HERBA FLORA







 

El arasında diş ağrısı zamanı belə bir söz işlədilir: “Dişin ağrıyır, çək qurtar”. Amma diş çəkdirmək ən son tədbirdir. Hər ağrı zamanı dərhal həkimin yanına qaçıb çəkdirsək, onda lap erkən yaşlarından inci dişləri itirib ağız dadından və gözəllikdən məhrum olarıq. Ona görə də əvvəlcə dişləri müalicə etməyə çalışmaq, mümkün olmadıqda isə çəkmək lazımdır.

 

Diş ağrısı zamanı xalq təbabəti də bir sıra vasitələr təklif edir.

 

 Qarqara etmək ağrıları azaldır, çünki qarqara da dezinfeksiyaedici təsir göstərir. Sirkəli və ya duzlu su ilə qarqara etmək daha yaxşıdır.

 

 Mixək yağı və ya mixək qurusu yüz illərdir ki, infeksiya müalicəsində istifadə olunan vasitələrdən biridir. Buna səbəb onların anestetik və antiseptik xüsusiyyətləri ilə seçilməsidir. Mixək yağının tərkibində evgenol adlı maddə antibakterial təsirə malikdir və ondan diş məcunlarının tərkibində istifadə olunur. Mixək qurusunu ağrıyan nahiyəyə qoyaraq həmin nahiyəni keyləşdirməklə ağrı hissini azaltmaq mümkündür. Antibakterial təsirə malik olduğuna görə mixək qurusu çürük dişin ətrafındakı zərərli bakeriyalara öldürücü təsir göstərir.

 

 1 xörək qaşığı Stomanginol məhlulu 3 dəqiqə ağızda saxlanır, 5 dəqiqə fasilə ilə prosedur 3-4 dəfə təkrar olunanda ağrı keçir.

 

 1 stəkan suya 2 xörək qaşığı palıd qabığı tökülür və 15 dəqiqə qaynadılır. Süzüldükdən sonra 1 çay qaşığı təbi alma sirkəsi və bir çimdik qara istiot əlavə olunaraq ağız boşluğu qarqara edilir.

 

 Sarımsaq təbii antibiotikdir və onun çürük diş üzərinə qoyulması ağrıya səbəb olan bakteriyaları yox edir. Diş ağrısının səbəbi diş əti xəstəliyidirsə, bir diş sarımsaq bir çimdik duzla əzilir, üzərinə bir çimdik çay sodası əlavə olunur. Dişlər fırça vastəsilə alınan qarışıqla təmizlənir və ağız ilıq südlə qarqara edilir.

 

 Çörəkotunun keyitmə xüsusiyyəti güclüdür, ağrı reseptorlarını blokada edərək ağrıkəsici təsir göstərir. Bundan başqa, çörəkotu orqanizmin immun sistemini də gücləndirir.

 

 Sarıkök antibakterial və antiseptik təsirə malik olduğuna görə ağrını aradan qaldırır. Bunun üçün onu su ilə qarışdırıb xəmir şəklinə salmaq və ağrıyan dişin üzərinə qoymaq lazımdır.

 

 

Diş ağrısının qarşısı alınsa da, stomatoloq müayinəsindən keçmək lazımdır.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem