davamlı bitkidir.
Birillik yovşan bitkisinin yerüstü ot hissəsi bütövlükdə bir çox faydalı təsirlərə malikdir, əsasən payız aylarında toplanır. Kimyəvi tərkibi efir yağları ilə zəngindir, bu efir yağlarına aiddir: kamfora, kamfen, sineol, mirsen, pinen, borneol, artemiziaketon, yağ və sirkə turşusu. Onu da qeyd edək ki, birillik yovşanın efir yağları parfümeriya və kosmetika sahəsində də istifadə edilir. Bitkinin cavan, körpə yarpaqlarından alınmış şirə qoturluq və bir çox irinli-iltihabi dəri xəstəliklərinin müalicəsində tətbiq edilir. Lakin qurudulmuş yarpaqları əsasında əsasən dəri xəstəliklərinin, xüsusən də ekzemanın müalicəsində tətbiq edilən məlhəmlər hazırlanır. Bundan əlavə birillik yovşan bitkisinin cavan yarpaqları və toxumları yarma, xəmir yeməklərinə, ət xörəklərinə, çaya əlavə edilir.
Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildirdilər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv edə bilmişlər. Mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapmışlar. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki bildirmişdir ki, birillik yovşan sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə - episentrinə düşərək onları məhv edir. Həmin universitetin digər bir mütəxəssisi Henri Lay qeyd etmişdir ki, bu zaman bitkinin təsir effekti “Troya atı” kimi hərtərəfli işləyir. Tədqiqat nəticəsində o da aydın olmuşdur ki, birillik yovşan və dəmir birlikdə xərçəng hüceyrələrinə qarşı xüsusi toksikilik göstərir. Bu da xərçəng hüceyrələrinin dəmirə qarşı xüsusi hərislik göstərməsi ilə bağlıdır.
Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə etmişdir. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edib yüksək effektivlik əldə etdiyinə görə tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür.
Lakin bu kəşfə baxmayaraq hələ də alimlər müalicənin tam təsdiq edilməsi sahəsində araşdırmalar aparır, gələcəkdə bu maddə əsasında dərman hazırlayıb kütləvi xərçəng xəstələrinin müalicəsində tətbiq etməyi düşünürlər.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem