25 il-dən çoxdur şirkətimiz sizlərin sağlamlığı üçün fəaliyyət göstərir
Təbiiliyin və keyfiyyətin zəmanəti
Məhsullara bax
Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin
Min dərd varsa, min bir də dərmanı var
Məhsullara bax
Müxtəlif kateqoriyalar altında cəmləşdirdiyimiz 250-dən çox
Məhsullarımız arasından axtardığınızı rahatlıqla tapın
Herba Flora olaraq 1998-ci ildən fəaliyyət göstəririk
Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin
Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.
Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir.
Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.
Alaqanqal toxumunun faydaları
Alaqanqal toxumu
Ləkəli alaqanqal birillik, yaxud iki illik bitki olub çoxlu sayda müalicəvi effektə malikdir. Bitkinin yerüstü hissəsi və toxumları bioloji aktiv maddələrlə zəngindir.
Alaqanqal toxumu tərkibindəki silimarin hesabına qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir. Silimarin həmçinin hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını alır, xroniki xəstəliklərin inkişafını da önləyir. Alaqanqal toxumu məhz bu komponent hesabına prostoqlandinlər, leykotrienlər kimi iltihab mediatorlarının sintezini azaldır və nəticədə iltihab əleyhinə təsir göstərir.
Bu toxum hepatositləri zədələnmədən, toksinlərdən, infeksiyalardan, alkoqol və
dərmanların təsirindən qoruyur. Alaqanqal toxumu həm də silibin tərkibli olduğu üçün qaraciyər hüceyrələrinin hepatotrop toksinlərə qarşı mübarizəsini artırır. Ümumiyyətlə alaqanqal toxumu hepatit, sirroz, piylənmə daxil olmaqla demək
olar ki, bütün qaraciyər xəstəliklərinin dərmanıdır.
Faydalı məlumatlar
Füzuli Hüseynovun yazıları ilə bitkilərin faydaları haqqında məlumat əldə edin
Füzuli Hüseynovun elmi araşdırmalara əsaslanaraq yazdığı faydalı məlumatlar
Hüseynov Fizuli Məmməd oğlu, 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulmuşdur.
1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olmuşdur və 1996-cı ildə bitirmişdir.
Füzuli bəy sizlərə yeni və faydalı məlumatları çatdırmaq məqsədilə bloq postları yazır.