HERBA FLORA







7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması fizioloji, yəni normal hal hesab olunur. Təbabətdə onu “kiçik qusma” adlandırırlar. Proses qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla olmamalıdır.

Uşağı yedizdirdikdən sonra onu 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur, ağızın kənarlarından isə az miqdarda süd gələ bilər. Qidanın hissəvi olaraq geri qaytarılması uşağın bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı ciddi səbəb olmadan da baş verə bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlamətləri fi zioloji “kiçik qusmalara” uyğun gələrsə, uşağın çəki artımı varsa – bu, normal hesab olunur. Təxminən körpənin yeddinci ayından sonra, qidanın hissəvi olaraq geri qaytarılması keçib gedir. Valideynlər aşağıdakı hallara diqqət yetirməlidirlər:
– qəbul edilən qidanın “fontan” şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər,
ona görə də uşağı ilk növbədə nevropatoloqa göstərmək lazımdır. Bəzi hallarda qusmanın səbəbi həzm sistemində
olan spazmlarla da əlaqədar ola bilər və onda həkim-qastroenteroloqa müraciət edilməlidir;
– gecikmiş kiçik qusma – qida qəbulundan 1 saat və daha gec, bəzi hallarda isə növbəti qida qəbulundan bir qədər
əvvəl baş verir. Bu halda da həkim-qastroenteroloqa müraciət etmək tələb olunur;
– tez-tez baş verən kiçik qusmalar - əgər uşaqda hər 5-10 dəqiqədən bir baş verirsə, bu, qeyri-normal hal hesab
olunur. Uşaqda belə bir problem müşahidə edilərsə, həkim-qastroenteroloqa müraciət etmək məsləhət görülür;
– narahatlıq və ağlama ilə müşayiət olunan kiçik qusma-spastik sancı əlamətidir. Həkim-pediatr və ya qastroenteroloq uşağa sancı əleyhinə olan vasitələr təyin edə bilər;
– maye qəbulundan, az miqdarda qida qəbulundan sonra baş verən narahatlıq, çəkinin az artması və ya hətta artmaması ilə müşayiət olunan kiçik qusmalar anatomik qüsur olan «pilorostenoz»la əlaqədar ola bilər. Belə qüsur əksər hallarda uşağın doğulduğu ilk günlərdə aşkar edilir və cərrahi müdaxilə tələb edir. Bəzi hallarda isə pilorostenoz bir qədər sonra – uşağın 1-3 aylığında aşkar olunur.
Fizioloji olmayan, tez-tez baş verən kiçik qusmalara meyilli olan uşaqlar üçün həkimlər xüsusi müalicəvi süni qida qarışığı təyin edə bilərlər. Belə süni qidaların qutusu üzərində, adətən, “antireflyuks” sözü də yazılır. Həmin qidaları yalnız həkim məsləhəti ilə uşağa vermək olar. Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması zamanı həmin qidaların qəbul edilməsinə ehtiyac olmur. Ana südünü tamamilə belə süni qida ilə əvəz etmək olmaz.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem