HERBA FLORA







Capparis spinosa

Fəsiləsi: kəvərkimilər (capparaceae). Tikanlı kəvər əsasən qarışqa və həşəratlar vasistəsilə çoxalır, onun toxumları kiçik həşəratlar vasitəsilə qaya və daş yarıqlarının arasına daşınıraq onun yayılmasına səbəb olur. Torpaüstü hissəsi birillikdir, quruyandan sonra növbəti il yenidən cücərir. Dərin kök sisteminin olması onu küləyə, selə, yağış sularına və torpaq sürüşmələrinə qarşı davamlı edir. Əsasən dağlıq ərazilərdə bitdiyinə görə heyvanlar üçün yaxşı yem hesab olunur. Tarixçə - Tikanlı kəvərin adına ilk dəfə “Gilqameş dastanı”nda rast gəlinir. Rusiyada yaşayan fransız əsilli kulinar Lüsyen Olivyenin XIX əsrin sonlarında kəşf etdiyi və indi də bayram süfrələrini bəzəyən “Olivye” salatının orijinal reseptində tikanlı kəvər meyvələri də var idi.

Tikanlı kəvər yarımkol bitkisidir, budaqları 2 metrə qədər hündürlüyə qalxır. Yarpağı girdə-yumurtavari, yaxud ellipsvari formada olur, saplaqlıdır. Çiçəkləri iri ağ rəngdədir, tək-tək yarpaqların qoltuğunda yerləşir. Tikanlı kəvər çiçəklərinin heç yerdə müşahidə olunmayan spesfik xoş ətri var. Meyvəsi uzun saplaqlı uzunsov qutucuqmeyvədir. Toxumları kürəvari, tünd-qonur rənglidir. May-iyun aylarında çiçəkləyir, avqustda meyvələri yetişir.

Yayılması

Yabanı halda Orta Asiyada, Krımda və Dağıstanda bitir. Avropanın da bir çox ölkələrində becərilir. Türkiyənin Qara dəniz sahillərin boyunca yayılmışdır.

Tikanlı kəvər növü yabanı halda ölkəmizin dağlıq və dağətəyi bölgələrində, səhra və yarımsəhra zolaqlarında, xüsusən də Naxçıvan və Kür-Araz ovalığında bitir. Günəşi sevən, susuzluğa davamlı bitkidir, yol, qayalıq və yüksəkliklərdə, demək olar ki, hər yerdə bitir. Uzunömürlüdür, 150-200 il yaşayır.

Bitkinin yayılmasında qarışqa və həşəratların böyük rolu var və onun toxumları həmin kiçik həşəratlar vasitəsilə qaya və daş yarıqlarının arasına daşınıraq bitkinin çoxalmasına və arealının genişlənməsinə səbəb olur. Torpaqüstü hissəsi birillikdir, quruyandan sonra növbəti il yenidən cücərir. Dərin kök sisteminin olması onu küləyə, selə, yağış sularına və torpaq sürüşmələrinə qarşı davamlı edir. Əsasən dağlıq ərazilərdə bitdiyinə görə heyvanlar üçün yaxşı yem hesab olunur.

Tərkibi

Tikanlı kəvər çiçəklərinin qönçə dövründə 100-150 mq% C vitamini, doymuş yağ turşularından olein, linol turşularının qliseridləri çoxluq təşkil edir. Tikanlı kəvərin meyvələrində pektin maddələri, üzvi turşular, şəkər, 56 mq% C vitamini, rutin və digər bioloji fəal maddələr olduğu aşkar edilmişdir.

Tikanlı kəvərin dadı tünd və spesifikdir. Kiçik meyvələri daha dadlı və qiymətli olur, onun dad və ətiverici maddəsi rutindir.

Tikanlı kəvər çiçəkləri, meyvəsi, toxum və kökləri dərman xammalı kimi istifadə olunur. Bəlğəmi durulaşdırır və xaric edir, cinsi istəyi artırır, ağrıkəsicidir, diş ağrılarını aradan qaldırır. Qanazlığı zamanı tikanlı kəvərin meyvələrindən hazırlanan mürəbbə və marmeladdan istifadə edilir. Tikanlı kəvər kökündən hazırlanan spirtli tinktura qanda trombositlərin sayını artırır və laxtalanmanı sürətləndiyinə görə xroniki qanaxmalar zamanı faydalıdır.

Bitkinin yetişməmiş meyvə və tumurcuqlarından sirkə və yaxud duzla hazırlanan turşu onkololoji xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.

Müalicə məqsədi ilə tikanlı kəvərin daha çox yetişmiş zoğ və kökləri, yarpaq, çiçək və meyvələrindən istifadə edilir. Onun çiçəkləri günəş şüalarının altında qurudulanda tərkibində olan kimyəvi birləşmələr parçalanaraq zəhərli maddələr əmələ gətirdiyinə görə kölgədə qurudulmalıdır.

Dərman formaları

Dəmləmə

Tikanlı kəvərin yeni qönçələyən çiçəkləri saplaq və çiçək ayası üstündə olmaq şərtilə dərilir, 6-7 ədədinin 5 stəkan suda dəmlənilərək çay kimi qəbul edilməsi sarılıq xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir.

Bişirmə

Tikanlı kəvər meyvəsinin qabığı soyulur, 1 çay qaşığı qabıq üzərinə 1 stəkan su əlavə edilərək qaynadılır, alınan horra şəklində bişirmə sinir xəstəlikləri və uzun müddət sağalmayan yaraların müalicəsində tətbiq olunur.

Şirə

Tikanlı kəvərin meyvələri toplanır, saplağı kəsilərək şirəsi sıxılır, böyrək daşlarını əritmək üçün gecə yatmazdan əvvəl 1 stəkan qəbul olunur.

Reseptlər

Qurudulub üyüdülmüş tikanlı kəvər meyvələrinin və qabıqlarından hərəsindən bir hissə, həmçinin razyananın gövdə və yarpaqları, keşniş toxumu və səhləb çiçəklərinin hərəsindən bir hissə qarışdırılır, çay kimi dəmlənir. Çayın gün ərzində qəbul edilməsi zobdan əziyyət çəkənlər üçün çox faydalıdır.

Tikanlı kəvərin çiçəkləri dərilir, kölgədə qurudulur, 6 stəkan suda 30-50 qram ləçək dəmlənərək çay kimi içilir. Qaraciyər xəstəlikləri, xüsusən qaraciyərin piy distrofiyası, hepatitlər və sirrozda dəmləmənin istifadəsi qısa müddət ərzində müsbət nəticə verir.

1 xörək qaşığı tikanlı kəvər kökləri, 1 xörək qaşığı budaq və ya qabığı 2 stəkan suda dəmlənir, qurdsalıcı, bəlğəmgətirici, ağrıkəsici və revmatizm əleyhinə vasitə kimi istifadə edilir.

Gecə yatmazdan əvvəl acqarına gündə 1 stəkan meyvə şirəsi qəbul edilir.

Əks göstəriş: Zəhərli olduğuna görə bitkinin preparatları ehtiyatla qəbul edilməlidir. Şəkərli diabet xəstələri ondan yalnız həkim məsləhəti ilə istifadə edə bilərlər.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem