HERBA FLORA







 

Aftoz stomatit ağız boşluğunun selikli qişasının üst səthində əmələ gələn, ətrafı qırmızı rəngli haşiyələnən, içərisi yarımşəffaf maye ilə dolu, olduqca ağrılı iltihabi prosesdir. Onun əmələ gəlməsi zamanı həmin nahiyədə kəskin ağrı, yemək yeyərkən ağız boşluğunun selikli qişasında göynəmə, yanma hissi, ətraf limfa düyünlərinin böyüməsi, bəzən də bədən temperaturunun yüksəlməsi kimi hallar baş verir.
Prosesin mərkəzində içərisi yarımşəffaf, ağımtıl maye ilə dolu qovuqcuqlar yaranır. Həmin qovuqcuqlar adətən dilin uc və yan hissələrində, diş ətində, dilin altında, yanağın və dodağın içəri səthində, bəzi hallarda yumşaq damaqda əmələ gəlir. Bir müddət sonra qovuqcuqlar partlayır və yerində ağrılı xarakter daşıyan eroziv yaralar əmələ gəlir. 
Aftoz stomatitlərin yaranma mexanizmi tam bəlli olmasa da, xəstələrin hamısında immun sistemin zəifləməsi müşahidə olunur. Xəstəliyin əmələgəlməsini sürətləndirən bir sıra səbəblər var:
– Stress: bir çox xəstəliyin yaranmasına səbəb olduğu kimi, aftoz somatitin əmələ gəlməsində əsas faktorlardan biridir. Xəstəliyin qadınlarda daha çox menstruasiyadan əvvəl əmələ gəlməsinin səbəbi də bu zaman yaranan gərginliklə əlaqədardır.
– Qidalar: sitrus meyvələr, sirkə, turşu və şorabalar, kəskin duzlu və ədviyyatlı çərəzlər. 
Travmalar: yanaq, dil, dodaq dişləmə, sərt qidaların və diş fırçalarının, damaq protezlərinin yaratdığı mikrotravmalar.
– Diş məcunları: dişləri təmizləmə və ağartmaq xüsusiyyətlərini artırmaq üçün məcunların tərkibinə qatılan natrium laurilsulfat (“sodyum lauryl sulhate” – SLS ) adlı kimyəvi maddə selikli qişa hüceyrələrinə zədələyici təsir göstərir.
– Xəstəliklər: Behcet xəstəliyi, QİÇS, mədə-bağırsaq xəstəlikləri, B12 vitamini, dəmir çatışmazlığı və bir sıra başqa immun sistemin zəifləməsiylə gedən xəstəliklər.
– Zərərli vərdişlər: uzun müddət siqaret və ya qəlyan çəkən, tütün çeynəyənlərin ağız boşluğunun selikli qişası qalınlaşır və zədələnməyə meyilli olur.

 


Məsləhətlər:
 Ağız boşluğunun gigiyenasına əməl etmək;
 Zərərli vərdiş və zərərli qidalardan uzaq durmaq;
 SLS-li diş məcunlarından istifadəni məhdudlaşdırmaq;
Yumşaq diş fırçalarından istifadə etmək.

 


Reseptlər
- 1 xörək qaşığı qurudulmuş gəndalaş çiçəkləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, 30 dəqiqə dəmlənərək süzülür. İlıq şəkildə ağız boşluğu qarqara edilir.

 

- 2-3 xörək qaşığı dazıotu otu üzərinə 2 stəkan qaynar su əlavə edilir, 20-25 dəqiqə dəmlənərək süzülür. İlıq şəkildə qarqara edilir.


- 20 qram gülümbahar çiçəkləri üzərinə 200 ml qaynar su əlavə edilir, 20 dəqiqə dəmlənərək süzülür. 1:2 və ya 1:3 nisbətində suyla durulaşdırılaraq ilıq şəkildə qarqara edilir.


- 2 filtr-bağlama Teasept çayı 200 ml qaynar suda 15-20 dəq dəmlənir, gündə 3-4 dəfə ağız boşluğu qarqara edilir. 


- Ağız boşluğu ilıq suyla yaxalandıqdan sonra 1 xörək qaşığı Stomanginol məhluluyla 3-5 dəqiqə qarqara edilir.


- 2 çay qaşığı zəyərək (kətan) toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 20 dəqiqə dəmlənir, süzülür, ağız boşluğu qarqara edilir.


- Dərman xəndəkotunun təzə kökləri əzilərək yumşaldılır və həcminin yarısı qədər bal əlavə edilərək qarışdırılır. Qarışıqdan 1 çay qaşığı gündə 3 dəfə su ilə daxilə qəbul edilir.


- Gündə 2-3 dəfə İmmunotea çayı və ya Şəfa Vitamini şərbəti qəbul edilir.


- İtburnu yarpaqları qaynar suda dəmlənərək, süzülür, üzərinə bal əlavə edilir, qarışdırılır və qarqara edilir.
100 ml təzə sıxılmış kələm şirəsi üzərinə 100 ml qaynanmış ilıq su əlavə edilir, gündə 2-3 dəfə ağız boşluğu qarqara edilir.


- Təzə sıxılmış 1 xörək qaşığı əzvay (aloye) şirəsi 1 çay qaşığı balla qarışdırılır, zədə olan nahiyələrə çəkilir.


- Xəstəlik sağalana qədər gündə 1 stəkan xar tut şirəsi içilir.

 

- Sarıkök xama halına gələnə qədər az miqdarda suyla qarışdırılır, gündə 2-3 dəfə aftoz stomatit üzərinə çəkilir.


- Gün ərzində reyhan yarpaqları çeynəmək xəstəliyin sağalmasında yaxşı nəticə verir.


- Zədə nahiyəsinə gündə 3-4 dəfə Fitooil Zəyərək yağı çəkilir.

 


Aygün HÜSEYNOVA,    
həkim-pediatr     

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem