HERBA FLORA







 

                                    

Kənəvir yağı kənəvirin toxumlarından soyuq sıxma yolu ilə əldə edilir. Bitkinin narkotik vasitə kimi istifadə olunan hissəsi isə onun yarpaqlarıdır. Kənəvir yarpağındakı həmin zərərli maddə toxumların tərkibində yoxdur. Qədim zamanlarda kənəvir çiçəklərinin dəmləməsi xalq təbabətində baş və revmatizm ağrılarını aradan qaldırmaq üçün istifadə edilib. Sonradan asılılıq yaratdığına görə müalicəvi məqsədlə istifadəsi qadağan olunub. Hazırda əksər Avropa ölkələrində kənəvir yarpağı ekstraktının ağrıkəsici kimi xaricə tətbiqinə icazə verilir.

 

Kənəvir yağının xərçəng xəstəliyinin müxtəlif növlərində effektiv olması barədə fikirlər gəzməkdədir. Yağdan istifadə edənlərin bir qisminin səhhətində irəliləyiş olsa da, digərlərində müsbət bir nəticə əldə olunmayıb. Britaniyanın Cancer Research akademiyasının onkoloqu Kat Arney bildirib ki, kənəvirin tərkibində olan aktiv komponent kannabinoidlər müxtəlif növ xərçəng hüceyrələrinin inkişafını ləngidir. Lakin təkcə kənəvir yağı ilə bu xəstəlikdən xilas olmaq barədə ümidverici sübut yoxdur. Həkimin nəzarəti ilə köməkçi müalicədə istifadə oluna bilər.

 

Yağın onkologiyada tətbiqi ilə bağlı tədqiqatlar Kanada, Almaniya, Britaniya kimi bir sıra dünya ölkələrində hələ də davam etdirilir.

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem