HERBA FLORA







Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pırkal bitkisinin qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pırkal bitkisinin yarpaqları “mate otu” adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırırlar və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir. Mate sözü keçua dilində mati sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. Həmin dildə bu söz nə bitki, nə çay, nə də qurudulmuş yarpaq mənasını verirdi, onun bir tərcüməsi var idi: içki içilən qab. Əvvəllər mate “iezut çayı” da adlandırılmışdır. 

 

Əfsanə
Latın Amerikalıların allahı açıq dərili, mavi gözlü Payya Şarume səyahət zamanı meşədə azır və qocanın evində gecələməli olur. Qoca əsrarəngiz gözəlliyə malik olan qızını insanlardan gizlədirdi. Həmin gecə ata ilə qızı onlara təşrif gətirən müqəddəs qonağa yüksək səviyyədə qulluq etməyə çalışırlar. Səhəri günü Allah onlara çoxlu təşəkkür edir, qocaya onun qızını bütün dünya üçün faydalı və sevimli olacaq bir bitkiyə çevirəcəyini söz verir. Beləliklə, yer üzünə mate adlı bitki gəlir...

Maraqlıdır...
 ABŞ-da içkini qəhvənin ideal əvəzedicisi hesab edirlər.
 Argentinada il ərzində hər kəs 10 kq-a yaxın mate istifadə edir.
 Avropa gömrüklərinin tarif kodekslərində onu Cənubi Amerika çayı kimi qeyd edirlər.

Tarix. Bəzi alimlərin fikrincə mateni ən qədim içki hesab etmək olar. e. ə. VII minillikdə hinduların ondan istifadə etdikləri barədə faktlar var. Hindular onu dadına və müalicəvi xüsusiyyətlərinə görə deyil, ilahi tərəfindən göndərildiyinə inandıqlarına görə yüksək qiymətləndirirdilər.
Matenin tədarükü. Bitkinin yarpaqları ağac əkiləndən 3-4 il sonra yığılmağa başlayır. Bundan sonra yarpaqların toplanması ildə 2-3 dəfə aparılır və yarpaqla bərabər qalınlığı 4 mm-ə qədər olan cavan zoğlar da toplanır.
İçki haqda. Mate çayının acıtəhər dadı var. Nevrozlar və depressiya zamanı əhvali-ruhiyyəni yaxşılaşdırmaq, aktivliyi artırmaq və s. üçün onu içirlər. Çayın içilməsi qanda adrenalinin səviyəsini aşağı salır. Yuxu tsiklini pozmur, tez yuxuya getməni təmin edir və yuxunun dərinliyini artırır.

Botaniki təsviri. Mate hündürlüyü 1-6 m arasında dəyişən həmişəyaşıl ağacdır. İkievli bitkidir. Yarpaqları 5-16 sm uzunluğunda olur, yumurtaşəkilli kənarları dişciklidir. Cənubi Amerika bitkinin ən geniş yayıldığı ərazidir.
Kimyəvi tərkibi. Mate bitkisinin tərkibində beta-amirin, vanilin, su, izovalerian, izokapron turşuları, inozitol, kofein, 2,5-ksilenol, PP, B5, B6, B2 vitaminləri, tanin, teofi llin, teobromin, xolin, sellüloza, xlorofil, xlorogen, ursul turşuları və s. kimyəvi maddələr var.

Sağlamlığa təsiri. Qədim zamanlardan piylənmə ilə mübarizədə çay köməkçi vasitə kimi tətbiq edilib. Çünki o aclıq hissinin yaranmasının qarşısını alaraq yüngül işlədici effekt verir. Matein kofeindən fərqli olaraq yuxusuzluq və taxikardiya vermir, əksinə orqanizmi daha çox gümrahlandırır. Mate bitkisi əslində kanserogenlərə aid deyil, bitkidən hazırlanmış içkini isti halda qəbul etdikdə orqanizm üçün təhlükəli olur, yəni kanserogenləşir. Ona görə də mate kanserogenlərin IARC siyahısında 2A qrupuna daxil edilmişdir. Montevideo Onkologiya İnstitutunun apardığı tədqiqat nəticəsində mate istifadəsi ilə qida borusu xərçənginin əmələ gəlməsi arasında əlaqə olduğu müəyyən edilmişdir. Onu da qeyd edək ki, Uruqvay əhalisinin demək olar ki, hamısı mate çayından istifadə edir və onların əksəriyyəti ölkənin onkoloji statistikasına daxildir. Uzun müddət mate çayı içdikdə dəridə quruluq və tər ifrazının azalması müşahidə edilir. Ona görə də ağciyər xərçənginin yaranma riski artmış olur.

Çayın içilmə qaydası

Matenin özünəməxsus içilmə qaydası var. Cebador adlı bir nəfər mateni dəmləyir və məclisdə oturan hər kəsə onu təqdim edir. Hamı çayı bir qabdan içərək bir-birinə ötürməli və yenidən cebadora qaytarmalıdır. Çay təzə dəmlənəndə acı olduğuna görə onun dadına nəzarət etmək üçün onu elə birinci cebador içməlidir. Çay gümüş materialdan hazırlanmış xüsusi borucuq – bombilya ilə içilir və gümüşün dezinfeksiyaedici xüsusiyyəti vardır.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem