HERBA FLORA







Orqanizmin sağlamlığı və qidalanmasında böyük rolu olan məhsullardan biri də erkək arı sürfələridir. Çində arıçılığın bu sahəsində zəngin təcrübə qazanılmış və böyük istehsal yaradılmışdır. Çox qədimdən ölkədə sıxılıb qurudulmuş və sıxılıb duzlanmış arı sürfələrindən istifadə olunur. Müalicəvi vasitələri arı sürfələri xitinləşməmiş hazırlayırlar. Bir həftəlik arı sürfələri sıxılır və alınan süd kimi maddədən istifadə edilir. Erkək arı südünün tərkibi 50 faizə qədəri ana arı südünün kimyəvi tərkibinə uyğundur. Lakin hormon və bioloji aktiv komponentlər daha çoxdur.

Rusiya Arıçılıq Elmi-Tədqiqat İnstitutunun məlumatına görə, erkək arıların homogenatı – erkək arı südü müalicəvi xüsusiyyətinə görə hətta ana arıların südündən üstündür. Erkək sürfələrin tərkibində çoxlu miqdarda müxtəlif funksional qruplar var: sulfhidril fermentləri qrupu, testosteroidlər, progesteron və estradiol. Ona görə də sürfə homogenatı – erkək arı südü prostat vəzin və toxum kanallarının biokimyəvi və fizioloji bərpasına səbəb olur, androgenlərin əmələ gəlməsini hormonal səviyyədə stimulə edir.

 

Arı homogenatı fiziki, cinsi və əqli inkişaf zamanı əvəzolunmaz qida məhsuludur. Erkək arı homogenatı isə daha aktiv həyat tərzi keçirən fiziki və zehni işlə, ağır idman növləri ilə məşğul olanlar üçün faydalıdır. Erkək arı südü qida əlavəsi kimi hormonal sistemi bərpa etmək, kişilərdə potensiyanın stimulə etmək üçün əvəzolunmaz qida əlavəsi və müalicəvi məhsuldur.

 

Arı südü – kral jelesinin gündəlik rasiona salınması orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsi və xəstəliklərə qarşı immunitet yaranması deməkdir.

 

ARI SÜDÜ İLƏ BAL

Tərkibi: yüksək keyfiyyətli bal və arı südü.

Qida tərkibi: 100 qram məhsulda 1 qram zülal, 0,28 qram piy, 81,62 qram karbohidrat, kalori dəyəri 291,4 kkal.

Mikroelementlər: K, Na, Ca, Cl, Mg, Fe, Zn, Cr, Au, Cu və s.

Vitaminlər: Bl, B6, fol turşusu, vitamin C, A, və E.

Xüsusiyyəti: təbii tonuslandırıcı təsirə malikdir, iştahı artırır, qan təzyiqini formalaşdırır. Laktasiyanı yaxşılaşdırır, fiziki və zehni yorğunluğu aradan qaldırır. Təbii bioloji stimulyator təsiri göstərir, radiasiya əleyhinə təsirə malikdir. Herontologiyada ömrü uzadan və cavanlaşdıran vasitə kimi istifadə edilir.

İstifadə qaydası: cinsi zəiflikdə, sonsuzluqda, anemaliyalarda, doğuşdan sonra laktasiya dövründə, stenokardiya, ateroskleroz, infarkt və endarteriitlərdə, qaraciyər xəstəliklərində təbii məhsul və diyetik qida əlavəsi kimi istifadə olunur. Kosmetik maska kimi sürtülür, 15 dəqiqə sonra isti su ilə silinir.

Qəbul qaydasıböyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı, 2-7 yaş uşaqlar gündə 3 dəfə 1/2 çay qaşığı, 7-12 yaşlı uşaqlar gündə 3 dəfə 1 çay qaşığı qəbul edir.

Əks təsiri: yoxdur.

Əlavə təsiri: arı məhsuluna qarşı allergiya.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem