HERBA FLORA







 

 

Yenidoğulmuş uşaqlarda 1-1.5 aya qədər köp və sancı çox olur. Bunun səbəbi ilk aylarda uşağın mədə-bağırsaq sisteminin tam yetkinləşməməsidir. Həzm şirələrinin yetərincə ifraz olunmaması, bağırsaq mikroflorasının yeni-yeni formalaşmağa başlaması tez zamanda diskomfort hallarına səbəb olur.

 

Mədə-bağırsaq sistemi sinir-humoral yolla tənzimlənir. Yenidoğulmuşlarda bu sistemin yetkinləşməsi və mükəmməl fəaliyyət göstərməsi müəyyən zaman daxilində baş verir. Bu müddətdə uşağın düzgün qidalandırılması və düzgün qulluq çox vacibdir.

 

Yaranan köp, sancı nəticəsində uşaq çox narahat olur, saatlarla davam edən ağlama bütün ailəni ayaqüstə qoyur. Ağrı xüsusilə gecələr artığı üçün bu daha da ağır hal alır. Valideynlər uşağın narahatlığına bir çarə qılmağa, köp və sancı əleyhinə bildiyi bütün vasitələrdən istifadə etməyə calışır. Bəzən düzgün seçilməyən preparatlar uşağın vəziyyətini daha da ağırlaşdırır.

 

İlk aylarda uşaq orqanizmi tam yetkinləşmədiyi üçün mümkün qədər kimyəvi, mürəkkəb qarışıq tərkibli dərmanlardan uzaq durmaq lazımdır. Mümkün qədər bitki tərkibli, ekoloji təmiz, konservantsız, süni aromatsız məhsul istifadə etmək lazımdır. Bu baxımdan Meteonat şərbəti seçim preparatıdır. Tərkibində çobanbyastığı çiçəyi, zirə toxumları, qaraqınıq otu var. Bağırsaq sancılarını aradan götürür, ağrıkəsici, qazqovucu təsir göstərir. Yoğun bağırsağın peristaltikasını artıraraq qaz və nəcisin xaric olmasını asanlaşdırır, qəbizliyin yaranmasının qarşısını alır. Aptek çobanyastığı və zirə həzm vəzlərinin sekresiyasını artıraraq həzmi normallaşdırır. Tərkibindəki qaraqınıq otu sayəsində uşağın sinir sistemi sakitləşir və yuxusu rahatlaşır.

 

İlhamə MƏMMƏDOVA,

həkim-pediatr

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem