HERBA FLORA







 

Yayda çimərliyə qaralmağa və ya dənizə çimməyə gedərkən mütləq saçları günəşdən, dəniz suyundan və isti küləkdən qorumaq lazımdır. Günəş altında istirahət zamanı biz düz qaralma və yanmalardan qorunmaq üçün müxtəlif krem və spreylərdən, eləcə də dərinin sakitləşdirilməsi üçün qaralmadan sonra çəkilən vasitələrdən istifadə edirik. Ancaq saçları günəş şüalarından qorumaq üçün daha çox şey tələb olunur. Saçlarımız 10-15% sudan ibarətdir. İsti günlərdə isə bu suyun bir hissəsi buxarlanır.

 

Günəşdən qoruma effektli, saçlar üçün byuti-vasitələri heç bir halda unutmaq olmaz. Mütləq baş örtüyündən istifadə edin, onlar saçları yanmadan qorumaqdan əlavə, günəş zərbəsindən müdafiəni təmin edir. Baş örtüyü olaraq küləş şlyapaları seçmək məqsədəuyğundur, onlar hava buraxır və saçlara nəfəs almaq imkanı verir. Çimərliyə getməzdən öncə və sonra yağ, tər, xlor, dəniz duzu, eləcə də başda ilişən qum dənələrindən can qurtarmaq üçün saçları yaxşıca yumaq lazımdır. Çimərlikdən sonra balzam miqdarının çox olduğu şampun seçmək lazımdır, belə ki dəniz suyundan sonra saçlar çox güclü quruyur. Duşdan sonra saçları dəsmalla qurulamaq kifayətdir, dəsmalı başda saxlamaq lazım deyil. İntensiv nəmlənmə effektli və UF-filterli, eləcə də tərkibində çoxlu sayda təbii komponentlər olan şampunlar, yaxalama vasitələri, balzamlar və maskaları seçmək lazımdır. Gicitkən,çobanyastığı, kalendula, jojoba, palıd qabığı ekstraktı əsasında şampunlar əldə etmək tövsiyə edilir.

 

Məzuniyyət zamanı saç ütüsü, fendən istifadə etmək məqsədəuyğun deyil. Onların istifadəsi sizin qaralma zamanı əldə etdiyiniz günəş şüalarının təsirini xeyli gücləndirə bilər. Saçların təbii yolla quruması daha yaxşıdır. Saçları formaya salmaq və ya daramaq lazım deyil, onlara istirahət etmək imkanı verin. 

 

Bu masklar isə saçınızı parlaq və möhkəm etməyə kömək edəcək.

 

Ballı və zeytunyağlı maska:
Vəsaitlər:
3 xörək qaşığı zeytunyağı
2 xörək qaşığı bal

Hazırlanması:
Zeytunyağı və balı qarışdırıb saçınıza yaxşıca sürtün. Daha sonra saçlarınızı örtün. 15 dəqiqə gözlətdikdən sonra şampuanlayıp yaxşıca   durulayın.

 

MASKALAR
Saçların daha dərin, güclü effekti üçün müxtəlif müalicəvi maskalardan istifadə olunur. Belə maskalar həftədə 1-2 dəfə olmaqla saçlarda 15-20   dəqiqə ərzində saxlanılır.
Yadda saxlamaq lazımdır ki, saçlara qulluq da bədənin digər hissələrinə qulluq kimi önəmli və həyati bir fəaliyyətdir. Ümid etmək lazım deyil   ki,  saçlara 1-2 ay baxdıqdan sonra onlara yenidən qulluq etmək vacib deyil və ya onlar ömürlük sağlam qalacaqlar. Saçlarınıza qulluq   etməkdən yorulmayın və saçlarınızı sevin!

 

Saçın bəslənməsi üçün
1 yumurta sarısı, , 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saçınızın diblərinizə sürtün. 10-15 dəqiqə gözləyib şampunla yuyun.
2 xörək qaşığı limon suyu və ya sirkəni 4 stəkan suya əlavə edin və bu suyu bir qədər ilıqladın. Saçlarınızı yuduqdan sonra bu qarışıqla durulayın. 

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem