HERBA FLORA







Adından göründüyü kimi, bitkinin xarici görünüşü keçinin buynuzlarını xatırladır. Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu həm qədim, həm də müasir bitkidir. Qədimdir ona görə ki, 5 min ildən çox yaşı var. Müasirdir ona görə ki, onun bir sıra sağlamlıq üçün tibbi əhəmiyyəti son illər yenidən gündəmə gəlib. Yetişmiş keçibuynuzu elə bil lobyanın sadəcə uzun formasıdır. Bəzən onu “Yaqub Peyğəmbərin çörəyi” adlandırırlar. Deyilənə görə, Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi meyvədir. Keçibuynuzu ağacının hündürlüyü 8-10 metrə çatır, daim yaşıl ağac olan keçibuynuzunun qara buynuz şəklində meyvələri var. Keçibuynuzu əkiləndən sonra 15 il meyvə vermir. Yetişmiş ağac min kiloqrama qədər məhsul verə bilir. Keçibuynuzu və ya digər adı Harnup olan meyvə planetimizin ən qədim bitkilərindən biridir, vətəni cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Əlcəzair, Fələstin və Liviyadır. Keçibuynuzu toz halında və çiy şəkildə yeyilir, ondan bəhməz (doşab) hazırlanır. Onun kimyəvi tərkibi A, B qrupu və E vitaminləri, kalium, kalsium və fosfor, natrium, maqnezium, dəmir, sink və manqandan ibarətdir. Keçibuynuzu meyvəsi və bəhməzi yüksək qida dəyərli məhsul kimi uşaqlar, xüsusilə yeniyetmələr üçün çox faydalıdır. Bir neçə yüz il bundan əvvələ kimi hazırlanan şirniyyatlarda şəkər əvəzi kimi istifadə olunurdu. Ağ şəkər istehsalına başlanandan sonra ondan imtina edilməsi və keçibuynuzunun qidalanmadakı əhəmiyyəti bir qədər unudulmuşdur. Keçibuynuzunun faydaları kifayət qədər çoxdur. Nəfəs darlığına qarşı keçibuynuzu meyvəsində olan maddə, demək olar ki, başqa heç bir bitkidə yoxdur. Eyni zamanda bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür. Tərkibindəki qall turşusu sağlamlığa müsbət təsir göstərən bir maddədir. Bitkinin tərkibindəki digər promotor maddələr onun xüsusiyyətlərini daha da artırır. Keçibuynuzu ağrıkəsici, antiseptik, allergiyaya qarşı, astma və xərçəng əleyhinə, mikroblara qarşı, ishal və qəbizliyə qarşı, bronxgenişlədici keyfiyətlərə malikdir, həmçinin keçibuynuzu qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflcinin qarşısını alır, bundan başqa qida maddələrində E410 ilə göstərilən həcmartırıcı qida maddəsi kimi də istifadə olunur. Çəyirdəkləri üyüdülərək süd və balla südlü qəhvə kimi bişirilir, ondan bəkməz hazırlanır. Keçibuynuzu 90 faiz hallarda ağciyər xərçənginin qarşısını almaq gücünə malikdir. Həmin xəstəlik daha çox siqaret çəkənlərdə özünü biruzə verir. Ağciyər xərçənginin daha yaxşı müalicə edilməsi üçün keçibuynuzu ilə qırmızı turpdan istifadə edilməsi müalicənin təsir gücünü artırır. Keçibuynuzunda xolestrolun yoxluğu da onun böyük üstünlüyüdür. Tərkibində kofein və teobromin olmadığı üçün qan təzyiqi zamanı ondan istifadə etmək olar. Bitki fosfor və kalsiumla çox zəngindir. Ona görə də osteoporoz (sümük əriməsi) xəstəliyi zamanı kalsium ehtiyacının qarşılanmasına kömək edir. Keçibuynuzu kalsiumla zəngindir, onun tərkibində süddən 3 dəfə çox kalsium var, dişlər üçün çox xeyirlidir. Tərkibindəki E vitamininə görə öskürəyə, qripə və qan azlığına xeyirdir. Natrium və kaliumla zəngin olduğu üçün təzyiq, qaraciyər və ağciyər xəstəlikləri zamanı müsbət təsir göstərir. Qanı zəhərli maddələrdən təmizləyir, ürəyə çox xeyirdir. Orqanizminə daxil olan radiasiyanı xaric edir, taxikardiyanı, mədə və bağırsaq qazlarını xaric edərək şişkinliyi aradan qaldırır. Tərkibində yüksək şəkər olduğuna görə şəkər xəstələrinin ondan istifadəsi məsləhət görülmür. Keçibuynuzundan necə istifadə edilir? Meyvələri təzə və quru olaraq yeyilir. Onun çəyirdəklərindən də istifadə etmək olar. Yarpaqları və budaqları qurudulub qaynadılaraq çay hazırlanır. Çəyirdəyini üyüdüb suda qaynatdıqdan sonra məlhəm hazırlanır və onun şiş və yaralarara sürtülməsi sağalmanı sürətləndirir. Keçibuynuzundan hazırlanan bəhməzi mütəmadi olaraq qəbul etmək çox faydalıdır. 1 kq bəhməzin tərkibində A, B qrupu və E vitaminləri, 8069 mq kalium, 698 mq kalsium və 565 mq fosfor, 147 mq natrium, 383 mq maqnezium, 3,54 mq dəmir, 3,2 mq sink, 3,9 mq manqan var.
Resept. 6-7 ədəd keçibuynuzu xırda-xırda doğranaraq 0,5 litr qaynanmış suya atılır. Ağzı qapalı olaraq vam ocaqda 3 dəq. qaynadılır, ocaq söndürülərək 20 dəqiqə saxlanır, qaşıqla keçibuynuzları çıxarılır. Soyuyandan sonra yarısını acqarına səhər, yarısı axşam yatmazdan əvvəl içilir. 1 həftə içildikdən sonra 3 ay hər gün axşam yatanda 1 stəkan içilir. Sperm miqdarını, cinsi gücü və istəyi artırır.
Keçibuynuzu çayı: 4-5 ədəd keçibuynuzu meyvəsi 1 litr qaynanmış suda 45 dəq. dəmlənir, süzülür, soyuq və ya isti halda içilir.
Keçibuynuzu bəhməzinin faydaları:
•İçindəki E vitamini öskürək və qrip zamanı immuniteti artırır, bəlğəmgətirici təsir göstərir.
•Siqaret çəkənlərdə bronxları təmizləyir, nəfəs daralmalarında yaxşı təsir göstərir.
•Qanazlığı zamanı çox faydalıdır.
•Tərkibindəki yüksək xam sellüloza sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qastritin müalicəsində yaxşı effekt verir.
•Bağırsaq qurdlarının təmizlənməsinə kömək edir.
•Sinir sistemini qüvvətləndirir.
•Tərkibindəki yüksək təbii şəkərlər, zəngin minerallar (xüsusilə sink) və A, B1, B2, B3, D vitaminləri sayəsində təbii güc və enerji qaynağıdır.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem