HERBA FLORA







“Sizin necə yaşınız var?” sualına cavab verməkdə çətinlik çəkirik. Məktəb və ya institut yoldaşlarının yaşlarının eyni olmasına baxmayaraq onların xarici görünüşlərinin bir-birindən xeyli fərqləndiyini dəfələrlə müşahidə etmişik. Beləliklə “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olması məsələsinin üstünə gəlirik, yəni zahiri görünüş doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsində yazılan yaşa uyğun gəlməyərək müxtəlif olur. Professor Maykl Royzenə görə həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır.
Əgər kimsə 40 yaşında 20 yaşındakı kimi görünürsə, deməli, son dərəcə sağlam həyat tərzi keçirib. Lakin prinsipcə mümkün olmayan heç bir şey yoxdur. Hepantoloq və mütəxəsislər bir sıra məsələlərə əməl etməklə ömrü uzatmağın mümkünlüyünü söyləyirlər. Onlar qocalıqla mübarizədə qida və vərdişlərin ömrü nə qədər uzatmasını hesablamışlar.
Həmin hesablamalara əsasən:
– müntəzəm olaraq qidalanmada tomatlar (pomidor), sous və qızardılmış yeməklərdən istifadə etmək kişilərə öz yaşından 1,9,
qadınlarda 0,8 il;
– hər gün (yeməkdən sonra) ginkqo-biloba qəbul etmək – 2,2 il;
– təmiz havada 30 dəqiqəlik gündə- lik gəzinti – 1,6 il;
– həftədə 30 dəqiqə güc tələb edən məşqlər və ya fi ziki fəaliyyət – 1,7 il;
– az miqdarda gündəlik şokolad yemək – 1,3 il;
– qidada yalnız yaxşı yağların işlədilməsi – 3,4 il;
– gündəlik 5 müxtəlif meyvə yeyilməsi – 1,4 il;
– gündə 5-8 ədəd qoz-fındıq yeyilməsi – 3 il;
– suda bişmiş, pörtlədilmiş və ya buxarda hazırlanmış balıqdan istifadə etmək – 3 il;
– qidada balanslaşdırılmış vitaminli (Şəfa vitamini) məhsullardan istifadə etmək – 3,3 il;
– gülüş – 1,7 ildən 8 ilə qədər;
– fol turşusunun vitaminlərin tərkibində və ya ayrıca olaraq qida əlavələrində qəbul etmək – 1,2 il;
– gündəlik B6 vitaminin qəbulu – 0,4 il;
– kalsium ilə zəngin qida qəbulu – 0,5 il;
– ağız boşluğunu qaydada saxlamaq və hər 6 aydan bir
stomatoloqda müayinədən keçmək – 6,4 il;
– gündəlik səhər yeməyi – 1,1 il;
– əlin yuyulması və qidanın yaxşı hazırlanması – 0,4 il;
– keyfi yyətli və sağlam yuxu – 7 saat qadınlar üçün, 8 saat kişilər üçün – 3 ildən 12 ilə qədər;
Normal çəkini saxlamağı bacarmaq (qadınlar üçün ideal çəki onun 18, kişilər üçün isə 21 yaşındakı çəkidir) – 6 il ömrü uzadır.
Güclü stress isə olduqca zərərlidir. Həyatda 3 katastrofik stress situasiya ömrü 32 il qısaldır.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem