HERBA FLORA







Dəniz hovuzlarla, başqa sututarlarla müqayisə edilməyəcək qədər böyük bir sahəni tutur. Lakin bu o demək deyil ki, dəniz təhlükəsizdir. Dənizə bir çox kanalizasiya axarları, təsərrüfat-istehsalat suları və s. axıdılır. 

Dənizdə hər kəs çimir – bağırsaq problemləri, dərisində irinli-iltihabi səpgiləri olanlar, göbələk və digər yoluxucu xəstəlik daşıyıcıları, hətta bəziləri dənizdən ayaqyolu kimi də istifadə edir. Bu faktorlar da dəniz suyunun təmizliyini azaldır.
Lakin dəniz digər axmazlarla müqayisədə özü-özünü təmizləyə bilir – suyunun duzluluğu və temperaturunun nisbi aşağı olması mikroorqanizmlərin inkişafının qismən qarşısını alır.

Dənizlərdə bizi hansı təhlükə gözləyir:
1. Səbəbi rota və enteroviruslar olan “dəniz qastroenteritləri” 
2. Enteropatogen bağırsaq çöpləri
3. Dəri səpgiləri, konyuktivit törədən stafilokoklar
4. Vəba xəstəliyi və s.

Onu da qeyd edək ki, bunlar xüsusilə immun sistemi tam formalaşmamış uşaq orqanizmləri və zəif immun sistemə sahib böyüklər üçün daha təhlükəlidir. Dəniz suyu ağızdan daxil olaraq həzm pozğunluqları, dəridəki açıq yaraya təmas edərək dəri xəstəlikləri yarada bilər. 

Bəs necə edək ki, dənizdə xəstələnməyək?
Dəniz sahilindəki infeksiyaların qurbanı olmamaq üçün bu qaydaları gözləyin:
• Rəsmi çimərliklərə getmək, çünki burda sanitar xidmət müntəzəm təşkil olunur.
• Dənizdə olarkən dəniz suyunu udmamaq
• Suyun altına dalarkən gözləri yummaq
• Bu qaydaları uşaqlara da başa salmaq
• Meyvə və tərəvəzləri dəniz suyunda yumamaq
• Yeməkdən öncə əlləri dəniz suyu ilə yumamaq
• dənizdən çıxdıqdan sonra mütləq duş qəbul etmək

Bu qaydalara riayət edərək siz öz sağlamlığınızı istirahətinizi pozmadan qorumuş olarsınız.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem