HERBA FLORA







Yayın bürkülü və isti havasından yaxa qurtarmaq üçün ən yaxşı yol dəniz və ya hovuza üz tutmaqdır. Lakin onu da unutmaq olmaz ki, bir çox fəsadlara səbəb olan xəstəliklər dəniz və ya hovuzdan başlayır. Çünki vaxtında təmizlənib dərmanlanmayan, gigiyenik cəhətdən yararsız olan hovuz sağlamlıq üçün təhlükə mənbəyi rolu oynayır. Çirkli hovuzlarda hepatit A, hepatit E təhlükəsi daha çoxdur, göbələk infeksiyaları, bakteriyalar, müxtəlif xəstəliklərə səbəb olan mikroorqanizmlər ağır xəstəliklərə aparıb çıxarır.

 

Hindlilərin dini məqsədlə yaratdıqları su mədəniyyəti miladdan əvvəl 3000-ci illərə gedib çıxır, lakin bu sahədə ən yaxşı nümunə Egey mədəniyyətinə aiddir. Kütləvi istifadə üçün hamam və üzgüçülük hovuzları yaradılması romalılara məxsusdur. Sonra türk hamamları formalaşıb. Rusiyada buxar hamamları, isti hamamdan sonra çay və gölün soyuq suyunda üzmək məhz həmin vaxtlardan davam edir. Çin və Yaponiyadan üzmə hovuzu və kütləvi hamamları görən ingilislər onu öz ölkələrinə aparıblar. Bundan sonra hovuzlar Avropada da yayılmağa başlayıb.

 

XIX əsrin 60-cı illərindən əyləncə, idman və istirahət məqsədilə üzgüçülük hovuzlarından geniş istifadə edilib. İndi əksər dünya ölkələrində dəniz və hovuzlar əsas istirahət mərkəzlərinə çevrilib.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem