HERBA FLORA







Tərxun yovşan cinsinə aid göyərti növüdür. Tərxunun latın dilindəki adı qədim yunan rəvayətləri əsasında formalaşıb. Yunanlar ov allahı Artemidanı ay allahı Selenaya bənzədir və belə hesab edirdilər ki, bitkinin yarpaqları ay işığı kimi parıldayır. Digər bir rəvayətə görə Yunan kraliçası Artemiziya bitkilər haqqında çox bildiyinə görə tərxunun latınca adı onun adından götürülüb.

Tərxun İranda, Hindistanda, ABŞ-da, İngiltərədə, Zaqafqaziyada, o cümlədən Azərbaycanda da becərilir. Tərxun qədim dövrlərdən bir sıra ölkələrdə ədviyyat bitkisi kimi əkilir. O bir ucu Amerikadan tutmuş o biri ucu Çinədək hər yerə yayıldı, xaç səfərləri zamanı Avropaya aparılırdı. Bitkinin fransız, türk və rus tərxunu növləri vardır. Ölkəmizdə əsas istifadə olunan növü fransız tərxununa bənzəyir.

Tərxun iştahanı artırır, həzmi yaxşılaşdırır, ondan alınan cövhər qan damarlarını möhkəmləndirir, diş qanaxmalarının qarşısını alır, yuxunu normalaşdırır, menstrual tsikli nizamlayır, müxtəlif iltihabi prosesləri azaltmağa kömək edir.

Onun vasitəsilə müxtəlif mənşəli tənəffüs orqanları xəstəliklərini – pnevmoniya, vərəm və bronxiti uğurla müalicə etmək mümkündür, eyni zamanda cinsi orqanların fəaliyyətini yaxşılaşdırır, impotensiyanı, mədə spazmı, əsəb gərginliyini, hidropsu (bədən boşluğuna su yığılma) aradan qaldırır.

Qida məqsədi ilə bitkinin yerüstü hissələrindən istifadə edilir. Tərxunun xoş tamı var. Tərkibində efir yağları olduğundan ondan təzə və qurudulmuş şəkildə məişətdə geniş istifadə edilir. Təzə və qurudulmuş yarpaqları ət və balıq xörəklərinə qatılır.

Tərxun indiyədək xalq təbabətində özünün müalicəvi əhəmiyyətini itirməmiş, ondan avitaminoz və xroniki mədə iltihabı (qastrit) xəstəliklərinin müalicəsində istifadə olunur.

Reseptlər
Əsəb gərginliyi zamanı: 1 xörək qaşığı tərxun xammalı 1 stəkan suda dəmlənir və 1 saat saxladıqdan sonra gün ərzində 100 qr qəbul edilir.

Varikoz genişlənmə zamanı: 1 ovuc quru tərxun tozu 500 ml qatıqla qarışdırılaraq tənzifə hopdurulur və problemli nayihənin üstünə qoyulur. Üzəri sellofanla örtülərək ayaqları yuxarıda saxlamaq şərtilə 30 dəqiqə uzanılır.

Ekzema və dermatitlər zamanı: 1 xörək qaşığı tərxun tozu və 3 xörək qaşığı bal qarışdırılaraq problemli bölgəyə çəkilir. 15 dəqiqədən sonra sərin su ilə yuyulur.

Stomatitlər zamanı: 20 qr quru tərxun tozu 100 qr əridilmiş kərə yağına qarışdırılaraq zəif ocaqda bişirilir, alınan sıyıq damağa çəkilir.

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem