HERBA FLORA







Saçlarınız tökülür?

Bu müxtəlif səbəblərdən baş verə bilər, stress halları, hormonal pozğunluqlar, uzun müddət antibiotik qəbulu, neyroleptik, antidepressant qəbulu, cərrahi əməliyyatlar, kəskin infeksion və ağır xroniki xəstəliklər, həyati vacib mikroelementləri çatışmayan pəhrizlərə riayət etmə. Bu və digər hallarda xalq təbabəti reseptlərindən yararlana bilərsiniz.

 

--1 xörək qaşığı mayonez və hərəsindən 1 çay qaşığı olmaqla gənəgərçək yağı və bal götürülüb qarışdırılır, saçların üzərinə və dibinə yaxılıb yaylıqla bağlanır, 30-40 dəqiqə saxlandıqdan sonra Fitoton şampunları ilə yuyulur.

 

--Yarım stəkan palıd qabığı və eyni miqdarda soğan qabığı qarışdırılaraq üzərinə qaynar su əlavə edilib qızdırılır, otaq temperaturunadək soyudulduqdan sonra saçlar bu maye ilə isladılır, qalın yaylıqla bağlanılır. 2 saatdan sonra yaylıq açılaraq saçlar qurudulur.

 

--30 qr gicitkən yarpağı, 30 qr dəvədabanı yarpağı, 20 qr kəcəvər kökü 1 litr suda 10 dəqiqə qaynadılır, maye qaynadıldığı qazanda qalır, isti-isti parçaya bükülür və 1 saat saxlanır, soyuduqdan sonra süzülür, alınmış maye ilə baş həftədə 3 dəfə yuyulur.

 

--Quru saçlar üçün maska: 2 xörək qaşığı gicitkən yarpağı və kökləri, 1 litr su, 1 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı çaytikanı yağı. Gicitkən yarpağı və kökləri 30 dəqiqə qaynadılıb süzülür, üzərinə alma sirkəsi və Fitooil çaytikanı yağı əlavə edilib qarışdırılır. Alınmış qarışım saç diblərinə axşamlar çəkilir. Bu prosedur 2 həftə davam etdirilir.

 

--Yağlı saçlar üçün maska: 1 paket Fitoton xınası və 1 ədəd yumurtanın ağı qarışdırılıb saç diblərindən saç uclarına qədər çəkilir. Maska 15-20 dəqiqə saxlandıqdan sonra yuyulur.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem