HERBA FLORA







 

Enurez gecələr sidik saxlamanın pozulmasıdır. Əsas səbəbi ümumi sinir sistemində baş verən funksional pozğunluqdur. Yerli olaraq isə sidik kisəsinin innervasiyasının pozulması və stress faktorudur. Enurezə oğlan uşaqları arasında daha çox rast gəlinir. Onun müalicəsi zamanı bir sıra qaydalara əməl etmək lazımdır. Enurezli xəstələrin yuxu rejiminə nəzarət etmək, maye qəbulunu məhdudlaşdırmaq, qıcıqlandırıcı oyunlardan uzaq tutmaq, bərk və isti yataqda yatmaq, yuxudan qabaq təmiz havada gəzmək lazımdır. Əsəb sisteminin sakit olması əsas şərtdir.


• 3 xörək qaşığı dazıotu otu və çiçəyi götürülür, xırdalanır və 1 litr qaynar suda 2- 3 saat dəmlənərək, süzülür, gündə 3 dəfə 1/2 stəkan içilir.

 


• 3 xörək qaşığı adaçayı otu 1 litr suda 2 saat dəmlənir, süzülür, gündə 3 dəfə 1/3 stəkan içilir.

 


• 1 xörək qaşığı ayıpəncəsi otu 250 ml suda 1 saat dəmlənir, süzülür, gündə 3 dəfə 1 stəkan daxilə qəbul edilir.

 


• 2 çay qaşığı adi boymadərən otu və çiçəkləri 250 ml suda 15 dəq. qaynadılır, 2 saat dəmlənir və gündə 3 dəfə 1/2 stəkan içilir.

 


• 4 xörək qaşığı qəhvəyi itburnu meyvəsi xırdalanır, üzərinə 1litr su tökülür, 30 dəq. qaynadılır, süzülür və gündə 3-4 dəfə 1/2 stəkan içilir.

 


• 2 xörək qaşığı nanə otu, dazıotu otu, 1 xörək qaşığı çöl qatırquyruğu otu, 4 xörək qaşığı yemişan çiçəyi xırdalanır və qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 250 ml suda 20-30 dəq. dəmlənir, süzülür və gündə 3 dəfə 1/2 stəkan içilir.

 


• 1 xörək qaşığı nanə otu, tozağacı yarpağı, aptek çobanyastığı çiçəyi, qızılçətirotu, quşbuğdası otu götürülür, xırdalanır, qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 250 ml suda 2 saat dəmlənərək, süzülür. Gündə 4 dəfə 1/2 stəkan qəbul edilir.

 


• 1 xörək qaşığı nanə otu, adaçayı otu, pişikotu kökümsovu, kəcəvər kökü, 2 xörək qaşığı damotu və dazıotu qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 250 ml suda 20-30 dəq. dəmlənir, süzülür, gündə 3 dəfə 1/2 stəkan içilir.

 

 RESEPT

 

1) Urotea çayı – gündə 2-3 dəfə, yeməkdən sonra

 

2) Nat-Udi hindi kapsulu (yeməkdən sonra):

  • 5-8 yaş – 1 kapsuldan gündə 1 dəfə
  • 8-12 yaş – 1 kapsuldan gündə 2 dəfə
  • 12-15 yaş – 1 kapsuldan gündə 3 dəfə

3) Keçibuynuzu bəkməzi (səhər acqarına):

  • 12 yaşa qədər – 1 çay qaşığı
  • 12 yaşdan yuxarı – 1 xörək qaşığı

4) Şirin biyan kökü dəmləməsi (axşam 18:00-19:00 arası):

1 çay qaşığı 1 stəkan suda;

Azyaşlılar üçün yarım çay qaşığı yarım stəkan suda dəmlənir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem