HERBA FLORA







Yumurta ağır və çətin həzm edilən qida olsa da, onun hazırlanmasından çox şey asılıdır. Yumurta nə qədər çox bişsə və ya qızardılsa, orqanizmdə o qədər yavaş həzm edilir. Həkim-diyetoloqlar ilıq bişirilmiş yumurtanın həzmi üçün bir-iki saat kifayət etdiyini söyləyirlər. Bərk bişmiş yumurta və ya qayğanağın həzm edilməsi üçün ən azı 3 saat vaxt lazımdır. Əslində yumurta kalorili qida deyil, arıqlamaq istəyənlər üçün unikal məhsuldur. Özündə orta hesabla 80-100 kkal saxlayır və bütün kalorilər yumurtanın sarısındadır. Yumurta pəhrizi rejimindən əvvəlki çəki ilə pəhrizdən sonrakı çəki arasında çox böyük fərq olur. Pəhrizə əməl etməklə 4 həftədən sonra çəki 20-28 kiloqrama qədər aşağı düşür. Qidalanma rejimi zamanı hər hansı məhsulu başqası ilə əvəz etməyə icazə verilmir.
-----
Birinci həftə
Gündəlik səhər yeməyi: portağalın və ya qreypfrutun 1/2 hissəsi və qaynadılmış 1-2 yumurta.
Bazar ertəsi
Nahar: hər hansı meyvə və istənilən miqdarda portağal, alma, armud, ərik, yemiş, qarpız və s.
Şam yeməyi: qoyun ətindən başqa qızardılmış və ya qaynadılmış ət (piysiz dilimlər və ya qiymə).

Çərşənbə axşamı
Nahar: qaynadılmış dərisiz və ya qızardılmış toyuq
Şam yeməyi: qaynadılmış 2 yumurta, salat, 1 tost və ya kökənin 1/4-i, 1 portoğal və ya qreypfrut.

Çərşənbə
Nahar: yağsızlaşdırılmış pendir, 1 tost və pomidor
Şam yeməyi: qoyun əti istisna olunmaqla qızardılmış və ya qaynadılmış ət, salat.

Cümə axşamı
Nahar: hər hansı meyvə və istənilən miqdarda portağal, alma, armud, ərik, yemiş, qarpız və s.
Şam yeməyi: qoyun əti istisna olunmaqla qızardılmış və ya qaynadılmış ət, salat.

Cümə günü
Nahar: qaynadılmış 2 yumurta, qaynadılmış tərəvəzlər (yunan qabaqları və ya paxla, kök və ya yaşıl noxud)
Şam yeməyi: qaynadılmış və ya qızardılmış balıq, salat, 1 portağal və ya qreypfrut.

Şənbə günü
Nahar: hər hansı meyvə və istənilən miqdarda portağal, alma, armud, ərik, yemiş, qarpız və s.
Şam yeməyi: qızardılmış və ya qaynadılmış ət.

Bazar günü
Nahar: dərisiz qaynadılmış və ya qızardılmış toyuq, pomidor, qaynadılmış tərəvəzlər, 1 portağal və ya qreypfrut
Şam yeməyi: qaynadılmış tərəvəzlər.
-----
İkinci həftə
Gündəlik səhər yeməyi: portağalın və ya qreypfrutun 1/2-i, və 1-2 qaynadılmış yumurta.

Bazar ertəsi
Nahar: qızardılmış və ya qaynadılmış ət salat
Şam yeməyi: qaynadılmış 2 yumurta, salat, 1 porta-
ğal və ya qreypfrut.

Çərşənbə axşamı
Nahar: qızardılmış və ya qaynadılmış ət, salat
Şam yeməyi: qaynadılmış 2 yumurta, 1 portağal və
ya qreypfrut.

Çərşənbə
Nahar: qızardılmış və ya qaynadılmış ət, xiyar
Şam yeməyi: qaynadılmış 2 yumurta, 1 portağal və
ya qreypfrut.

Cümə axşamı
Nahar: qaynadılmış 2 yumurta, istənilən miqdarda
yağsızlaşdırılmış ağ pendir, qaynadılmış tərəvəzlər
Şam yeməyi: qaynadılmış 2 yumurta.

Cümə günü
Nahar: qaynadılmış və ya qızardılmış balıq
Şam yeməyi: 2 yumurta.

Şənbə günü
Nahar: qızardılmış və ya qaynadılmış ət, pomidor, 1 portağal və ya qreypfrut
Şam yeməyi: təzə meyvələrin qarışığı.

Bazar günü
Nahar: dərisiz qaynadılmış və ya qızardılmış toyuq, pomidor, qaynadılmış tərəvəzlər, 1 portağal və
ya qreypfrut
Şam yeməyi: dərisiz qaynadılmış və ya qızardılmış
toyuq, pomidor, qaynadılmış tərəvəzlər, 1 portağal və
ya qreypfrut.
-----
Üçüncü həftə
Bazar ertəsi
Gün ərzində istənilən miqdarda üzüm, manqo, xurma, banan və əncirdən başqa digər meyvələr.

Çərşənbə axşamı
Gün ərzində qaynadılmış tərəvəzlər və salatlar.

Çərşənbə
Gün ərzində hər hansı meyvə, qaynadılmış tərəvəz və salatlar.

Cümə axşamı
İstənilən miqdarda qaynadılmış və ya qızardılmış balıq, kələm və ya kələm salatı, qaynadılmış tərəvəzlər.

Cümə günü
Qoyun ətindən başqa qaynadılmış və ya qızardılmış yağsız ət və ya toyuq, qaynadılmış tərəvəzlər.

Şənbə və bazar günü
Gün ərzində istənilən miqdarda və istənilən vaxt alma, armud, şaftalı və ya ərik
-----
Dördüncü həftə
Əvvəlki həftələrdə istifadə olunan məhsullar gün ərzində vaxt bölgüsü olmadan qəbul edilir.

Bazar ertəsi
Qızardılmış və ya qaynadılmış ətin və ya qaynadılmış toyuğun 1/4-nin 4 dilimi, 3 pomidor və 4 xiyar, 1 banka yağsız və ya suyla yuyulmuş tunes balığı, 1 tost, 1 portağal və ya qreypfrut.

Çərşənbə axşamı
200 qram qızardılmış və ya qaynadılmış ət, 3 pomidor və 4 xiyar, 1 tost, alma və ya armud, yaxud yemişin 1 payı, portağal və ya qreypfrut.

Çərşənbə
Kəsmiyin 1 qaşığı və ya istənilən yağsızlaşdırılmış ağ pendir, qaynadılmış tərəvəzlər, 2 pomidor və 2 xiyar, 1 tost, 1 portağal və ya qreypfrut.

Cümə axşamı
Qaynadılmış və ya qızardılmış toyuğun 1/2-i, 3 pomidor və xiyar
1 tost, 1 portağal və ya qreypfrut, hər hansı meyvə.

Cümə günü
Qaynadılmış 2 yumurta, salat və 3 pomidor, 1 portağal və ya qreypfrut.

Şənbə günü
Qaynadılmış 2 toyuğun döş əti, 200 qr kəsmik və ya pendir, 1 tost
2 pomidor, 2 xiyar və qatıq, 1 portağal və ya qreypfrut.

Bazar günü
1 qaşıq kəsmik, 1 banka yağsız tunes balığı, qaynadılmış tərəvəzlər, 2 pomidor və 2 xiyar, 1 tost, 1 portağal və ya qreypfrut.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem