HERBA FLORA







Dəri yaşanmış həyatın izlərini özündə əks etdirir. Körpələrin dərisi yumşaq, hamar və ləkəsiz olur. Zaman keçdikcə dəridə quruluq, bəzi yerlərdə həddindən artıq məsamələr, bəzən qırışlar, bəzən də qəhvəyi və qırmızı ləkələr meydana gəlir. Uzun sürən xəstəliklər, sızanaqlar, hamiləlik, günəş şüaları və mimikalar dəridə izlərini qoyur. Dərinin altında bağ toxuması var və onu kollagen və elastin adlandırılan zülallar meydana gətirir. Hansısa səbəbdən həmin toxumalarda meydana gələn zəifləmədən sonra dəri gərginlik və elastikliyini itirir, qırışlar meydana gəlir. Üz əzələlərinin tez-tez hərəkəti və mimikalar dəridə qırış əmələ gəlməsinin başlıca səbəblərindən sayılır. Alnı çatarkən, gözü qıyarkən sıxılan əzələlər dəfələrlə təkrar edildiyi üçün dəridə – bağ toxumasında ərimə meydana gəlir. Çox siqaret çəkənlərdə dodaq ətrafında yaranan şaquli xətlər də dodaqların büzülməsinə gətirib çıxarır. Davamlı olaraq eyni mövqedə üzü üstə və yan tərəfi üstə yatmaq nəzərə çarpan qırışlara gətirib çıxarır. Günəş şüaları dəri altındakı bağ toxumasını, yəni kollageni dağıdan fermentlərin işini artırır. Günəş şüaları altında çox qalanda kollagen fermentləri sürətlə dağıtmağa başlayır, dəridə qırışlar meydana gəlir, qəhvəyi ləkələr artır. Göz ətrafı qırışıqların iki əsas səbəbi var: göz hissəsini çox hərəkət etdirmə və göz ətrafını qaşıma. Bunların nəticəsində onsuz da digər bölgələrə görə daha incə olan göz ətrafında qırışlar sürətlə inkişaf edir. İşığa həssas olanlar gözlərini çox qıydıqları üçün göz ətrafında qırışlar çox olur. Müxtəlif allergik səbəblər, xüsusilə qoxu allergiyası, göz ətrafının tez-tez qaşınması alt göz qapağında qırışlara səbəb olar. Bioloji yaş artdıqca kollagen və elastin istehsalının sürəti azalır. Qadınlarda menopauza dövründə estrogen azaldıqca bağ toxuması istehsalı da azalır və zəifləyir, dəridə elastiklik azalır, qırış artır. Hormonal xəstəliklər və həddindən artıq kökəlmək dəri altındakı bağ toxumasının quruluşunu pozur. Qırışların qarşısının alınması üçün müxtəlif üsullar var. Üz və sinə dərisini təkcə zahirən deyil, həm də daxilən qorumaq lazımdır. Dərinin uzun illər gənc və təravətli qalmasına kömək edən müxtəlif təbii maskalar var. Onlara əməl etməklə qırış yaranmasının qarşısını almaq və ondan xilas olmaq mümkündür. 

Maskalar:

– Alma yeyərkən dəri həm xaricdən, həm də daxildən qorunur. Maska olaraq yarım almanı yaxşıca əzib içinə 2 qaşıq qaymaq qatılaraq qarışdırılır və üzə yaxılır. 15 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyub nəmləndirici krem çəkilir. Alma dəridə təravətə, qaymaq isə elastiklik və nəmliyə səbəb olacaq.
– Limon suyu və qliserinin qarışığından eyni miqdarda götürülərək qarışdırılır. Yatmazdan əvvəl pambıqla dəri təmizlənir.
– Gecə yatmazdan əvvəl 1 stəkan yemiş suyu və 1 stəkan qaynanmış su qarışdırılaraq üz yuyulur. Sonra pambıq südə batırılaraq üz silinir və təmiz dəsmalla qurulanır.
– 1 yumurtanın ağı, 1 qaşıq qliserin və 1 qaşıq bal qarışdırılaraq üzə sürtülür. 15 dəqiqə sonra əvvəl ilıq, sonra isə soyuq su ilə yuyulub qurulanır. Prosedur həftədə bir dəfə aparılır.
– Bir ovuc çiyələk əzilir və suyu süzülür. Bir qədər gül suyu qatılaraq üz və boyun nahiyəsinə sürtülür. Bir saat saxladıqdan sonra sodalı su ilə yuyulub təmizlənir.
– 1 qaşıq süd və 1yumurtanın sarısı qarışdırılaraq üzə sürtülür. 15 dəqiqədən sonra limon suyu ilə təmizlənir. Prosedur həftədə bir dəfə aparılır.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem