HERBA FLORA







 

 

Androgenetik alopesiya, yəni kişi tipli keçəlləşmə hələ eramızın 400-cü ilində təbabətə məlum idi. Onun yaranmasında androgenlərin rolunu ilk dəfə Hippokrat qeyd etmişdir. Lakin keçəlləşmənin bu tipinin daha geniş tədqiqi 1942-ci ildə C.B.Hammilton tərəfindən aparılıb.

 

Androgenetik alopesiya daha çox kişilərdə, bəzi hallarda isə qadınlarda da rast gəlinən keçəlləşmənin ən çox yayılmış tipidir. Tədqiqatlar müəyyən edib ki, saçların belə tökülməsində iki faktor əsas rol oynayır:

 

1. Tük follikulu hüceyrələrinin androgenlərə qarşı genetik determinə olunmuş yüksək həssaslığı;

2. Periferik qanda androgenlərin miqdarının hətta minimal artıqlığı.

 

Androgenetik alopesiyanın inkişafı autosom-dominant genlə əlaqədardır. Bu genin işədüşmə mexanizmi yalnız androgenlərin təsiri ilə reallaşsa da, qanda hormonun miqdarı hər zaman yüksək olmur. Yəni kişi tipli keçəlləşmə heç də həmişə hormonal disbalansla müşayət olunmur.

 

 

Prosesin patogenezi

Tük follikullarının hüceyrələrində olan 5-alfa-reduktaza fermentinin təsiri ilə testosteron daha aktiv androgen hormon olan 5-alfa-dihidrotestosterona çevrilir. O isə hüceyrənin içinə daxil olaraq sitoplazmatik zülallarla “aktiv kompleks” əmələ gətirir. Bu kompleks nüvə akseptoru ilə əlaqəyə girərək hüceyrə nüvəsinə daxil olur və proteinlərin sintezini pozur. Nəticədə follikulların ölçüsü getdikcə azalır, sərt tüklər nazik və yumşaq tükcüklərlə əvəz olunur. Bu da androgenetik alopesiyanın əsas əlamətidir.

 

Bu mexanizm həm kişilərdə, həm də qadınlarda eynidir. Bununla yanaşı tədqiqatçılar tüklərin follikulunda aromataza adlı ferment də aşkar edib. Bu ferment testosteronu estradiola, dihidrotestosteronu isə estrona çevirir. Bir çox müəlliflərin fikrincə yaranan estrogenlər androgenləri bir qədər də aktivləşdirir. Qadınlarda aromataza fermentinin miqdarı kişilərə nisbətən daha çox olduğundan onlarda qadın tipli androgenetik keçəlləşmə müşahidə olunur.

 

Aparılan tədqiqatlar bunu da sübut edib ki, kişilərdə androgenetik keçəlləşmə periferik qanda androgenlərin normal səviyyəsi fonunda inkişaf edir. Yəni kişi cinsiyyət hormonunun miqdarı artmaya bilər. Əsas səbəb tük follikullarının androgenlərə qarşı həssaslığının artmasıdır.

 

Qadınlarda vəziyyət bir qədər başqadır. Belə ki, keçəllik hallarının çoxunda qanda kişi cinsiyyət hormonlarının yüksək səviyyəsi aşkar edilir. Kişilərdən fərqli olaraq qadınlarda androgenlərin səviyyəsi normal olduqda və follikulların həssaslığı artdıqda alopesiya baş vermir. Zəif hiperandrogeniyada qadın tipli keşəlləşmə, daha yüksək olduqda isə kişi tipli keçəlləşmə baş verir.

 

Qadınlarda androgenetik alopesiyanın yaranma səbəbləri arasında həmçinin yumurtalıqların və böyrəküstü vəzin bəzi xəstəlikləri, doğuşdan sonra estrogenlərin miqdarının kəskin azalması, kontraseptiv (hamiləlik əleyhinə) preparatların qəbulu da yer alır.

 

Androgenetik alopesiyanın çox xarakterik klinik şəkli var. Kişilərdə saçlar yeniyetməlik dövründən sonra, qadınlarda isə bir qədər gec – 20-30 yaş arası tökülməyə başlayır. Xəstələr saçların ara-sıra daha çox tökülməsindən şikayət edir. Saç diblərində yağlanma artır, bu da saçları daha tez-tez yumağa vadar edir və saçların tökülməsi bir az da artır.

 

Bu tip keçəlləşmədə tüklər nazikləşməklə bərabər, onların tərkibindəki melaninin də miqdarı azalır, nəticədə saçlar daha solğun və cansız görünür.

 

Kişi tipli androgenetik keçəlləşmənin 3 dərəcəsi ayırd edilir. I dərəcədə saçlar gicgah nahiyələrində tökülməyə başlayır və üçbucaq şəklini alır. II dərəcədə alın və ənsə nahiyəsindəki, III dərəcədə isə təpə nahiyəsindəki saçlar tökülür, proses davam edirsə, alın və təpə nahiyələri arasında nazik bir saç zolağı qalır (IV dərəcə). Zamanla alın və təpə nahiyələri tamamilə tüksüz qalır ki, bu da alopesiyanın V dərəcəsi kimi qiymətləndirilir.

 

Qadın tipli alopesiyada isə yalnız təpə nahiyəsindəki saçlar tökülür. Onun üç dərəcəsi ayırd edilir: zəif, orta, güclü.

 

Androgenetik alopesiyanın müalicəsində əsas etibarı ilə antiandrogenlər istifadə olunur. Lakin bu preparatların effekti müvəqqəti, yan təsirləri isə çox ağırdır. Məhz bu səbəbdən də keçəlləşmənin müalicəsində xalq təbabəti üsullarından istifadə daha məqsədəuyğundur.

 

 

Resept: saç dibləri həftədə iki dəfə Fitooil saç yağı ilə masaj edilir, 1 saat saxlandıqdan sonra yuyulur.

 

Resept:

Fitoton N1 rəngsiz xınası ayda üç dəfə saçlara qoyulur. Saç köklərini möhkəmləndirir, tökülmənin qarşısını alır.

 

Resept: 20 ədəd fındıq qabıqdan təmizlınir və xırdalanır, üzərinə 80 ml bitki yağı əlavə edilir. Hər dəfə saçları yumazdan 1-2 saat qabaq saç dibləri alınan məhlulla masaj edilir.

 

Resept: soğan, sarımsaq və ya qıtıqotu (xren) sürtgəcdən keçirilir. Saçları yumazdan əvvəl saç diblərinə sürtülür, dəsmalla sarınır. 1 saat saxladıqdan sonra bitki tərkibli şampun və ya bitki dəmləmələri ilə yuyulur. Bu tərəvəz maskalarını növbələşdirdikdə daha yaxşı nəticə alınır. Soğanın və sarımsağın tünd qoxusunu aradan qaldırmaq üçün maskara rozmarin və ya limonun efir yağından bir neçə damcı ılavə etmək, həmçinin saçları sirkəli suyla yaxalamaq olar. Sirkəli məhlul hazırlamaq üçün 0.5 litr suya 0.5 litr alma sirkəsi qarışdırılır.

 

Resept: 4 ədəd acı qırmızı bibər 500 ml 40 faizli spirtdə 21 gün saxlanır. Alınan spirtli çıxarış saçların seyrək nahiyələrinə sürtüb hopdurulur.

 

Resept: atpıtrağı kökləri və söyüd qabığı bərabər miqdarda qarışdırılır. Qarışıqdan 4 xörək qaşığı 1 litr suda dəmlənir və saçlar yuyulduqdan sonra dəmləmə ilə yaxalanır.

 

Resept: gicitkən yarpaqları və mayaotu qozasının hərəsindən iki xörək qaşığı i litr suda dəmlənir və saçalr dəmləmə ilə yaxalanır.

 

Resept: Hərəsindən bir xörək qaşığı xalis bal, əzvay (aloe) şirəsi, konyak, hərəsindən bir çay qaşığı zeytun yağı, limon şirəsi, bir yumurtanın sarısı və çay qaşığının ucunda qırmızı acı bibər tozu qarışdırılır. Alınmış qarışıq saç diblərinə və saçların uzunluğu boyunca sürtülür. Qısa saçlarda 30 dəqiqə, uzun saçlarda isə bir saat saxlandıqdan sonra bitki tərkibli şampunla yuyulur. Bu maskadan həftədə bir dəfə istifadə etmək olar.

 

Resept: bu resept üç gün ərzində tətbiq edilir.

I gün: saç dibləri qırmızı acı bibərin spirtli cövhəri ilə masaj edilir.

II gün: hərəsindən iki xörək qaşığı xardal tozu, zeytun yağı, şəkər tozu eyni miqdarda su ilə qarışdırlır, üzərinə bir yumurtanın sarısı əlavə edilir. Maska saç diblərinə qoyulur və 1 saat müddətində saxlanılır və yuyulur. Saç diblərini çox yandırsa 15-20 dəqiqə saxlamaq yetərlidir.

III gün: qara turp sürtgəcdən keçirilir və şirəsi sıxılır. Saçlara çəkildikdən sonra başa sellofan paket və ya rezin papaq geyilir, dəsmalla bağlanır. 1 saat saxlandıqdan sonra yuyulur.

Reseptin mütəmadi istifadəsi yatmış tük follikullarının oyanmasına və saçların qalınlaşmasına səbəb olur.

 

 

Esmira Zeynalova

həkim-terapevt

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem