HERBA FLORA







Birinci sıxım zeytun yağının tərkibində çoxlu miqdarda faydalı birləşmələr, xüsusən də fitoximikalilər var. Birinci sıxım dedikdə zeytundan yağın çıxarılması zamanı istilik və kimyəvi işlənmənin istifadə olunmaması nəzərdə tutulur. Belə yağın tərkibində çoxlu faydalı komponentlər qorunub saxlanır. Şiş hüceyrələrinə dağıdıcı təsir göstərir və onların məhvinə səbəb olur.

 

Qranada və Kataloniyada Onkologiya İnstitutlarının həkimləri xərçəng xəstəliyinin müalicəsində daha effektli olan zeytun sortlarının araşdırılması sahəsində tədqiqatlar aparıblar.

 

Tədqiqatların nəticəsinə əsasən turşuluğu 0,8 faizdən aşağı olan yüksək keyfiyyətli zeytun yağının tərkibindəki mürəkkəb fenollar süd vəzi xərçənginin əmələ gəlməsində əsas rolu olan HER2 geninin aktivliyini azaldır. Bioloqların əldə etdiyi nəticələr göstərir ki, liqnin və sekoridoid polifenolları HER2 geninə qarşı daha aktivdir. Kortəbii olaraq zeytun yağının istifadəsi zamanı aktiv polifenolların qanda eyni konsentrasiyasını əldə etmək mümkün deyil.

 

Onkoloqlar bu fikirdədilər ki, xərçəngə qarşı yeni dərman preparatlarının istehsalında zeytun yağının polifenollarından istifadə etmək yaxşı nəticələr verə bilər.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem