HERBA FLORA







Hepatit xəstliyi son zamanlar artan xəstəliklər qrupuna aid edilir və onun bir neçə növü var – hepatit A, B, C və s. Hepatit B və C növləri qanla yoluxur.

Qadın bərbərində pedikür və manikür zamanı sterilləşdirilmədən istifadə edilən alətlər təhlükə mənbəyidir və yoluxmaya səbəb olur. Diş həkimi hər xəstə üçün steril paketin içində saxlanılan alətlər işlətməlidir.

 

Hepatitlərin bir neçə müayinə üsulları var. Müayinə nəticəsində qanda anticisimlər tapılanda və virusların miqdarı çox olanda təşvişə düşməmək və dərhal tədbirlərə başlamaq lazımdır. İlk növbədə:

 

  • Hər gün 6 km-dən çox gəzmək və ya asta qaçmaq;
  • Heç bir kimyəvi dərman qəbul etməmək, çünki həmin dərmanların toksinlərini qaraciyər və böyrəklər təmizləyir.
  • Qanı saflaşdırmaq, damarları elastikləşdirmək üçün hər 10 gündən bir 10 ədəd zəli qoydurmaq; Yaxşı olar ki, zəli öndən qaraciyər nahiyəsinə, arxadan isə bel fəqərələrinin üstünə qoyulsun.
  • 2 ay hər gün 0.5 litr kefir içmək lazımdır.
  • 2 ay gündə üç dəfə yeməkdən əvvəl yarım çay qaşığı udi hindi suya və ya bal şərbətinə qatılıb qəbul edilir.
  • Hər gün yeməkdən əvvəl alaqanqal toxumu dəmləməsi içilməsi məsləhətdir. Bundan başqa 2 ay ənginar yarpağı, solmazçiçək və boymadərən dəmləmələri də içilməlidir.

 

Hepatitlər üçün məcun:

100 qram alaqanqal, 100 qram sarıkök, 50 qram udi hindi, 50 qram zəncəfil və 50 qram çörəkotu toz halına salınaraq 2 kiloqram balla qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

 

Spirtli içkilər və siqaret qəbul edilməsi qəti qadağandır!

 

 

Fitoterapevt dr. Fizuli Hüseynovun 

bloqundan

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem