HERBA FLORA







 

 

MİRFAZİN şəkərli diabet zamanı həm tək şəkildə, həm də diabetin ağırlaşmalarının (böyrək, qaraciyər, ürək, beyin və ətraf zədələnmələri) qarşısını almaq üçün Diabetea çayı ilə yanaşı istifadə olunan faydalı çaydır. 

 Tərkibinə daxil ola bitkilərin təsirləri: 
⤵️ Qaragilə zoğlarının tərkibindəki "mirtillin" maddəsi;
⤵️ Toxumsuz lobya qınının tərkibindəki "fazeolin" və "arginin";
⤵️ Andız kökünün təribindəki "inulin" 
insulinəbənzər təsir göstərərək qanda artmış olan şəkərin (qlükoza) miqdarını azaldır.

⤵️ Toxumsuz lobya qını
tərkibindəki bol miqdarda sink (Zn) sayəsində;
⤵️ Qaragilə zoğları, gicitkən yarpaqları 
isə mədəaltı vəzin qan və sinir təchizatını yaxşılaşdıraraq
insulinin sintez və sekresiyasını artırır.

⤵️ Şirin biyan kökü 
böyrəklərdə natrium və suyun geri sorulmasını artıraraq çox miqdarda sidiyəgetmənin qarşısını alır, orqanizmdə maye itkisi azaldığına görə susuzluq və ağızda quruluq halları da aradan qalxmış olur.

⤵️ Boymadərən, dazıotu, itburnu meyvəsi 
mədəaltı vəzin qan dövranı və qaraciyərin funksiyalarını yaxşılaşdıraraq pozulmuş həzmi normallaşdırır.

⤵️ Aptek çobanyastığı çiçəyi, bağayarpağı, gülümbahar çiçəyi
antiseptik, iltihab əleyhinə təsir göstərir, yara və trofik xoraların sağalmasını sürətləndirir. 

⤵️ Damotu, dazıotu
sinir-psixi gərginliyi aradan qaldıraraq sakitləşdirici effekt verir.

 Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem