HERBA FLORA







Süd pəhrizinin başqa cür – ağ pəhriz adlandırılmasının səbəbi onun ağartı məhsullarından – süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoqurt və hər növ pendirdən ibarət olmasıdır. Süd məhsulları toxluq hissi yaradan zülalla, faydalı maddələrlə zəngindir. Ona əməl edərkən yalnız kərə yağı və dondurmadan uzaq olmaq lazımdır. Həmin məhsullar çox yağlı olduğundan yüksək kalorilidir. Su qəbul etməyi isə unutmaq olmaz, çünki mütəmadi olaraq su içilməsi vacib məsələdir. Eyni zamanda pəhriz zamanı vitamin kompleksi qəbul edilməlidir, çünki orqanizmi yalnız süd məhsullarının ümidinə qoymaq olmaz. İlk növbədə qəbul edilən ərzaqların miqdarı və keyfiyyətində normanı gözləmək lazımdır. Yağlılıq faizi az olan ərzaqlara üstünlük verilməlidir. Bu, o demək deyil ki, 1-2 qr yağ çəkini artırır, sadəcə, yüksək yağlılıq ürək-damar sisteminin işini pozur. Sutkada yağın miqdarı 50 qr, yaşlılarda isə 30 qr olmalıdır. İkincisi, süd məhsullarına meyvə və tərəvəz əlavə olunmalıdır. Meyvəni kefirə və kəsmiyə qatmaq, tərəvəzləri isə çiy halda yemək olar. Turş meyvə yemək məsləhət deyil. Banan, armud, ərik və şaftalı, qurudulmuş halda gavalı və üzüm yemək olar. Sitrus meyvələri və armud isə menyudan çıxarılmalıdır. Pəhriz rejiminə bir həftə davam etdikdə 5 kq çəkidən azad olmaq mümkündür. Arıqlamaqla yanaşı, dərinin  vəziyyəti, xüsusilə səpgilər olduqa yaxşılaşır. Əgər nəticə ürəkaçan olmasa, həftə yarım fasilədən sonra pəhrizi yenidən saxlamaq, gün ərzində 4 dəfə qidalanmaq lazımdır. Hər dəfə qidadan əvvəl bir stəkan qazlı və ya mineral su içmək məsləhətdir. Pəhrizin həm müsbət, həm də mənfi cəhətləri var. Çay, qəhvə və şəkər rasiondan çıxarıldığından pəhriz dişlər üçün də xeyirlidir. Düzdür, bir həftəyə onlar ağarmasa da, rəngi açılır. Süd həzmetmə sisteminin işini normallaşdırır, bağırsağı təmizləyir, həmçinin immuniteti və orqanizmin viruslara qarşı dayanıqlığını artırır. Süd məhsullarının tərkibindəki kalsium sümükləri möhkəmləndirir, sinir sistemini normaya salır. Qastrit və ya mədə xorasından əziyyət çəkənlər süd pəhrizi saxlamamalıdır. Həkimlər ağartı məhsullarını boş mədəyə qəbul etməyi məsləhət görmürlər. Süddən çox istifadə kalsium mübadiləsini poza və orqanizmdə şlakların toplanmasına şərait yarada bilər. 
Menyu

Səhər yeməyi: 120 qr yoqurt və 1 meyvə. 4 çay qaşığı balla çay və ya südlü qəhvə içmək olar.
İkinci səhər yeməyi: suda və ya yağsız süddə bişirilmiş 100 qr sıyıq, 125 qr yağsız kəsmik və 1 stəkan yağsız süd.
Nahar: salat, 1 ədəd yumurta və ya 100 qr meyvəli kəsmik və 1 stəkan süd.
Şam yeməyi: 1 meyvə və 125 q şəkərsiz yoqurt. 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem