HERBA FLORA







 

Bəzən həddən artıq arıq, sısqa görüntü insanlarda komplekslərə çevrilir. Buna qarşı hər hansı tədbir görməzdən öncə problemin səbəbləri araşdırılmalıdır.

Bədən çəki indeksinizi hesablayın BÇİ= çəki (kq) : (boy (m))2, əgər bu göstərici 18,5 və ondan aşağı olarsa, narahat olmağa dəyər.

Bir çox xəstəliklər arıqlamağa səbəb olur: onkoloji xəstəliklər, şəkərli diabet (I tip), tireotoksikoz, psixi xəstəliklər, həzm sistemi xəstəlikləri və s.

Əgər hər hansı xəstəlikdən əziyyət çəkmirsinizsə, onda arıqlamağın səbəbləri bunlar ola bilər: astenik tip bədən quruluşu, irsi meyillik, qidalanma tərzi, hərəkət tərzi, keçirilmiş stres halları, güclü həyəcanlanma.

Çəkini artırmaq üçün bu qaydalara riayət etmək lazımdır:

1. Hər gün minimum 3 dəfə (porsiya) gec həzm olunan karbohidratlardan ibarət qida qəbulu – makaron, yarmalar, çörək, kartof.

2. Menyuya təzə meyvələr və meyvə şirələri, meyvə quruları, çərəzlər, bal, təbii desert (marmelad) daxil edilməli.

3. Hər gün 140 qr-dan az olmayaraq zülal qəbulu – balıq əti, dəniz məhsulları, quş əti, toyuq, kəsmik, süd və yumurta.

4. Gün ərzində 110-120 qr heyvani yağ, 40 qr-dan az olmayaraq bitki yağı qəbul edilməlidir. Rasiona kərə yağı, xama, qaymaq və digər süd məhsulları da daxil edilir. Lakin bu zaman trans-yağların qəbuluna yol vermək olmaz.

5. Fast-fud qəbulundan qaçın, təkrari yanmış yağda qızardılmış məhsulların, yarımfabrikatların, çipslərin, şirin qazlı içkilərin qəbulunu dayandırın. Bu ancaq orqanizminizdə pis xolesterinin toplanmasına və həzm problemlərinin artmasına səbəb olacaq.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem