HERBA FLORA







 

Depressiya insanı həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Payızda bu hal daha çox baş verir. Səbəbi isti yay mövsümündən sonra havaların birdən-birə soyuması, günəş şüalarının azalması və bununla əlaqədar olaraq orqanizmdə xoşbəxtlik hormonu - serotoninin miqdarının aşağı düşməsidir. 

 

Dünyada 300 milyondan çox insan müxtəlif növ depressiyadan əziyyət çəkir. Depressiyaya ən fəal yaş dövründə – 25-50 yaş arasında daha çox rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə 2020-ci ildə depressiya insanların əmək qabiliyyətinin itməsinə səbəb kimi ürək-qan damar xəstəliklərindən sonra 2-ci yeri tutacaqdır.

 

Payız depressiyası daha çox bir dəfə depressiya keçirmiş insanlarda təkrarlanmaya səbəb olur.

Əsas əlamətləri: yorğunluq hissi, yuxululuq, bədbinlik, özünə inamsızlıq, ağlağanlıq, tez incimək, marağın azalması, çəkinin azalması və ya artması, ölüm düşüncələri və s-dir. Əhvali-ruhiyyəni qaldırmaq məqsədilə şəkərli qidaların çox qəbulu çəkinin artırır, bu da depressiyanın daha da artmasına səbəb olur.

 

Payız depressiyasının müalicəsində  günəşli havada çox gəzmək, 30 dəqiqə piyada aktiv yerimək yaxşı kömək edir. Kimyəvi antidepresantların demək olar ki, hamısında narkotik vardır. Bu preparatlar qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir, sirroza belə gətirib çıxara bilir. Buna görə də payız depressiyasının müalicəsində kimyəvi preparatlardan  deyil təbii üsullardan istifadə etmək məsləhətdir.

 

Məsələn, ən effektiv vasitələrdən biri dazıotu dəmləməsidir. Dazıotu çox yaxşı antidepressiv təsirə malikdir. Sedativ çay, nanə çayı da yaxşı effekt verir. Bundan əlavə, sağlam qidalanma, karbohidrat və sadə şəkərlərdən az istifadə etmək, bol su içmək, yuxu rejiminə diqqət etmək - çox yatmamaq, səhərlər tez durmaq və idmanla məşğul olmaq  lazımdır. Serotonin hormonunun artması üçün qara şokalad, qara düyü, ərik qurusu, yer fıstığı, kətan (zəyərək) toxumu, qoz, yaşıl yarpaqlı tərəvəzlər, brokkoli, ispanaqdan çox istifadə etmək məsləhətlidir. Depressiyadan uzaq olmaq üçün dostlarla daha çox ünsiyyətdə olmaq, sevdiyi işlə məşğul olmaq və aktiv həyat tərzi keçirmək lazımdır. 

 

 

İlhamə MƏMMƏDOVA,

         həkim-pediatr  

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem