HERBA FLORA







 

Tərkibi:
Aptek çobanyastığı çiçəyi
Palıd qabığı
Adaçayı yarpağı
İstiotlu nanə yarpağı
Qara zirə meyvəsi

 

Təsiri:

 Bağırsağın selikli qişasına büzücü təsir göstərərək ishalın qarşısını alır.
 Antiseptik və iltihab əleyhinə effekti var.
 Bağırsaq spazmlarını aradan qaldırır.

 

 

İstifadəsinə göstəriş:

  • Müxtəlif etiologiyalı ishallar
  • Enterit, kolit
  • Dizenteriya, salmonellyoz
  • Hipoasid qastrit
  • Disbakterioz.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

 

 

İshallarda çayın dəmləməsindən imalə şəklində də istifadə olunur. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını bədən çəkisinə uyğun olaraq artırmaq lazımdır.

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem