HERBA FLORA







Piyada gəzmək zaman və məkandan asılı olmayaraq bütün şərtlər altında edilməsi mümkün olan idman növüdür. Amerikada aparılan araşdırmalardan biri sübut edib ki, yemək yedikdən dərhal sonra ən az 10 dəqiqə piyada gəzmək 2-ci tip diabet xəstəliyinə tutulma riskini böyük ölçüdə azaldır. 
Piyada yeriməyin digər 9 faydası:
 Ürək-damar xəstəlikləri riskini azaldır, qanın ürəkdən periferiyaya daha yaxşı qovulmasını təmin edir.

 Qanda xolesterolun miqdarını tənzimləyir: LDL-in (“pis” xolesterol) aşağı düşməsinə, HDL-in (“yaxşı” xolesterol) stabil qalmasına kömək edir.

 Yüksək qan təzyiqini aşağı salır.

 30 dəqiqə piyada yeriməyə ortalama 200 kalori sərf edildiyindən çəki verməyi asanlaşdırır.

 Beyində endorfin və serotonin sintezini artıraraq stresi aradan qaldırır.

 Diqqət və konsentrasiyanı artırır, Azheimer (yaddaşın tədricən itməsi) və demensiya (yaşlanma ilə bağlı əqli gerilik) riskini azaldır.

 Qan dövranını yaxşılaşdırdığı və bununla da hüceyrələrə oksigenin daha yaxşı çatmasını təmin etdiyi üçün ümumi orqanizmi canlandırır və daha dinamik edir.

 Sümük və əzələləri möhkəmləndirir, osteoporozun (sümük əriməsi) qarşısını alır.

 
Yuxunun keyfiyyətini yaxşılaşdırır...

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem