HERBA FLORA







 

 

Polidoymamış yağ turşusu – Omeqa 3 orqanizmdə sintez oluna bilmədiyi üçün əvəzolunmayan turşulara aid edilir. Orqanizm onu bitki və heyvan mənşəli qida məhsullarından alır: zəyərək (kətan) toxumu və balqabaq tumları, qoz və yarpaqlı tərəvəzlər, yağlı okean balıqları – qızılbalıq, sardina və tuna balığı. Bundan əlavə, orqanizm Omeqa 3-ü zeytun yağı, avokado, müxtəlif toxum və ləpələrdən ala bilər. Lakin diyetologiyada doymamış yağ turşularının əsas mənbəyi balıqlar və dəniz məhsulları hesab olunur. Süni su hövzələrində süni yem qarışıqları ilə böyüdülmüş balıqlar isə bu siyahıya aid deyil.

 

 

Sutkalıq tələbat

Müasir tədqiqatlar nəticəsində aşkar edilib ki, orqanizmdə Omeqa 3 və Omeqa 6 doymamış yağ turşuları arasında xüsusi balans mövcuddur. Onların arasındakı nisbət 1:2 qəbul edildiyi halda əksər hallarda Omeqa 6-nın miqdarı artıq olur. Omeqa 3-ə sutkalıq tələbat 1-2,5 qram təşkil edir və orqanizmin sağlamlıq dərəcəsindən asılıdır. Ürək-damar sistemi problemləri, beynin funksional pozulmaları və ağır zehni yüklənmələrdə Omeqa 3-ə tələbat bir neçə dəfə artır. Xörəklərə 1 xörək qaşığı raps yağı və ya 1 çay qaşığı Fitooil Zəyərək (kətan) yağı əlavə etməklə ona olan gündəlik ehtiyac ödənir. Raps yağı orqanizmə ən çox uyğun gələn doymamış yağ turşuları tərkibinə malikdir. Gün ərzində 8-10 ədəd qoz ləpəsi yeməklə də Omeqa 3-ə olan təlabatı ödəmək mümkündür.

 

Omeqa 3-ə tələbat hipertoniya, ateroskleroz, depressiya, Alsheymer xəstəliyi, onkoloji proseslər və hormonal çatışmazlıq zamanı, eləcə də soyuq aylarda artır. Tələbatının azalması isə isti aylarda və hipotoniya zamanı müşahidə edilir.

 

Mənimsənilmə

Omeqa 3 mədə-bağırsaq traktının yuxarı şöbələrində xüsusi fermetlərin təsiri ilə parçalanaraq orqanizmə sorulur. Böyüklərdə həmin fermentlər normal ifraz olunduğu halda körpələrə ana südü vasitəsilə keçir.

Qida maddələrinin tərkibində orqanizmə düşən Omeqa 3-ün 25 faizi parçalanır və ona görə də ərzaqların saxlanılması və yeməklərin hazırlanma prosesində müəyyən qaydalar gözlənilməlidir. Oksigen, işıq şüaları və istiliyin təsirindən parçalandığından Omeqa 3 tərkibli bitki yağlarını ağzı bağlı şəkildə soyuducuda saxlamaq tövsiyə olunur. Qızartma prosesi doymamış yağ turşularını parçalayır. Ona görə də Omeqa 3-lə zəngin məhsulları ya çiy şəkildə yemək, ya da qızartmadan aşağı hərarətdə bişirmək lazımdır.

 

Faydalı xüsusiyyətləri

Doymamış yağ turşuları, xüsusən də Omeqa 3 baş beyin, sinir sisteminin digər şöbələri və endokrin sistem üçün tikinti materialı rolunu oynayır. Onlar hüceyrə menbranlarının qurulmasında iştirak edir, iltihab əleyhinə təsir göstərir, ürək və damar xəstəlikləri riskini azaldır, hətta qanda şəkərin səviyyəsini tənzimləyir. Dərini nəmləndirərək elastikliyini artırır, rəngini yaxşılaşdırır və səpgilərin qarşısını alır. Omeqa 3 maddələr mübadiləsini sürətləndirdiyinə görə bədən çəkisinin tənzimlənməsində iştirak etməklə yanaşı sinir sistemini tonuslandırır və əhvali-ruhiyyəni yaxşılaşdırır.

 

Orqanizmdə Omeqa 3 çatışmazlığı

Omeqa 3-ün qida maddələri ilə kifayət qədər qəbul olunmaması dəridə səpgilərin əmələ gəlməsinə, dərinin qabıqlanmasına, dırnaqların kövrəkləşib qırılmasına, baş dərisində kəpəklənməyə, depressiv hallara, hipertoniyaya, hətta qəbizliyə səbəb olur. Sutkalıq normadan artıq qəbul olunması isə arterial təzyiqin aşağı düşməsi, mədə-bağırsaq pozğunluğu, ishal və müxtəlif qanaxmalarla nəticələnə bilər.

Orqanzimin Omeqa 3 tələbatını ödəmək üçün diyetoloqlar həftədə üç dəfə balıq və dəniz məhsulları, hər gün az miqdarda çərəz yeməyi, qatı yağlara nisbətən duru bitki yağlarından daha çox istifadə etməyi tövsiyə edirlər.

 

Esmira ZEYNALOVA,   

həkim-terapevt    

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem