HERBA FLORA







 

 

Hil dedikdə çoxlarımızın ağlına ilk olaraq Novruz bayramı və bayram şirniyyatları gəlir. Bir çox xörək, şirniyyatlarımızı dadlandıran hil nəinki ölkəmizdə, eləcə də bütün dünyada populyar ədviyyatdır. Qədim dövrlərdə “Cənnət ədviyyatı” adlandırılan hil zəfəran və vaneldən sonra dünyanın 3-cü ən baha ədviyyatıdır.

Bu gün ondan nəinki kulinariyada, həmçinin, parfüm istehsalında, tonik, dodaq nəmləndiricisi kimi məhsulların pis qoxularını aradan qaldırmaq üçün istifadə olunur.

 

Hil  ( lat. Amomum) zəncəfilkimilər fəsiləsinə aid bitki cinsidir. Vətəni Hindistandır. Ancaq Şrilanka, Çin, Afrika və Amerikada becərilir. Azərbaycanda iqlim şəraiti bitkinin yetişməsi üçün münasib deyil.

Hil çoxillik ot bitkisi olub 4-5 metr hündürlüklü gövdəyə malikdir. Meyvəsinin uzunluğu 1-4 sm-ə çatır. Qabığının rəngi sarımtıl-yaşıl, toxumu isə qızmızımtıl-qəhvəyidir. Kəskin qoxulu, yandırıcı tamlıdır.

 

 

Faydaları

Bu ədviyyata olan tələbatın əsas səbəbi onun özünəməxsus ətrinin olması ilə yanaşı, sağlamlıq üçün saymaqla bitməyən möcüzəvi faydalarıdır. Hil soyuqdəymənin qısa zamanda aradan qaldırılmasında güclü təsirə malikdir. Hipertoniya xəstəliyindən əziyyət çəkənlərə hildən istifadə etmələri məsləhətdir. Güclü afrodiziak bitkidir. Müntəzəm istifadə olunduqda cinsi fəallıq artır, həzm prosesini yaxşılaşır. Məhz bu səbəbdən də toxumlarını yeməkdən sonra çeynəmək faydalıdır. O, eyni zamanda, tər, ağız qoxusunu aradan qaldırır. Hildən hipoasid qastrit, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşının müalicəsi üçün istifadə edilə bilər. Revmatizm, öskürək, zökəmdə də effektlidir. Hindistanda hil kökündən stimullaşdırıcı vasitə kimi, həmçinin, qanlı ishalda istifadə olunur. Hil təbii antiseptikdir, orqanizmdə olan zərərli mikroorqanizmlərlə mübarizə aparır. Bitki ürək fəaliyyətini yaxşılaşdır, beyni stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır. Kofeinin orqanizmə mənfi təsirini azaltmaqla yanaşı, çaya əla dad verir. Belə ki, hil yağının mütəmadi olaraq istifadəsi üzdəki qırışları və yaşlılıq ləkələrini azaldır. Hilin saç üçün də çox faydası vardır, saç dibini möhkəmləndirərək tökülməsinin qarşısını alır.

 

Zərərli xüsusiyyətləri

Hil bitkisindən hamilə və süd verən qadınların istifadə etməsi qəti qadağandır. Həmçinin, allergik xəstəliklərdə, mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşməsi zamanı, kəskin qastritlərdə istifadə edilməsi zərərlidir.

 

Reseptlər

- 1 stəkan qaynadılmış suya 1/3 çay qaşığı hil tozu əlavə edilir, 10 dəqiqə dəmlənir. Gündə 3 dəfə yeməkdən sonra qəbul edilir. Bu üsul tüpürcək vəzilərinin fəaliyyətini artırır, iştahanı yaxşılaşdırır.

Bir hissə nanə, bir hissə hil götürülür, üzərinə 200 q qaynadılmış su əlavə olunur, 5 dəqiqə vam odda dəmlənir, çay əvəzi içilir. Bu üsul ürəkbulanmanı aradan qaldırır.

 

- 1,5 litr qaynadılmış suya 3 çay qaşığı hil, 3 xörək qaşığı qara çay, 1 stəkan ilıq süd əlavə edilib dəmlənir. Gündə 3 stəkan yeməkdən sonra qəbul edilir. Bu üsul cinsi zəiflik zamanı effektlidir.

 

- Hil bitkisi çeynənilməsi ağız qoxusunu aradan qaldırır və ağıza fərahlıq verir.

 

-1 stəkan qaynadılmış suya 1/2 çay qaşığı hil əlavə edilib dəmlənir, süzülərək  qarqara edilir. Bu, angina, faringit zamanı çox yaxşı təsir göstərir.

           

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem