HERBA FLORA







Arterial hipertoniya (yüksək təzyiq) bir sıra xəstəliklərin inkişafına səbəb olur, ilk növbədə isə həyati vacib orqanlara – ürək, baş beyin, böyrək və gözlərə zərbə vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər zərər çəkir ki, kardioloqlar onları “hədəf-orqanlar” adlandırırlar. Xəstəlikdən qorunmaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır.

 

 

Düzgün qidalanmaq - xəstənin çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında birbaşa əlaqə vardır. Qeyri-düzgün qidalanan, duzlu və yağlı qidalardan, alkaqoldan sui-istifadə edən və artıq çəkisi olanlarda hipertoniya 5-6 dəfə çox inkişaf edir. Kardioloqların müşahidələrinə görə, çəkinin 10 kq artması təzyiqin 2-3 mm civə sütunu yüksəlməsinə səbəb olur. Çoxsaylı elmi tədqiqatlar nəticəsində müəyyən təyin olunub ki, həddindən çox xörək duzunun istifadəsi arterial təzyiqin artmasına aparıb çıxarır. Artıq çəkili xəstələr və yaşlılar qidada xörək duzunun miqdarına qarşı daha həssasdırlar. Gün ərzində 2 qramdan artıq duz yeyilməməli və çox duzlu ərzaqlar rasiondan çıxarılmalıdır.

 

İstifadəsi məsləhətdir: vitamin C, maqnezium və kaliumla zəngin meyvələr (ərik, üzüm, alma, qarağat, əncir və s.), tərəvəzlər (kartof, lobya, pomidor, xiyar, kələm, yaşıl noxud, soya, qırmızı turp, yaşıl soğan və s.), Teakard çayı, Antixol çayı, kəsmik, süd məhsulları, yumurtanın ağı, yarmalar, qaynadılmış yağsız mal əti.

 

Qadağandır: gün ərzində 1/2 çay qaşığından artıq xörək duzunun qəbulu, yağlı qidalar, yağlı, kremli şirniyyatlar, təzə çörək, tünd çay, qəhvə, kakao, şokolad, spirtli içkilər, konservlər, ədviyyatlar.

 

Məhdudlaşdırılır: xörək duzu, şəkər, mürəbbə, bal, konfet, kərə yağı, yağlı xama.

 

Qida rejimi: gündə 4-5 dəfə.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem